Bakı Hərbi Məhkəməsində rüşvət almada təqsirləndirilən Samiq Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Boyukmillet.com-un xəbərinə görə, hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Əzizovun barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. S.Əzizov məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində çalışmış …
Read More »QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının işçi qrupları yaradılıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib. Qurumdan bildirilib ki, iclasda çıxış edən Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyev bütün üzvləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Azay Quliyev müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü bir neçə gün sonra xalqımızın və dövlətimizin qeyd edəcəyini bildirərək ulu öndərin xalqımız qarşısında …
Read More »Azərbaycan XİN Fransa və Kanadaya xəbərdarlıq edib
“Fransa və Kanada Xarici İşlər Nazirliklərinin rəsmi twitter səhifələrində Azərbaycan tərəfindən 3 erməni əsirinin azadlığa buraxılması müsbət addım kimi qiymətləndirilir və digər erməni əsirlərin də azad olunmasına dair çağırış edilir. Xatırlatmaq istərdik ki, bu, Azərbaycan tərəfindən edilən ilk humanist addım deyil, ölkəmiz hətta hərbi əməliyyatlar davam etdiyi zaman erməni əsirlərini qarşı tərəfə təhvil vermişdi”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici …
Read More »Azərbaycan sülhməramlılarını Əfqanıstandan çıxarır – RƏSMİ
Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, ABŞ may ayının 1-dən etibarən qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Bununla paralel olaraq NATO qüvvələrinin də bu ölkədən çıxarılmasına start verilib. Ümumilikdə NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində 5 mindən çox hərbçi sülhməramlı missiyasını yerinə yetirir. Əfqanıstanda ABŞ-ın 2 500, Almaniyanın 1 300, İtaliyanın 895, İngiltərənin 750, Belçikanın 72, …
Read More »İSBAM-ın İSTANBULDA TƏMSİLÇİLİYİ YARADILIB
İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) İstanbul təmsilçiliyi yaradılıb. Boyukmillet.com xəbər verir ki, bu haqda İSBAM mətbuat xidmətindən, məlumat verilib. Məlumata əsasən Ali Rza Yıldız İstanbul təmsilçisi təyin olunub. Qeyd edək ki, Ali Rza Yıldız İstanbul Qazet, Radio, Tv və İnternetXəbərçilər Dərnəyinin başqanıdır.
Read More »Şimali Kiprli türk iş qadını yüksək beynəlxalq mükafat aldı
İctimai mövzularda önəmli işlər görən “Welcome to Turkish Cyprus Club”un qurucu üzvü, kiprli türk iş insanı Işın Ramadan Cemil, “Örnək insan” ödülünı layiq görülüb. Boyukmillet.com xəbər verir ki, Beynəlxalq arenada Birləşmiş Millətlər Təşkilatının üzvü və 13 min üzvü olan Welcome CIubs International (WCI) IşIn Ramazan Cemili “Marian Adair” (Örnək İnsan) ödülünə layiq görüb və bunu bütün dünyada yayımlanan onlayn zoom …
Read More »Rayon qəzetinə yeni təyinat
Göyçay Rayonun ilk qəzeti 1930-cu ildə “Pambıqçı” adı ilə nəşr edilmişdir. Sonralar “Qalibiyyət bayrağı”, “Yeni həyat”, Göyçay” adlı qəzetlər çıxarılmışdır.Qulu Məmmədov, Nəriman Zeynalov, Oqtay Cəfərov, Rafiq İslamov, Aydın Kərimov, Tofiq Həsənov kimi jurnalistlər respublika mətbuatında Göyçayı təmsil etmişlər.Rayon İcra Hakimiyyəti Başçısı Mehdi Səlimzadənin sərəncamı ilə Anar Əlişah oğlu Nağıyev Göyçay qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub. A. Nağıyev 23 noyabr …
Read More »Yaxın günlərdə açılacaq Dost Mərkəzlərinin sayı açıqlanıb
“Ən yaxın zamanda Abşeron rayonu Xırdalan şəhərində yerləşən 6 saylı Dost Mərkəzinin açılışı olacaq. Bu da Bakıdan kənarda olan ilk Dost mərkəzidir”. Boyukmillet.com xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev “Sosial saat”da deyib. Sədr müavini bildirib ki, Bakıda 5 saylı Dost Mərkəzinin açılması ilə bütün paytaxt sakinləri mərkəzlərin xidmətləri ilə əhatə ediləcək: “Yaxın gələcək üçün Bərdə və …
Read More »Arif Quliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq
Azərbaycanın Xalq artisti Arif Quliyevin dəfn olunacağı yer müəyyənləşib. Arif Quliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq Qeyd edək ki, Xalq artisti A.Quliyev ötən gün axşam saatlarında dünyasını dəyişib. Bir müddətdir koronavirusa yoluxan sənətçinin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulmuşdu.
Read More »Arif Quliyevlə vida mərasimi keçirilir CANLI YAYIM
Müalicə olunduğu xəstəxanada vəfat edən Azərbaycanın Xalq artisti Arif Quliyevin nəşi ailəsinə təhvil verilib. Boyukmillet.com-un xəbərinə görə, mərhumun cənazəsi yaşadığı evə gətirilib. Hazırda evin həyətində A.Quliyevlə vida mərasimi keçirilir. Mərasimdə mərhumun ailə üzvləri, sənət yoldaşları iştirak edirlər. Xatırladaq ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar