Aprelin 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb. XİN-dən verilən məlumata görə, C.Bayramov cari ilin 31 mart tarixində videokonfrans formatında təşkil olunan qeyri-formal Zirvə görüşünün uğurla keçirildiyini qeyd edib. Türk Şurasının yüksək səviyyəli toplantısının hər zaman olduğu kimi dostluq, qarşılıqlı anlaşma və dəstək çərçivəsində keçirildiyi vurğulanıb. B.Amreyev pandemiya səbəbindən Qazaxıstanın Türküstan şəhərində …
Read More »Azərbaycanda vaksinasiya ilə bağlı saxta sənəd verən 12 həkim işdən çıxarılıb
“Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə yayılan məlumatların yerindəcə araşdırılması və yoxlanılması aidiyyəti qurumlar tərəfindən təmin edilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Qeyd olunub ki, araşdırmanın nəticəsi …
Read More »Səfir Elmira Axundovadan növbəti biabırçı qalmaqal — Ukrayna polisi görüntüləri YAYDI (VİDEO)
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın adı yenidən avtoşluqda hallandırılır. Boyukmillet.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu dəfə Elmira Axundovanın adı Kiyevdə yol qaydalarını kobud şəkildə pozmaqda və xidməti avtomobilinin insanların üzərinə sürməkdə çəkilir. Belə ki, Ukraynanın Daxili İşlər Nazirliyinə bağlı “Operativ Kiyev” mərkəzi səfir Elmira Axundovanın xidməti avtomobillərindən biri olan “Toyota Land Cruiser”in Kiyevin mərkəzi küçələrində işıqforun qırmızı işığında keçdiyini əks …
Read More »Prezident indiki XİN rəhbəri və keçmiş nazirlərlə fikir mübadiləsi apardı
Şimali Kipr Türk Cümhuriyyəti Prezident Adminstrasiyasının sözçüsü Dr. Berna Çelik Doğruyol Prezident Ersin Tatarın Cenevrədə gerçəkləşdiriləcək 5+BMT qeyri-rəsmi toplantısına dair məlumatlandırma yığıncaqlarının dünən də davam etdiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, açıqlamaya görə, Ersin Tatar dünən xarici işlər naziri Tahsin Ertuğruloğlu və keçmiş xarici işlər nazirləri Kutlay Erk, Özdil Nami, Əminə Çolak və Qüdrət Özersay ilə görüşüb. Sözü gedən görüşdə …
Read More »Sabah şəhərin mərkəzi küçələrində dezinfeksiya işləri aparılacaq
Sabah, aprel ayının 10-u səhər saatlarından etibarən paytaxt üzrə iməclik və şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.
Read More »QMİ Fətva verdi, Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlandı
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının növbəti iclası keçirilib. QMİ-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə onlayn formatda keçirilən iclasda Ramazan ayının başlanması ilə əlaqədar Fətva müzakirə olunub. İclasda Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna cavab olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun imzası ilə Şeyxülislam Allahşükür Paşazadənin …
Read More »Hikmət Hacıyev üç ölkənin media rəhbərləri ilə görüşüb
Qardaş ölkələr Qırğızıstan, Özbəkistan, Qazaxıstandan olan və mediaya məsul nümayəndə heyətləri rəhbərləri ilə görüşüb, bu sahədə əməkdaşlığın inkişafı perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında bildirib. O qeyd edib ki, müzakirələr sabah da davam edəcək.
Read More »Ailə Məcəlləsinə dəyişikliklər təsdiqləndi
Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, təsdiq edilmiş dəyişikliklə Azərbaycanda uşaqların qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürülməsi proseduru asanlaşdırılıb. Sənədə əsasən, uşağı övladlığa götürmə istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq: – övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi; – övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa …
Read More »Uşaqları qohumlarının övladlığa götürməsi proseduru asanlaşdırıldı
Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, təsdiq edilmiş dəyişikliklə uşağı övladlığa götürmək istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq: – övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi; – övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi; – övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə …
Read More »ATU-nun əməkdaşlarına fəxri adlar verilib – SİYAHI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb elminin və təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib. “Əməkdar elm xadimi” Allahverdiyeva Lalə İsmayıl qızı Bağırova Hicran Firudin qızı Məmmədov Arif Məmməd oğlu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar