Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Həkim-infeksionist: “Qarşıdakı 2 həftə ərzində yoluxma sürətlə artacaq” – MÜSAHİBƏ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İşçi qrupunun üzvü, həkim-infeksionist Nilufər Məmmədova Azərbaycanda COVID-19-la bağlı son vəziyyət, yoluxma sayındakı artımla bağlı Modern.az-ın suallarını cavablandırıb. – Doktor, nəzərə alsaq ki, son günlər Azərbaycanda yoluxma sayında artım yüksələn xətt üzrə davam edir, siz həkim olaraq, vəziyyəti necə dəyərləndirirsiniz?– Bir mütəxəssis olaraq düşünürəm ki, COVID-19-a yoluxma halları rəsmi açıqlanan rəqəmlərdən yüksəkdir. Rəqəmlərin yüksək olmasının …

Read More »

Abşeronda məcburi köçkünlərin məskunlaşdığı tikilidə yanğın olub, xəsarət alanlar var

Abşeron rayonunda ümumi sahəsi 200 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli tikilidə sahəsi 35 m² olan iki otağın yanar konstruksiyaları və ev əşyaları yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More »

Naxçıvanda bir sıra istehsal müəssisələri yaradılacaq

Naxçıvanda yerli xammala əsaslanan yun tədarükü və iplik istehsalı müəssisəsinin yaradılması, həmçinin qarğıdalı yağı istehsalına başlanılması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bu barədə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamda öz əksini tapıb. Sözügedən işləri Naxçıvan İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi icra edəcək. Xatırladaq ki, Dövlət …

Read More »

Bakıda məktəblərdən birində xarıbülbül yetişdirilir

Bakı şəhəri 120 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfi Vətən müharibəsindəki qələbəmizin rəmzinə çevrilmiş Xarıbülbül yetişdirir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, peşə təmayüllü sinfin kənd təsərrüfatı ixtisası üzrə mütəxəssisi Hicran Kərimovanın şagirdlərlə bərabər yetişdirdiyi, əsasən orta dağ qurşağında kolluqlararası, meşəkənarı, otlu yamaclar və qayalar arasında yayılan Xarıbülbül bitkisi böyük zəhmət hesabına başa gəlib. Çünki Xarıbülbül kök toxumasında …

Read More »

Ceyhun Bayramov Tacikistana gedib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. C.Bayramovun “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub. Qeyd edək ki, “Asiyanın Ürəyi – İstanbul Prosesi” adlı regional platforma 2011-ci ildə Əfqanıstan və Türkiyənin təşəbbüsü ilə yaradılıb. Bu format Əfqanıstanda və bütövlükdə …

Read More »

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıblar

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Azərbaycan Respublikasının vətəndaşları və milyonlarla dünya azərbaycanlılarının iradəsini ifadə edərək, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində müraciətimizi dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlər və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq. Bütün müqəddəs kitablarda əksini tapan həqiqət budur ki, Uca …

Read More »

Azərbaycanda tanınmış hüquqşünas koronavirusdan vəfat edib

Azərbaycanda tanınmış hüquqşünas Nicat Gözəlov vəfat edib. Boyukmillet.com xəbər verir ki, N. Gözəlov 55 yaşında koronavirusdan dünyasını dəyişib. Qeyd edək ki, N.Gözəlov 20 ildən çox hüquq müdafiəçisi kimi fəaliyyət göstərib. O, bir neçə gün əvvəl koronavirusa yoluxub və xəstəxanaların birində müalicə alırdı. Allah rəhmət eləsin!

Read More »

Norveç gələn aydan giriş qaydalarını sərtləşdirir

1 aprel tarixindən Norveç hökuməti pandemiya ilə əlaqədar olaraq ölkəyə giriş tələblərini daha da sərtləşdirəcək. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb. “1 apreldən ölkəyə girişdə verilən testin nəticələrini gözləyənlərdən sərhəddəki test stansiyasında cavab gözləmələri tələb olunacaq. İmtina edənlər cərimə ilə üzləşəcəklər”, – məlumatda deyilir. Norveçdə koronavirusa yoluxanların sayı son sutkada 462 artaraq 92 …

Read More »