Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycanda koronavirusun Britaniya ştammı aşkarlanıb

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur. Boyukmillet.com  xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib. Qeyd edək ki, Azərbaycanda koronovirus əleyhinə …

Read More »

Çanaqqala Zəfərindən 106 il ötür

Bu gün Osmanlı dövlətinin Çanaqqalada Antanta İttifaqının dəniz qüvvələri üzərində qazandığı qələbənin 106-cı ildönümüdür. Boyukmillet.com  xatırladır ki, 1915-ci il martın 18-də Antanta üzərində qazanılan bu zəfər Çanaqqala dəniz qələbəsi adlanır. Mustafa Kamal Paşanın başçılığı altında Osmanlı qoşunlarının 1915-ci il fevralın 19-da dənizdə başladığı müqavimət hücumu martın 18-də zəfərlə başa çatıb. Antantaya qarşı quruda müqavimət isə 1915-ci il aprelin 15-də başlayıb, 1916-cı …

Read More »

Hesablama Palatasının QHT Şurasında apardığı yoxlama – icraçı direktor ilginc detallar açıqladı

Fərasət Qurbanov bütün suallara aydınlıq gətirdi: “Aşkarlanan çatışmazlıqları QHT-lər, podratçı təşkilatlar və Katiblik artıq aradan qaldırıb” Musavat.com saytı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanovdan müsahibə alıb. – Fərasət müəllim, artıq mətbuatdan da bildiyimiz kimi Azərbaycan Respublikası Hesablama Palatası Şuranın Katibliyində yoxlamalar aparıb. Bu yoxlama haqqında nə deyə bilərsiniz? – Bəli, Azərbaycan Respublikası Hesablama …

Read More »

Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və səadət arzulayıram. Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, …

Read More »

Sağlamlıq imkanları məhdud uşaqlarin məktəbində müəllim şagirdi döydü

Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində müəllim şagirdi döyüb. Boyukmillet.com-un xəbərinə görə, şagirdi döydüyü bildirilən 55 yaşlı Q.Qasımov adlı müəllimlə bağlı Nərimanov rayon 16-cı Polis Bölməsində araşdırmalara başlanılıb. Məsələyə internat məktəbi hələ ki, münasibət bildirməyib.

Read More »

Professor: “Britaniya ştammının Azərbaycana gəlməsi realdır”

“Bu gün bütün dünyada koronavirusa yoluxmada artım dinamikası müşahidə edilir. Yəni artım tendensiyası bütün Avropa ölkələrində müşahidə olunur. Düzdür, hazırda Böyük Britaniyada çox sərt karantin rejimi hökm sürür. Bəzi şəhərlərə giriş-çıxış qadağan olunub. Baxmayaraq ki, orada 20 milyon insan vaksinasiya olunub, lakin karantin rejimi davam edir. Ona görə də Azərbaycanda da yoluxma sayında artım bu templə davam etsə, epidemioloji vəziyyət …

Read More »

ATƏT sədri Azərbaycana səfərinin nəticəsi ilə bağlı bəyanat yayıb

“Səfər mənə İsveçin ATƏT-ə sədrliyinin prioritetlərini müzakirə etmək imkanı verdi. Biz ATƏT-in Avropanın təhlükəsizlik qaydalarını qorumaq, təşkilatın hərtərəfli təhlükəsizlik unikal konsepsiyasını dəstəkləmək və bunu münaqişələrin həllinə yönəltmək üçün ATƏT-in əsas missiyalarına dəstək veririk. ATƏT-in münaqişələrin həllinə kömək etmək üçün ciddi mandatı var və mən Minsk prosesində iştirak etməyi tamamilə dəstəkləyirəm”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər ATƏT-in fəaliyyətdə olan sədri, …

Read More »

Tərtərdə toy məclisi təşkil edən şəxslər müəyyən edildi

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Cəmilli kənd sakini Firdovsi Rüstəmovun yaşadığı evdə qonaqların iştirakı ilə övladı üçün yığcam toy məclisi təşkil etmək istədiyi müəyyən olunub. Polis əməkdaşları F.Rüstəmovla …

Read More »

Azad olunan ərazilərə keçmək istəyənlər saxlanıldı

Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən işğaldan azad olunan, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Ağdam rayonunun işğaldan azad olunan ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 3 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər. Araşdırmalarla onların Ağcabədi rayon sakinləri E.Quluzadə, N.Mamedov və E.Əliyev olmaları müəyyən edilib. Adıçəkilən şəxslər barəsində …

Read More »

Malidə hücum zamanı 33 hərbçi öldürülüb, 14 nəfər yaralanıb

Malinin şimalında hərbi hissələrdən birinə silahlı hücum nəticəsində onlarla hərbi qulluqçu həlak olub, daha bir neçə nəfər yaralanıb. Bu barədə Boyukmillet.com  “Anadolu” agentliyinə istinadən xəbər verir. Afrika ölkəsinin Müdafiə Nazirliyi bildirib ki, Ansanqo rayonundan 60 kilometr məsafədəki Tessit yaşayış məntəqəsində hərbi hissə silahlı terrorçuların hücumuna məruz qalıb. Hücum nəticəsində 33 hərbi qulluqçu öldürülüb, daha 14 nəfər xəsarət alıb. Yaralılardan 8-nin vəziyyəti …

Read More »