“Azad edilmiş torpaqlarda ən müasir suvarma sistemləri yaradılacaq”. Boyukmillet.com-un xəbərinə görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, bu il və qarşıdakı dövr ərzində büdcə vəsaitlərindən səmərəli istifadə olunması üçün nəzarətin daha da gücləndirilməsi tapşırığı verilib: “Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq”.
Read More »Baş nazir Milli Məclisdə hesabat verir
Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilib. Boyukmillet.com-un xəbərinə görə, hesabatı Baş nazir Əli Əsədov təqdim edir. Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq. İclasda hökumət üzvləri də iştirak edir.
Read More »DİN Şuşa polis əməkdaşlarının fəaliyyəti ilə bağlı yeni görüntülər yayıb
Daxili İşlər Nazirliyi (DİN) Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının fəaliyyəti ilə bağlı yeni videogörüntülər yayıb. DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları işğaldan azad edilmiş Şuşa şəhərində xidməti fəaliyyətinə qaldığı yerdən davam edir. “Ordumuzun keçirdiyi uğurlu əks hücum əməliyyatları nəticəsində 30 ilə yaxın həsrət sona çatdı”, – Mətbuat xidmətindən bildirilib. https://fb.watch/4g4Pekd-V5/
Read More »Milli Məclisin iclası başlayıb
Milli Məclis yaz sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com-un xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 2 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə. 2. Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında.
Read More »Zəfər muzeyinin yeri ilə bağlı təkliflər Nazirlər Kabinetinə göndərilib
Bakı şəhərində yaradılacaq Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yerləşəcəyi məkanla bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər. “Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri hələ dəqiq müəyyənləşdirilməyib. Məkan barədə yekun qərar verildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”, – nazirlikdən qeyd edilib. Xatırladaq ki, Prezident İlham Əliyev …
Read More »Rövşən Əkbərovun həbsinin səbəbi məlum olub
Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsinin səbəbləri məlum olub. Boyukmillet.com-un xəbərinə görə, o, qəsdən adam öldürmə maddəsi ilə ittiham edilir. Belə ki, R.Əkbərov bir neçə il bundan əvvəl Ukraynada qətl törədib. Bu iş üzrə o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. R.Əkbərovun cinayət işinin ibtidai istintaqı Baş …
Read More »Prezident: Ermənilər Azıx mağarasına vurduqları ziyanın hamısını ödəyəcəklər
“Azıx kəndi qədim Azərbaycan kəndidir. Qədim yaşayış yeridir. Təbiəti də çox gözəldir buraların”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Xocavənd rayonunun Azıx kəndində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. Qədim Azıx mağarasına da baş çəkən dövlət başçısı bildirib: “Azıx mağarasının girişindəyik. Təxminən 800 pillə qalxmışıq. Yaxşı idman etmişik. Öz fiziki formamımızı göstəririk. Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov …
Read More »Prezident: “Vuruşaraq, döyüşərək düşməni öz doğma torpaqlarımızdan qovmuşuq”
“Durduğumuz yer Xocavənd rayonunun Edilli kəndidir. Ora isə Ağbulaq kəndidir. Qəhrəman Azərbaycan Ordusu qədim Azərbaycan torpağını işğalçılardan azad edib. Burada döyüşlər gedib. Vuruşaraq, döyüşərək düşməni öz doğma torpaqlarımızdan qovmuşuq”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Xocavənddə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instagram səhifəsində paylaşıb. https://www.instagram.com/p/CMc3pheATgg/?utm_source=ig_web_copy_link
Read More »SON DƏQİQƏ! Rövşən Əkbərov həbs edildi
Azərbaycan Ordusunun sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Boyukmillet.com xəbər verir ki, general-leytenant Rövşən Əkbərov haqqında bu qərar Hərbi Məhkəmə tərəfindən verilib. Qeyd edək ki, R.Əkbərov bir müddət əvvəl Müdafiə naziri Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.
Read More »Bakıda kriminal avtoritetə hökm oxunub – “Kürd Amo” “Lotu Quli”nin yaxın adamı olub
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Əhməd Ərəbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com APA-ya istinadla xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Ərəbovun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə və satma) maddəsi Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik maddə əldə etmə) …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar