Keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin oğlu Toğrul Mehdinin ölkədən çıxışına icazə verilib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə sosial şəbəkədə G.Hacıbəyli məlumat yayıb. O bildirib ki, martın 11-də Bakı Apellyasiya Məhkəməsində oğlunun ölkədən çıxışına icazə verilməsi ilə bağlı şikayətinə baxılıb. Məhkəmə onun şikayətini təmin edib. Qeyd edək ki, G.Hacıbəylinin oğlu T.Mehdi Almaniyada universitetə daxil olub.
Read More »Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərinə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli rayonunun işğaldan azad olunmuş Horadiz kəndinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 3 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər. Araşdırmalarla onların Füzuli rayon Zobucuq qəsəbə sakinləri Ş.Süleymanov, S.Hüseynov və A.Alışov …
Read More »Gürcüstandan gətirilən spirtli içkilər istehlaka yararsız oldu
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir. Boyukmillet.com xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri zamanı “Gemini” MMC tərəfindən Gürcüstandan ölkəmizə idxal edilən “Çaça Gold” əmtəə nişanlı spirtli içki məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində …
Read More »Bakı metrosu həftəsonu sərnişin qəbul etmədən işləyəcək
Martın 13-14-də koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə sərnişindaşımada yaranmış fasilə müddətində “Bakı Metropoliteni” QSC-nin bütün infrastrukturu növbəti dəfə normal iş rejimi şəraitində yoxlanılacaq. Bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib. “Məlumdur ki, infeksiyanın ölkə ərazisində yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi qərara …
Read More »İlham Əliyev Daxili Qoşunların yeni inşa olunan “N” hərbi hissəsinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Boyukmilllet.com xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verib. Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.
Read More »DSMF: Bütün müavinət və təqaüdlər Novruz bayramına qədər ödəniləcək
“Həm sosial müavinətlərin, həm təqaüdlərin, həm də ünvanlı dövlət sosial yardımı Novruz bayramına qədər ödənilməsi planlaşdırılır”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib. O bildirib ki, sadalanan ödənişlər martın 19-dək verilməsi nəzərdə tutulur: “Bir ildən artıqdır ki, ödənişlər qrafikdən əvvəl vətəndaşlara ödənilir”.
Read More »Nazirlik ünvanlı sosial yardım alanlara müraciət edib
“Ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyin edilərkən ailə məfhumuna nikah prizmasından baxılmır. Yəni bir evdə neçə nəfər yaşayırsa, o da ailənin tərkib hissəsi sayılır”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib. O bildirib ki, bəzən ÜDSY üçün müraciət edilən zaman ailə tərkibi düzgün göstərilmir və bu da imtina hallarının …
Read More »Bakıda marketdən seyf oğurlayan şəxs kameraya düşdü
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsində yerləşən marketlərdən birindən içərisində 9000 manat olan seyfi oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakini Dilqəm Kamalzadə tutulub. Araşdırma zamanı məlum olub ki, bu şəxs seyfi oğurlayandan sonra Binə qəsəbəsində yaşadığı evə gətirərək gizlədib. Polislər tərəfindən seyf həmin ünvandan tapılaraq …
Read More »Maral adlı erməni snayper qadın Şuşada əsir düşməyindən danışdı: “Biz Şuşaya gedirdik” VİDEO
Martın 10-da azad olunaraq Livana göndərilən erməni qadın snayper Maral Nacaryan əsir düşməyindən və Azərbaycanda saxlanılmasından danışıb. Boyukmillet.com xəbər verir ki, “Şant” telekanalına açıqlamasında Nacaryan noyabrın 10-da diaspordan olan yaxını Vigen Eulcekçyanla Şuşaya gedərkən saxlanıldıqlarını deyib. “Biz Şuşaya gedirdik. Azərbaycan əsgərləri bizi mühasirəyə aldı. Onlara dedik ki, Vigenin Şuşadakı oteldə qalan əşyalarını götürmək üçün gedirik. Onlar bizim pasportumuzu, portmanatımızı, maşının …
Read More »İki deputata YAP-da yeni vəzifə verildi
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasına yeni sədr və müavin seçilib. Bunu açıqlamasında partiyanın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib. O bildirib ki, iclasda deputat Sevinc Hüseynova komissiyanın sədri, deputat Nizami Səfərov isə müavin seçilib. Komisssiyanın tərkibi aşağıdakı kimidir: 1. İskəndərov Vüqar Yapon oğlu 2. Həsənov Həsən Zal oğlu 3. İbrahimqızı Məlahət İbrahim qızı 4. Musayev Musa Həzi oğlu 5. Səfərov Nizami Abdulla oğlu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar