Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Türkiyə Səmərqənddə konsulluq açdı: “Qazaxıstan bizi qabaqladı“

Mövlud Çavuşoğlu: “Türkiyə Özbəkistanın müstəqilliyini tanıyan ilk ölkədir, bu ölkədə ilk səfirliyi də biz açdıq“ Bazar günü Türkiyə Özbəkistanın qədim Səmərqənd şəhərində baş konsulluğunu açıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Səmərqənddəki Türkiyənin Baş Konsulluğunun açılışı mərasimində şəxsən iştirak edib. Mərasimində çıxış edən Çavuşoğlu konsulluğun türklərin vətəni olan Özbəkistanla daimi qardaşlığın yeni simvolu olacağını bildirib. Baş konsulluğun açılışının ilk müjdəsini …

Read More »

İvanişvilinin oğlu ilə baş nazirin səs yazısı Gürcüstanı ayağa qaldırdı – Müxalifət Qaribaşvilinin istefasını tələb edir

Gürcüstanın “Pirveli” televiziya kanalı ötən gün hakim Gürcü Arzusu Partiyasının keçmiş sədri Bidzina İvanişvilinin oğlu Bera İvanişvili və baş nazir İrakli Qaribaşvilinin təxmin edilən telefon danışığının səsyazısını yayıb. Boyukmillet.com xəbər verir ki, yazıda B.İvanişvili İ.Qaribaşvilidən feysbuk sosial şəbəkəsində mənfi şərhlər yazan məktəblinin cəzalandırılmasını tələb edir. Süjetdə iddia olunub ki, yazıda Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anzor Çubinidze də yer alıb. …

Read More »

Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 403 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 236 768 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 718 nəfər müalicə olunaraq sağalıb, 3 241 nəfər vəfat edib, 3 809 aktiv xəstə …

Read More »

Operativ Qərargah məlumat yaydı: Martın 6-da…

Ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 17 495 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 407 979 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.

Read More »

Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq – Ərdoğan

Ermənistanın Dağlıq Qarabağdakı işğalına son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq. Boyukmillet.com-un məlumatına görə, bunu “Mavi Vətən 2021” təlimlərində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. T.Ərdoğan qeyd edib ki, bu addımları atarkən, əlbəttə ki, biz genişlənmə, müdaxilə etmə düşüncəsiylə hərəkət etməmişik: “Hər zaman dediyimiz kimi, heç bir ölkənin torpağında, dənizində və suverenliyində gözümüz yoxdur. Biz …

Read More »

Xarici ölkələrin hərbi attaşeləri Qubadlıda – FOTO

Azərbaycandakı diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində bu gün Qubadlı rayonunda olublar. “Caliber” “Telegram” kanalının məlumatına görə, xarici ölkələrin hərbi attaşeləri rayonun keçmiş İcra Hakimiyyəti binasının qarşısında şəkil çəkdiriblər. “Xoşbəxt, məmnun və Azərbaycan ordusunun uğurunun təəssüratı altında”, – deyə fotoya şərh yazılıb.

Read More »

Komitə sədri QHT rəhbərini qəbul edib

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva TOHGMİB sədri, “Hərbi And” qəzetinin təsisçisi və Baş redaktoru Emin Həsənli ilə görüşüb və gənclər arasında hərbi vətənpərvərlik ruhunun daha da gücləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, “Hərbi And” qəzetinin təsisçisi və Baş redaktoru Emin Həsənli ilə görüşüb. Görüşdə Vətən …

Read More »

Mığrı-Sahil Tahirlinin hekayəsi

Kəndə altı saatdan bir verilən elektrik enerjisi camaatı lap təngə gətirmişdi. Qaz yox, bir saat işıq yanırdı, o da yanmasa, ondan yaxşı idi. Adamlar o qədər qızdırıcı qoşurdular ki, gah xətlər gücə düşüb alışırdı, gah da transformatorlar… Söyüş qabı da kəndin montyorları olurdu… Ani eşidilən partlayış səsindən sonra kənd yenə də zülmətə qərq oldu. Qalabəyi uca səslə bu sözləri dedi: …

Read More »

Dünən 27 mindən çox insan vaksinasiya olunub

Martın 5-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 073 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 390 489 nəfər peyvəndlənmə prosesində iştirak edib: “Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir”.

Read More »

Sabahdan hava şəraiti kəskin dəyişir – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında martın 6-da cənub-qərb küləyinin əsəcəyi, arabir 15-20 m/s-dək güclənəcəyi, martın 7-də şimal-qərb küləyinin əsəcəyi, 20-25 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Məlumata görə, havanın temperaturu 4-6 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında martın 7-si axşamdan 9-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq …

Read More »