Boyukmillet.com xəbər verir ki, bu gün Beyləqan Olimpia idman kompleksinin stadionunda Mil (Beyləqan) və yeni yaradılmış Neftçi İK Ağsu komandaları yoxlama görüşü keçiriblər. Gərgin keçən oyunda 3-0 hesabı ilə Neftçi İK Ağsu komandası qələbə qazanıb. Hər 3 qolun müəllifi Səmədzadə Elmir olub. Oyun öncəsi hər iki komanda Qarabağ müharibəsində Şəhid olmuş Şəhidlərimizin məzarını yad ediblər. Komandanın rəhbəri Elnur Alıyevin dediyinə …
Read More »Naxçıvanın turizm brendinə çevriləcək Ağbulaq Xizək Mərkəzindən FOTOREPORTAJ
Bu günlərdə Naxçıvanda insanların ən çox üz tutduqları məkanlardan biri də Şahbuz rayonunda yerləşən Ağbulaq Xizək Mərkəzidir. Ötən iki il ərzində qurulan və fevralın 17-də istifadəyə verilən dağ-xizək mərkəzi bu gün həm yerli, həm də xarici turistlər üçün cazibədar istirahət məkanına çevrilib. Xizəkçilik idman növünə maraq göstərənlər də tərəddüt etmədən Ağbulaq Xizək Mərkəzinə üz tuturlar. Boyukmillet.com AZƏRTAC-ın Naxçıvan bürosuna istinadən …
Read More »Naxçıvan nümayəndəliyinin rəhbəri Niderland Krallığının səfiri ilə görüşüb – FOTOLAR
Boyukmillet.com xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Niderland Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri xanım Pauline Eizema ilə görüşüb. Görüşdə iki ölkə arasında, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı münasibətlər, bir müddət əvvəl Niderland parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli, ədalətsiz qərarlar, Vətən müharibəsindən sonra yaranmış reallıqlar, bir çox sahədə, xüsusilə, kənd təsərrüfatı …
Read More »İrəvan Minalara Görə Təzminat Ödəyəcək… – Emin Həsənli
10 noyabr üçtərəfli razılaşmasından 3 aydan da artıq müddət keçib. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Münaqişə bitdiyi halda Ermənistan işğal etdiyi ərazilərdə hətta hərbi təyinatı olmayan ərazilərdə minaladığı ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən boyun qaçırır. Ekspertlərin sözlərinə görə, minalı sahələrin xəritələrini verməməyin özü hərbi cinayətdir. Yəni, Ermənistan tərəfi müharibədən sonra da hərbi cinayətlərini davam etdirir. Bir çoxları hesab edir …
Read More »“Torpaq necə qorunursa, ana dili də elə qorunmalıdır” – Sabir Rüstəmxanlı
Sabah – 21 fevral Beynəlxalq Ana Dili Günüdür. Artıq bir neçə gündür ki, bu mühüm günlə bağlı tədbirlər keçirməkdə, müzakirələr təşkil etməkdədir.Boyukmillet.com moderator.az-a istinadən millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı ilə ana dili, onun tarixi və bu günü ilə bağlı mövzuda hazırlanan müsahibəni təqdim edir:-Sabir bəy, sabah Beynəlxalq Ana Dili Günüdür. Ana dilimizin dünəndən bu günə qədər keçib gəldiyi yol …
Read More »Prezidentin xüsusi nümayəndəliklərində yeni vəzifələr yaradılıb – FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, fərmanla İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi vəzifələri əlavə edilib.
Read More »Prezidentin xüsusi nümayəndələri ilə bağlı qanun təsdiqləndi
Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dəyişikliklə qanunun inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri əlavə edilib.
Read More »İran və Azərbaycan birlikdə 2 SES tikir
İran və Azərbaycan hökumətləri Araz çayı üzərində “Qız Qalası” və “Xudafərin” su elektrik stansiyalarının (SES) tikintisinin davam etdirilməsini təsdiqləyib. Bu barədə qonşu ölkənin Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində keçirilmiş yığıncaqda məlumat verilib. Xatırladaq ki, sözügedən əyalətlə Azərbaycanın Cəbrayıl rayonu arasında inşa olunan SES-lər İranın Enerji Nazirliyinin həyata keçirdiyi əsas layihələrdən biridir. Nazir Rza Erdekaniyan ötən ilin dekabr ayında bəyan etmişdi …
Read More »Üç milyon manat pul və səkkiz mənzil…
Şəklini gördüyünüz bu binada bizim 2 ədəd 2otaqlı 41 və 47 saylı mənzilimiz olmalı idi. “Araz-T.İ” MMC-nin 2005-ci ildən hüquqi ünvanına çevrilmiş H.Cavid pr. 46 ünvanında yerləşən həyət və ev qardaşımız İsgəndərov Tahir Abas Əli oğluna məxsus olmuşdur. Həmin torpaq sahəsi 1939-cu ildə müqavilə əsasında valideynlərimizə, onlar dünyalarını dəyişdikdən sonra isə qardaşımız İsgəndərov Tahirə məxsus olmuşdur. 1990-cı ildən etibarən ölkəmizdə …
Read More »Kəlbəcərə yeni yolun çəkilməsinə başlanılır
“Kəlbəcər rayonuna Gəncə-Toğanalı yolunu Ömər aşırımından keçməklə yol çəkiləcək. Gələn ay həmin yolun tikintisinə başlanılacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilən brifinqdə bildirib. “Hələlik düşmən qonşumuzla yaşayışı təmin edənə qədər biz bu yoldan istifadə edəcəyik. Çünki köhnə Kəlbəcər yolundan yalnız sülhməramlılar vasitəsilə istifadə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar