Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Sarkisyan özünü və Paşinyanı ifşa etdi: “Azərbaycana “İskəndər” atılıb”

Ermənistan ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı “İskəndər” raketindən istifadə edib. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan “Armnyuz”a müsahibəsində etiraf edib: “Ermənistan tərəfdən “İskəndər”in tətbiq edilməməsi ilə bağlı verilmiş açıqlamalarla razı deyiləm”. Onun sözlərinə görə, bu raket döyüşlərin son günlərində tətbiq edilib: “Konkret olaraq Şuşaya atılıb”. Sarqsyan bildirib ki, “İskəndər” raketindən Şuşanı yenidən ələ keçirmək üçün istifadə …

Read More »

Suriyadan Türkiyə ərazisinə keçməyə çalışan İŞİD üzvləri saxlanılıb

Türkiyənin Hatay şəhərinin Narlıca rayonu istiqamətində Suriyadan qeyri-qanuni yollarla ölkəyə girməyə çalışan 5-i Rusiya, 1-i Liviya vətəndaşı olmaqla 6 nəfər yaxalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Saxlanılanlar arasında yer alan rusiyalı qadının İŞİD terror təşkilatının üzvü olmaqdan axtarışda olduğu bildirilib. Xatırladaq ki, ötən gün qeyri-qanuni yollarla Suriyadan Türkiyəyə girməyə çalışan 3 Yeni Zelandiya vətəndaşı …

Read More »

Türkiyə xarici işlər nazirinin Azərbaycana səfər proqramı məlum olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri fevralın 18-dən 19-dək davam edəcək. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi açıqlayıb. Səfər çərçivəsində M.Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşəcək. Prezident İlham Əliyev XİN başçısını qəbul edəcək. Həmçinin Gürcüstan baş nazirinin müavini – xarici işlər naziri David Zalkalianinin də iştirakı ilə Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin doqquzuncu üçtərəfli görüşü …

Read More »

Həbs edilən icra başçısının məhkəməsində qadın müavini də dindiriləcək

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com-un məlumatına görə, vəkil Kamandar Nəsibov “Report”a açıqlamasında bildirib ki, iclasda dövlət ittihamçısı qismində çıxış edən prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər elan edilən ittihamla özlərini qismən təqsirli bildiklərini deyiblər. Daha sonra şahidlərin dindirilməsinə başlanılıb. İclasda …

Read More »

Türkiyə vətəndaşı Gürcüstanda külli miqdarda saxta dollarla saxlanılıb

Türkiyə vətəndaşı Gürcüstanda külli miqdarda saxta pul əskinaslarının satışı faktına görə saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib. İstintaqla müəyyən edilib ki, bu ilin yanvar ayında qanunsuz maddi gəlir əldə etmək məqsədilə əcnəbi vətəndaş 200 ədəd saxta 100 dollar hazırlayıb. 20 min dollar dəyərində olan saxta pullar istintaq tədbirləri çərçivəsində müsadirə olunub. Faktla bağlı istintaq davam etdirilir. Saxlanılan …

Read More »

Bakıda kişini zəncirlə bağlayan mağaza sahibi məsuliyyətə cəlb edilib

Sosial şəbəkələrdə bir nəfər şəxsin zəncirlə dirəyə bağlanılmasını əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyində (DİN) araşdırılıb. DİN-in Mətbuat xidmətindən  verilən məlumata görə, Sabunçu rayonunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən 43 yaşlı şəxs 12 gün bundan əvvəl paytaxtın Sabunçu qəsəbəsində yerləşən marketlərin birinə daxil olub. Bir şüşə qazlı suyu icazəsiz içdiyinə görə marketin sahibi, 24 yaşlı Rahib Lətifov onun boğaz nahiyəsinə zəncir …

Read More »

Qaradağlı faciəsindən 29 il ötür

Bu gün Qaradağlı faciəsinin ildönümüdür. Boyukmillet.com xatırladır ki, faciədən 29 il ötür. Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 29 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata …

Read More »

“Münxen Təhlükəzilik Konfransı qürur hisslərimizin başlanğıc nöqtəsidir”

“Cənab Prezident İlham Əliyev 17 illik fəaliyyəti dövründə düşünülmüş, uzaqgörən, praqmatik xarici siyasət yürütməklə Azərbaycanı dünyanın etibarlı tərəfdaşı kimi tanıdaraq, Azərbaycan xalqının da milli maraqlarını qətiyyətlə müdafiə edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmaq, eyni zamanda, terroru, faşist ideologiyasını dövlət siyasətinə çevirən Ermənistanın uğursuz siyasətini ifşa etmək üçün beynəlxalq tribunalardan məharətli şəkildə yararlandı”. Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. …

Read More »

“33 ildir yerimə adam axtarırlar, Allah eləsin arzuları çin çıxsın…”

Xəbər verdiyimiz kimi gənc yazarlar Mirmehdi Ağaoğlu və Cəlil Cavanşir Moderator.az-ın əməkdaşı ilə AYB-dəki yeniliklərdən danışıblar. Onlar AYB-nin sədri Anar Rzayevin və birinci katib Fikrət Qocanın istefasının məqsədəuyğun olduğunu bildiriblər. Boyukmillet.com xəbər verir ki, Moderator.az-ın əməkdaşı Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla əlaqə saxlayıb və o, haqqında səsləndirilən ittihamlara cavab verib: “Allah eləsin arzuları çin çıxsın. Özüm sədrlikdən getmək istəmirəm, amma …

Read More »

Prezidentdən işğaldan azad edilmiş kəndlərlə bağlı MÜHÜM SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 1 fevral tarixli 259-VIQD nömrəli qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Boyukmillet.com  xəbər verir ki, sərəncamda deyilir: Nazirlər Kabineti: 1. İşğaldan azad edilmiş kənd ərazilərindəki yaşayış məntəqələrinin bərpası ilə bağlı ərazi planlaşdırılması …

Read More »