Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycanlı gənc BMT-də yüksək vəzifəyə təyinat alıb

BMT-nin Nyu-York şəhərindəki Katibliyində Baş Katibin gənclər üzrə elçisinin müşaviri vəzifəsində çalışan Vüqar Allahverdiyev BMT-nin Terrorla Mübarizə Agentliyində Proqram Meneceri vəzifəsinə təyin edilib. Boyukmillet.com  xəbər verir ki, o, BMT-nin Azərbaycandakı nümayəndəliyində, eləcə də Nyu-York şəhərindəki baş qərargahında müxtəlif məsul vəzifələrdə çalışıb. Peşə fəaliyyətinə 2006-cı ildə BMT-nin İnkişaf Proqramının Bakı Ofisində başlayan Vüqar Allahverdiyev 2014-cü ildən bu günədək BMT-nin Nyu-York şəhərindəki …

Read More »

Vətən müharibəsində itkin düşən daha bir hərbçinin nəşi tapılıb

Vətən müharibəsində itkin düşən hərbçinin nəşi doğulduğu Neftçala rayonuna gətirilib. Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsində itkin düşərək sonradan şəhid olduğu bilinən kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlunun nəşi bu gün səhər saatlarında doğulduğu Neftçala rayonunun Xıllı qəsəbəsinə gətirilib. Şəhidin cənazə namazı qılınıb, ruhuna dualar oxunub, sonra şəhidin nəşi paytaxt Bakıya yola salınıb. Mərasimdə şəhidin doğmaları, Neftçala Rayon İcra Hakimiyyətinin rəsmiləri, …

Read More »

Sülhməramlılar erməniləri Kəlbəcərə apardı – VİDEO

Bazar günü 15 erməni zəvvar Kəlbəcər ərazisindəki Xudavəng monastır kompleksini ziyarət edib. Boyukmillet.com  xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, əldə edilən razılaşmalar nəticəsində Azərbaycan hərbçiləri zəvvarların rus sülhməramlılarının müşayiəti ilə kompleksə getməsinə icazə verib.

Read More »

Novruz bayramında ƏFV OLACAQ – Komissiya iclaslara başlayır

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək. Bunu Milli Məclisin deputatı, komissiyanın üzvü Fazil Mustafa deyib. O bildirib ki, toplantı videokonfrans formatında keçiriləcək: “İclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq”. “Komissiya indi toplanıb müraciətlərə baxırsa, demək Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən əfv sərəncamının imzalanması mümkündür”,- F.Mustafa vurğulayıb. 

Read More »

Ermənilər Türkiyəni tərk edir: 30 faiz azalma

Türkiyədə yaşayan Ermənistan vətəndaşlarının sayı açıqlanıb. Yeni rəqəmlərə görə, sayda 30 faiz azalma var. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi məlumat yayıb. Belə ki, 2019-cu illə müqayisədə 2020-ci ildə ölkədə yaşayan Ermənistan vətəndaşlarının sayı 1257 nəfər olub. Bu isə 30 faiz azdır. 2019-cu ildə Türkiyədə 1760 Ermənistan vətəndaşı yaşayıb.   

Read More »

ÜST COVID-19 keçirənlərin də peyvənd olunmasını tövsiyə etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan şəxslərin peyvənd olunmasını tövsiyə edib. Bu barədə ÜST-ün baş elmi əməkdaşı Sumya Svaminathan bildirib. “Daha əvvəl koronavirusa yoluxmaqdan asılı olmayaraq peyvənd olunmağı məsləhət görürdük. COVID-19 xəstələrinin əksəriyyətində immunitetin yarandığını bilirik. Lakin bəzi xəstələrdə immunitet reaksiyası güclü deyil. Söhbət xüsusilə xəstəliyi yüngül keçirmiş və bundan heç məlumatı olmayanlardan gedir, çünki xəstəlik …

Read More »

“VƏTƏN YAXŞIDIR” oxuyan şəhid Xudayar Yusifzadə

” VƏTƏN YAXŞIDIR” deyərək hərbçi yoldaşlarını ruhlandıran, cəsurluğu ilə örnək olan, şəhidlik zirvəsinə yüksələrək, nurlu siması ilə qəlblərdə heykəlləşən XUDAYAR Yusifzadə Azərbaycana,el- obasına, ailəsinə, QƏHRƏMAN kimi döndü.Bərdədə olarkən Şəhidin anası Radə xanımla görüşərək qaysaqlanmamış yarasına məlhəm olmaq istədik. Radə xanımla söhbət zamanı bir daha yəqin etdik ki, Radə xanım kimi analar Xudayarları yetişdirə bilərlər. Vətənə məhəbbət hissi də ailədə formalaşdığına …

Read More »

QHT sədri: Vaksinasiya karantin qaydalarında yeni yumuşalmalar üçün imkan yarada bilər

“Bir ilə yaxın müddətdir ki, hər birimiz adi həyatdan uzaqlaşmış və COVID-19 pandemiyasının diktə etdiyi qaydalarla yaşayırıq. Bəzi xarici ölkələrə müqayisədə ölkəmizdə koronavirusla mübarizə prosesi idarəolunan səviyyədədir və ən az itkilərlə müşahidə olunmaqdadır”. Bu fikirləri “İki sahil”ə açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının sədri Cəsarət Hüseynzadə deyib. QHT sədri bildirib ki, heç şübhəsiz ki, dövlət tərəfindən vaxtında atılan addımlar …

Read More »