Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Bu peyvənd sadəcə Türkiyədə istehsal ediləcək – İnqilab gözlənilir

Türkiyədə ASC zərrəcik peyvəndi istehsal olunacaq. Boyukmillet.com xəbər verir ki,Boğaziçi Universiteti Molekulyar Biyologiya və Genetika Şöbəsinin müdiri professor Nesrin Özören bu barədə danışıb. Onun sözlərinə görə, koronavirusa qarşı mRNA, DNA, inaktiv və vektor peyvəndlərindən fərqli olaraq ASC zərrəcik peyvəndi dünyada ilk dəfə sadəcə Türkiyədə istehsal olunacaq. Peyvəndin heyvanlar üzərindəki sınaqları artıq tamamlanıb. Əldə olunan ilkin nəticələr müsbətdir. “ASC zərrəcikləri virus …

Read More »

Çingiz xanın ölüm səbəbi ilə bağlı yeni fərziyyə irəli sürülüb

Arxeoloq, tibbi işçisi, tarixçi və antropoloqlardan ibarət beynəlxaq alimlər komandası görkəmli monqol hökmdar və sərkərdə Çingiz xanın, əsrlər boyu deyildiyi kimi, qan itkisi və ya başqa səbəblərdən yox, bubon taunundan öldüyünə dair araşdırma təqdim edib. Boyukmillet.com xəbər verir ki, məqalə “International Journal of Infectious Diseases”ın yanvar sayında dərc olunub. Çingiz xan 1227-ci ildə vəfat edib. Həmin dövrdə Monqol İmperiyası sahəsinə görə Roma …

Read More »

Ərdoğan Makrona: “Sən get hələ “sarı jiletlilər” məsələsini həll elə”

“ABŞ və ya Avropa İttifaqı nə deyir? Boğaziçi Universitetində olanları pisləyirlər. Buradan Amerikaya deyəcəyim sözlər var: seçkiqabağı və seçkidən sonra ABŞ-da baş verən olaylardan heç utanmırsınızmı? Oradakı hadisələrdə hamı bir-birini təhdid etdi, irqçilik pik nöqtəyə çatdı”. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı Avropa İttifaqı ölkələrindən Fransa prezidenti Emmanuel Makronun Türkiyə ilə bağlı bəyanatlarına sərt reaksiya …

Read More »

Tovuzda azyaşlı yaşadığı evdə yanğın törədib

Tovuz rayonunda yanğın hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, Tovuz rayon, Xatınlı kəndində vətəndaş İsrafil Mustafayevə məxsus fərdi evdə yanğın olub. İlkin məlumata görə, evdə nəzarətsiz qalan azyaşlı evin birinci mərtəbəsində olan quru otu yandırıb. Nəticədə yanğın baş verib. Yanğın zamanı sahəsi 130 kvadratmetr olan ikimərtəbəli ev və içərisindəki əşyalar və evin birinci mərtəbəsində yığılan ot bağlamaları qismən yanıb. …

Read More »

Türkiyə-Azərbaycan birgə hərbi təliminə hazırlıqlardan yeni görüntülər – VİDEO

Qarsda keçiriləcək “Qış təlimi-2021” Türkiyə-Azərbaycan birgə hərbi təliminə hazırlıqlar davam edir. Boyukmillet.com-un məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter” hesabından bununla bağlı video paylaşıb.“Titrəyər əzəmətindən yerlə göy! Yeriyən bir dağ… Coşqun bir sel… Səngiməyən bir tufan…”, – deyə hərbi qurum Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin “Qış-2021” birgə hərbi təlimləri şərh edərkən vurğulayıb. https://twitter.com/tcsavunma/status/1357617843685257216?s=20

Read More »

Ziya Məmmədov: “Arpa, buğda, yonca əkirəm, mal-qaram var, indi dolanmaq asan deyil”

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov hazırda kənd təsərrüfatı işləri ilə məşğul olur.  Boyukmillet.com  bildirir ki, bu barədə Unikal.org-a Z.Məmmədovun özü məlumat verib:“Mən Ucardakı evimdəyəm, kənd təsərrüfatı ilə məşğulam, əkib-becərirəm. Artıq mənim başqa fəaliyyət növüm yoxdur. Rayonda arpa, buğda, yonca əkirəm. Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil. Təsərrüfatımda insanlar işləyir. Bu həmin ərazidə yaşayan insanların işlə təmin olunmasına …

Read More »

Türkiyədən Çinə göndərilən ixrac qatarı Bakıya çatıb

Türkiyədən Çinə yeni növ yük – mədən sənayesi məhsulu daşıyan 42 konteynerdən ibarət blok qatarı Bakı Limanına çatıb. Bu barədə  “Azərbaycan Dəmir Yolları “QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”dən bildirilib. Məlumata görə, Türkiyənin Ankara şəhərindən Çinin Sian şəhərinə hərəkət edən qatar “ADY Konteyner” MMC-nin Türkiyə, Gürcüstan və Qazaxıstandakı tərəfdaşları ilə birgə təqdim etdiyi yeni logistik məhsuldur. Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edərək …

Read More »

Məcburi köçkünlərin qayıdışı ilə bağlı məsələlər müzakirə edilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb. Bu barədə  Dövlət Komitəsindən məlumat verilib. Qeyd olunub ki, münaqişənin davam etdiyi 30 ilə yaxın dövr ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə keçmiş məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin sosial problemlərinin həllinə …

Read More »

Azərbaycan Rusiyaya erməni idmançının təxribatı ilə bağlı şikayət edəcək

Erməni fiqurlu konkisürən Adeliya Petrosyan Krasnoyarsk şəhərində yeniyətmələr arasında keçirilən Rusiya çempionatında təxribata əl atıb. Boyukmillet.com-un məlumatına görə, qızların yarışında gümüş medal qazanmış 13 yaşlı idmançı yerli mətbuata açıqlamasında Qarabağın Ermənistana qaytarılmasının vacibliyi barədə sərsəm, separatçı fikirlər səsləndirib. Bununla yanaşı, yeniyetmə fiqurlu konkisürən Ermənistanın İkinci Qarabağ müharibəsində Azərbaycana məğlubiyyətini etiraf edib. O həmçinin buz üzərində çıxışı zamanı səsləndirilən mahnının erməni …

Read More »