Qarabağ müharibəsində həlak olmuş daha 31 erməni hərbi qulluqçunun meyiti yanvarın 26-da Ermənistana təhvil verilib. Bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir. Müharibə zamanı itkin düşmüş erməni hərbçilərdən birinin qohumu Arsen Qukasyan bildirib ki, meyitlərin bəzilərinin üzərində sənədlər var. O, itkin erməni hərbçilərin axtarışlarının bu gün davam etdiriləcəyini qeyd edib. Xatırladaq ki, Qarabağ müharibəsində iştirak etmiş erməni hərbçilərin bəzilərinin valideynləri …
Read More »Bayden NATO rəhbəri ilə Rusiya, İraq və Əfqanıstan məsələlərini müzakirə edib
ABŞ prezidenti Cozef Bayden NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Qeyd edilir ki, ABŞ prezidenti NATO rəhbəri ilə Rusiya, İraq və Əfqanıstan məsələlərini müzakirə edib. “Prezident Cozef Bayden bu gün NATO baş katibi Yens Stoltenberqlə danışıb. Prezident Baş katibə ittifaqa etibarlı rəhbərliyi üçün təşəkkür edib, Əfqanıstan, İraq və …
Read More »Azərbaycanın XİN başçısı Fransanın dövlət katibini qəbul edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Tərəflər bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı …
Read More »Korrupsioner necə “Əməkdar həkim” olub? – Masallıdan Bakıya uzanan qara əllər…
Bir neçə gün əvvəl Masallı Rayon Xəstəxanasının direktoru Cəlil Oruc oğlu Nəzərov həsb edildi. Uzun müddət direktor vəzifəsində işləyən C.Nəzərov həmin tibb müəssisəsinin həkim-məsləhət komissiyasının sədri kimi əlillik dərəcəsinin təyin edilməsi üçün tələb edilən xəstəlik tarixçələrinin hazırlanması və səhiyyə müəssisəsinin göndərişinin “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilməsi üçün vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alırmış. Onun otağında müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair …
Read More »Azərbaycan hərbi əməliyyatları niyə dayandırdı? – Hikmət Hacıyev açıqladı
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın 10 noyabr üçtərəfli bəyanata imza atmasının səbəbini açıqlayıb. Boyukmillet xəbər verir ki, H.Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinə müsahibəsində deyib ki, Azərbaycan Ermənistandan qoşunların işğal altındakı ərazilərdən çıxarılması üçün qrafik verilməsini tələb edirdi. “Azərbaycan hərbi əməliyyatları o şərtlə dayandırmağa hazır idi ki, Ermənistan öz qoşunlarının bütün işğal edilmiş ərazilərdən …
Read More »Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib
Rəşad Nəbi oğlu Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Boyukmillet.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Rəşad Nəbiyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Read More »Ramin Quluzadə nazir vəzifəsindən azad edildi
Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Read More »Bakı-Naxçıvan aviareyslərinin sayı artırılır ⠀
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, fevralın 1-dən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını gündə 3 dəfəyə qədər artıracaq. Boyukmillet.com bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, reyslər aşağıdakı cədvəl üzrə həyata keçiriləcək: – Bakıdan uçuş saat 08:00, 13:40 və 19:20; – Naxçıvandan uçuş saat 10:50, 16:30 və 22:10. Hava gəmisinə COVID-19 virusunun …
Read More »Azərbaycan yeni minatəmizləmə maşınları alıb
“Minatəmizləmə işlərinin surətləndirilməsi və effektivliyin artırılması məqsədi ilə müasir minatəmizləmə maşınları alınıb”. Boyukmille.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mühəndis qoşunları idarəsinin rəis müavini, polkovnik Ceyhun Cəfərov deyib. Onun sözlərinə görə, həmin minatəmizləmə maşınlarının bir hissəsi yaxın günlərdə Azərbaycana gətiriləcək: “Bundan başqa, minaaxtaran cihazların bir hissəsi alınıb, artıq mühəndis qoşunlarına istifadə üçün verilib”.
Read More »Ermənilər İkinci Qarabağ müharibəsində ölən daha 65 nəfəri etiraf edib
Ermənilər İkinci Qarabağ müharibəsində məhv edilən daha 65 separatçını etiraf edib. Boyukmillet.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağdakı qondarma rejim açıqlayıb. Açıqlanan siyahıda ən gənc 2002, ən yaşlı isə 1961-ci il doğumludur. Beləliklə, erməni tərəfinin İkinci Qarabağ müharibəsindəki itkiləri 3 600-ü ötüb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar