Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Lavrov: “Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur”

“Dağlıq Qarabağın müstəqilliyi heç kəs tərəfindən tanınmayıb. Onu Ermənistan belə tanımayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən deyib. “Bizim ümumiyyətlə Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı fikrimiz yoxdur”, – o vurğulayıb.

Read More »

Sabah qar yağacaq

Azərbaycanda yanvarın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər bəzi yerlərdə çiskinli, axşam yağıntılı olacağı, gecəyə doğru isə yağıntının sulu qara, qara keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm …

Read More »

Sağlamliq Imkanlari Məhdud Uşaqlara Səyyar Sosial Reabilitasiya Xidməti göstərilib.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin həyata keçirdiyi “Sağlamliq Imkanlari Məhdud Uşaqlara Səyyar Sosial Reabilitasiya Xidmətinin Göstərilməsi” (Yardımlı, Piirallahı, Bakı-Səbail, Sumqayıt şəhər və rayonlarında) uğurlu fəaliyyətləri həyata keçirildi. “Sağlamlıq İmkanları məhdud uşaqlara səyyar sosial reabilitasiya xidmətinin göstərilməsi” Yardımlı, Piirallahı, Bakı-Səbail, Sumqayıt şəhər …

Read More »

Gürcüstanda növbəti erməni yalanının ifşası: 15 il əvvəl ölən müğənni konsert “verəcək” – ARAŞDIRMA

ABŞ-da təsis olunan və Gürcüstanda da bölməsi olan Çoxşaxəli Diplomatiya İnstitutu (IMDT) adlı qeyri-hökumət təşkilatı yanvarın 20-də “Artsax Beynəlxalq Həmrəylik” adlı onlayn xeyriyyə konsertinin keçiriləcəyini elan edib. Boyukmillet.com xəbər verir ki, elanda tədbirdən toplanacaq vəsaitin “Hayastan” ümumermənistan fonduna ödənəcəyi və qondarma “Artsax”ın “xalqı” üçün xərclənəcəyi bildirilib. Təşkilatın məlumatına əsasən, konsertdə Böyük Britaniya, ABŞ, Gürcüstan və digər ölkələrdən olan müğənnilər iştirak …

Read More »

Qarabağa avtobus marşrutlarının təşkilinə dair pasportlar hazırlanıb

2020-ci ilin yanvar ayında işğal altından azad olunan Cocuq-Mərcanlıya ilk marşrut xəttinin açılışı təmin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 2020-ci ilin hesabatında bildirilir. Sənəddə həmçinin deyilir ki, işğaldan azad edilən şəhər və rayonlara marşrutların açılması üzrə pasportlar hazırlanaraq, daşıyıcıların müəyyən edilməsi üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair hazırlıq işlərinin təşkil …

Read More »

Koronavirus vaksini Azərbaycana mərhələli şəkildə gətiriləcək

Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin Azərbaycana mərhələli şəkildə gətirilməsi nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, adıçəkilən vaksin ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb. Qeyd edək ki, “Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu …

Read More »

Oqtay Şirəliyev vaksinasiyadan DANIŞDI

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində koronavirusla mübarizə çərçivəsində Azərbaycan qabaqcıl ölkələr sırasına qatılıb. Bu gün artıq ölkədə vaksinasiya prosesinə başlandı”.  Boyukmillet.com-un məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Səhiyyə naziri Oqtay Şirəliyev deyib. O bildirib ki, vaksinasiya ilə bağlı mütəxəssis rəyi öyrənilib və ən yaxşı vaksin bizdə istifadə olunur: “Azərbaycan vaksinasiyaya başlayan ilk ölkələr …

Read More »

Səhiyyə naziri Oqtay Şirəliyev peyvənd olundu – VİDEO

Ölkədə tibb işçilərinin koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesi davam edir. Boyukmillet.com bildirir ki, Bakı Sağlamlıq Mərkəzində səhiyyə naziri Oqtay Şirəliyev peyvənd olunub. Qeyd edək ki, bu gündən Azərbaycanda Çin istehsalı olan “CoronaVAC” vaksini ilə peyvəndlənmə həyata keçirilir.

Read More »

Baş həkim peyvənd olundu: “Özümü yaxşı hiss edirəm”

A.H.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikasının baş həkimi Kübra Cabbarova koronavirus infeksiyasına qarşı peyvənd olunub. Boyukmillet.com xəbər verir ki, baş həkim peyvənddən sonra özünü yaxşı hiss etdiyini deyib. “Vaksindən sonra hələlik özümü yaxşı hiss edirəm. Çünki allergiyam və xroniki xəstəliyim yoxdur”, – K.Cabbarova qeyd edib. O həmçinin əlavə edib ki, poliklinikada peyvənd olunmamışdan qabaq şəxslərin ilk növbədə təzyiqi, bədən hərarəti və hər …

Read More »

20 Yanvar Günü Bakıda bir sıra yollar bağlanacaq

Daxili İşlər Nazirliyi (DİN) Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən daxil olan məlumatda deyilir: “20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqdır. 20 Yanvar günü səhərdən başlayaraq vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər.Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si …

Read More »