Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Şuşada beşmərtəbəli binada yanğın olub

Şuşa şəhərində beşmərtəbəli binada yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb. Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More »

Azərbaycanda vaksin vurulan şəxslərə pasport veriləcəyi təsdiqləndi

Yekun tövsiyələrə əsasən COVID-19-a qarşı peyvənd olunan şəxslərin cari qeydiyyatı aparılacaq. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda öz əksini tapıb. Strategiyada qeyd olunub ki, vaksin vurulanların müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyacları da qarşılanacaq. Xatırladaq ki, bu gündən ölkədə vaksinasiya prosesinə başlanılır.

Read More »

Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır

Bu gündən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayır. Boyukmillet.com xəbər verir ki, peyvəndləmə könüllü və dövlət hesabına aparılacaq. Azərbaycan 2 milyon insan üçün 4 milyon doza Çin istehsalı olan “Sinovac” peyvəndi alıb. Vaksin bir insana iki dozada vurulacaq. Dozalararası müddət 21 gün müəyyənləşdirilib. İlkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya aparılacaq. Vaksin “soyuq zəncir” şəraitinə uyğun olaraq saxlama məntəqələrində qorunacaq. Azərbaycanda birinci mərhələdə yüksək risk qrupuna …

Read More »

SMS icazə ləğv edildi

Bu gündən Azərbaycanda yaşayış yerini tərk etmək üçün tətbiq edilən icazə sistemi ləğv edilib.Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah yanvarın 16-da qərar imzalayıb. Qərara əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı …

Read More »

Bu gündən sərt karantin rejimi yumşaldıldı

Bu gündən Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın imzaladığı qərar qüvvəyə minib.Boyukmillet.com xəbər verir ki, bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci …

Read More »

Ermənistan ordusunun ən elitar hərbi birləşmələri döyüş meydanından qaçıb

Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan “ərazilərin geri qaytarılmasına”, yəni hərbi revanşa çağıranları “ziyanlı və reqressiv” adlandırıb. Erməni mediasının verdiyi məlumata görə, Nazaryan revanş çağırışlarına qarşı olduğunu bildirib və deyib: “Bu gün bir çox ekspertlər, müxtəlif xadimlər deyirlər ki, bilirsiniz, bir neçə illik dinc həyatdan sonra biz güclü olarıq, silahlanarıq qələbə payımızın ardınca gedərik. Bağışlayın, mən bu düşüncəni reqressiv və ziyanlı …

Read More »

Hadrut, Füzuli və Cəbrayılda erməni hərbçilərin meyitləri aşkarlandı

Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha 3 erməni hərbçinin meyiti tapılıb. Bu barədə “Boyukmillet” Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, erməni hərbçilərin meyitləri Hadrut, Füzuli və Cəbrayılda aşkarlanıb. Ermənistanın itkin hərbçilərinin axtarışları Şuşada da davam etdirilib. Lakin şəhərdə hər hansı meyit tapılmayıb. Qeyd edilir ki, sabah Qubadlıda, Hadrutda, Füzulidə və Cəbrayılda itkin erməni hərbçilərin axtarışları davam etdiriləcək. Axtarışlara …

Read More »

Azərbaycanda koronavirusa 322 yeni yoluxma qeydə alınıb, 11 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 322 yeni yoluxma faktı qeydə alınıb, 845 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 227 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 263 nəfər müalicə olunaraq sağalıb, 3 009 nəfər vəfat edib, aktiv xəstə sayı …

Read More »

Daha bir müharibə qazisi yüksək texnologiyalı protezlə təmin olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları Vətən müharibəsində yaralanmış Seyidəkbər Vaqif oğlu Xalıqov (Bakının Sabunçu rayonu) və ailəsi ilə görüşüblər. ƏƏSMN-dən  verilən məlumata görə, qazinin özü, valideynləri və biri azyaşlı olan iki qardaşından ibarət olan ailənin istəyi nəzərə alınmaqla, Seyidəkbərin anası ödənişli ictimai işlə təmin edilib. Atası çilingərlik, qazi özü və qardaşı isə şirniyyat istehsalı üzrə kiçik biznes sahələrini …

Read More »