Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs olunub

Mingəçevirdə xüsusi karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhərin giriş hissəsində qurulan karantin postunda xidmət aparan polis əməkdaşları “Mercedes” markalı mikroavtobusu yoxlayan zaman sürücü, Mingəçevir şəhər sakini Ramin Həsənovun karantin qaydalarını pozaraq Bakı şəhərinə sərnişin daşımağa cəhd etdiyini aşkarlayıblar. Həmin şəxs Polis Şöbəsinə gətirilib və onun barəsində toplanmış materiallar …

Read More »

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb. R.T.Ərdoğan Azərbaycanın haqlı davasında böyük mübarizə ilə əldə etdiyi Qarabağ zəfərinin bölgədə sülh və sabitlik üçün yeni imkanlar yaratdığını deyib. O, yeni dönəmdə Türkiyənin Azərbaycana bütün sahələrdə töhfə və dəstək verəcəyini vurğulayıb. Türkiyə Prezidenti Azərbaycanın işğaldan azad etdiyi …

Read More »

Azərbaycanda koronavirusa 402 yeni yoluxma qeydə alınıb, 15 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 650 nəfər müalicə olunaraq sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 226 min 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 214 min 423 nəfər müalicə olunaraq sağalıb, 2 998 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 530 nəfərdir. Ötən müddət ərzində 2 milyon 311 min …

Read More »

Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi Avropa Məhkəməsinə göndərilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşlarımızın hüquq və azadlıqlarının pozulmasına dair dövlətlərarası ərizə hazırlanaraq 2020-ci il yanvarın 15-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilib. Boyukmillet.com xəbər verir ki, ərizənin hazırlanmasına beynəlxalq hüquq aləmində tanınmış ekspertlər və Azərbaycan Respublikasının aparıcı hüquqşünasları cəlb olunublar. Ərizədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 …

Read More »

“Azərİşıq”: İşığımız Şuşada yandı!

“Azərişıq” ASC Şuşa ilə bağlı sosial şəbəkədə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda işğaldan azad edilmiş Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı nəticəsində Yuxarı Gövhər ağa məscidinin və əsas küçələrin işıqlandırılması göstərilib. Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin Şuşa şəhərinə səfər edib və çıxışı zamanı, şəhərə elektrik enerjisinin verildiyini bildirimişdi. Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali …

Read More »

Azay Quliyev: Əminəm ki, Prezidentin islam və xristian dünyasına Şuşadan verdiyi mesajlar ünvanına çatıbdır

Prezidentin islam və xristian dünyasına Şuşadan verdiyi mesaj Ulu Öndər Heydər Əliyev 1982-ci ilin yanvarın 14-də  məşhur şair, siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri olmuş Molla Pənah Vaqifin Şuşada məqbərəsinin açılışını etmişdi. Həmin tədbirdə iştirak edən 21 yaşlı İlham Əliyev heç vaxt fikirləşməzdi ki, Azərbaycanın qeyrət qalası olan Şuşa 10 ildən sonra işğal olunacaq və …

Read More »

Saatlıda şəhid hərbçi dəfn edilib

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində şəhid olan daha bir hərbi qulluqçusu dəfn edilib. Boyukmillet.com xəbər verir ki, Saatlı rayonunun Azadkənd kəndindən olan 1996-cı il təvəllüdlü Ələm Sərvər oğlu Hüseynov bu gün doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Ə.Hüseynov Vətən müharibəsində itkin düşmüş 64 hərbçidən biri idi. Allah rəhmət eləsin!

Read More »

Şəmkirdə avtomobillə vurulan piyada xəstəxanada ölüb

Şəmkir rayonunda ölümlə nəricələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  verilən məlumata görə, hadisə yanvarın 15-də saat 19 radələrində rayonun Seyfəli kəndi ərazisində qeydə alınıb. Çinarlı qəsəbə sakini V.Teymurov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Aşağı Seyfəli kənd sakini N.Məmmədovu vurub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Read More »

Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq

Yanvarın 19-u axşamdan başlayaraq 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Boyukmillet.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlığa görə, şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yanvarın 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var. Azərbaycanın …

Read More »