“Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycanın Qarabağ bölgəsinə Ermənistan rəsmilərinin qanunsuz səfərlərinə haqq qazandırmaq cəhdi və bunun 10 noyabr tarixli üçtərəfli bəyannamənin öhdəliklərinə zidd olmadığını iddia etməsi Ermənistan rəsmilərinin, əfsuslar olsun ki, 30 il bundan öncə olduğu kimi hələ də xəyallardan çıxış etdiyini və bölgədə mövcud olan yeni reallıqdan nəticə çıxarmadıqlarını nümayiş etdirir”. Bunu mediaya açıqlamasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin …
Read More »Azərbaycanda SON SUTKADA koronavirusa yoluxma statistikası – RƏSMİ
Azərbaycanda koronavirusa (COVID-19) 685 yeni yoluxma faktı qeydə alınıb, 1931 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 27 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 16 513 nəfərə çatıb.Ölkədə son sutka ərzində 9 915, hazırkı dövrədək isə 2 241 908 test aparılıb. Ümumi ölənlərin sayı 2 845 nəfərdir. Ümumi yoluxanların sayı 222 …
Read More »İlham Əliyev: “Məcburi köçkünlər üçün tikilən evlər şəhid ailələrinə veriləcək”
“Bildirmək istəyirəm ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Bu qərarı mən qəbul etdim”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. “Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona …
Read More »Rufiz Qonaqov: Əldə olunan uğurlarımız Prezident İlham Əliyevin adı ilə bağlıdır
“2020-ci il Azərbaycan tarixinə torpaqlarımızın işğaldan azad edilməsi ili kimi yazıldı. 30 ilə yaxın işğal altında olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə məhz 2020-ci ildə öz azadlığına qovuşdu, ərazi bütövlüyümüz təmin edildi. Təbii ki, bu qələbənin qazanılmasında rol oynayan əsas komponentləri xüsusi qeyd etmək lazımdır. Ötən il ərzində Ermənistanın hərbi təxribatlarının qarşısının uğurla alınması, …
Read More »“Şuşanın baş planının hazırlanmasına başlanılıb” – Samir Nuriyev
“Şuşa şəhərinin ortofoto şəkli çəkilib və topoqrafiya işləri davam etdirilib”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxış edərkən deyib. S.Nuriyev bildirib ki, işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb: “Əlaqələndirmə Qərargahı dərhal işə başlayıb. Gündəlik məsələlərin həll …
Read More »İlham Əliyevdən erməni nazirə – “Sən kimsən ki, Qarabağa gedirsən?”
“İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və …
Read More »Konqresə hücum – ABŞ demokratiyası iflas həddində
ABŞ SSRİ dağılandan sonra təkqütblü dünyaya başçılıq eləməyə başladı. Bu ölkə güclü ordusu, iqtisadiyyatı və dollarına görə qüdrətli sayılmırdı, həm də demokratiyasına, güclü vətəndaş cəmiyyətinə görə bu etimadı qazanmışdı. Sovetlərdən sonra sosializm düşərgəsinin üzvləri, yeni müstəqil olan dövlətlər və öz dövlətçiliyini bərpa edən ölkələr üçün ABŞ demokratiya və ədalət rəmzi oldu. Onun nüfuzu və təsir imkanları hələ də güclüdür. ABŞ-ın …
Read More »Rusiya XİN Vaşinqtondakı qarşıdurmalara münasibət bildirib
“Vaşinqtondakı hadisələr ABŞ-ın daxili işidir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ABŞ paytaxtında baş verən hadisələrlə bağlı bəyanatında bildirilib. “Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-dakı seçki sistemi arxaikdir, çağdaş standartlara cavab vermir, pozuntular üçün şərait yaradır. Dost Amerika xalqına öz tarixlərinin bu dramatik mərhələsindən layiqincə çıxmağı diləyirik”, – XİN-nin bəyanatında vurğulanıb. Qeyd edək ki, 2020-ci ilin noyabr ayının …
Read More »Polis son 6 gündə 110 kq-a yaxın narkotiki qanunsuz dövriyyədən çıxarıb
Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin təkcə 6 günü ərzində güclü təsiredici xüsusiyyətə malik, ümumi çəkisi 106 kiloqram 500 qram olan müxtəlif növ narkotik vasitə, o cümlədən …
Read More »Prezident Qarabağda bərpa olunacaq şəhərlərin dəqiq sayı ilə bağlı tapşırıq verib
“Eyni zamanda, kəndlərin bərpası ilə bağlı vahid yanaşma olmalıdır. Çünki işğaldan əvvəl bəzi kəndlərdə yaşayan insanların sayı çox az idi, təqribən 20 nəfər, 30 nəfər, 50 nəfər. Əlbəttə, ilk növbədə, biz böyük yaşayış məntəqələrinin bərpası ilə məşğul olmalıyıq. Hesab edirəm ki, aidiyyəti qurumlar, hökumət, Prezident Administrasiyası kəndlərin optimal say tərkibini müəyyən etməlidir. Yəni, bizim üçün bir oriyentir olmalıdır. Əlbəttə ki, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar