Qarabağda qalan qanunsuz erməni silahlı qrupların fəaliyyətində ən çox ehtimal olunan ssenarilərindən biri enerji və nəqliyyat şəbəkələrinə qarşı təxribatlar törətmək ola bilər. Boyukmillet.com Musavat.com-a istinadən xəbər verir ki, bu barədə rusiyalı təhlilçi Mixail Borisov “Vestnik Kavkaza”dakı məqaləsində yazıb. Onun sözlərinə görə, uzun müddətdən bəri gözlənilən Dağlıq Qarabağın işğaldan azad edilməsinə əlavə olaraq bölgəyə yeni infrastruktur layihələri üçün imkanlar açılıb. “Bakı Naxçıvana …
Read More »Bəzi ölkələrdə benzin və dizelin qiyməti
Yanvarın 5-dən Azərbaycanda Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat, dizelin 1 litrinin qiyməti isə 80 qəpik olacaq. Boyukmillet.com-un xəbərinə görə, hazırda bir sıra ölkələrlə müqayisədə Azərbaycanda benzin və dizelin qiyməti ucuzdur. Hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün:-Rusiyada 1,0 manat;-Ukraynada 1,72 manat;-Belarusda 1,14 manat;-Gürcüstanda 1,12 manat təşkil edir. 1 litr üçün dizel yanacağının qiyməti;-Türkiyədə …
Read More »Tarif Şurası bəzi məhsulların qiymətinin dəyişməsi ilə bağlı qərar qəbul edib
4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Boyukmillet.com quruma istinadən xəbər verir ki, iclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Belə ki, Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib. Təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına …
Read More »Donald Trampa qarşı cinayət işi açıla bilər
Demokrat konqresmenlər Ted Lyu və Ketlin Rays Federal Təhqiqat Bürosunun (FTB) başçısı Kristofer Reyə Corciya ştatının dövlət katibi Bred Raffensperqer ilə söhbətinin səs yazısı yayıldıqdan sonra hazırkı prezident Donald Trampa qarşı cinayət işinin açılması ilə bağlı məktub göndəriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Lyu özünün tvitter hesabında yazıb. Konqresmenlər hesab edir ki, Donald Tramp bir sıra seçki cinayətlərinin törədilməsinə …
Read More »Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir
Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Bu barədə AZAL-dan bildirilib. Hava şəraiti normallaşan kimi, bütün təxirə salınmış reyslər eyni gündə yerinə yetiriləcək. Sərnişinlərə bu haqda məlumat təqdim ediləcək. Xüsusilə sərnişinlərin nəzərinə çatdırılır ki, təxirə salınmış uçuşların sərnişinlərinin COVID-19-a dair mənfi nəticəsi olan tibbi arayışı həmin istiqamətdə uçuşlar bərpa edildikdə etibarlı olacaqdır. Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı reysi gündə …
Read More »Azərbaycanda 334 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycanda bu gün koronavirus infeksiyasına 334 yeni yoluxma faktı qeydə alınıb, 1 891 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 28 nəfər “COVID-19”dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 220 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 196 734 nəfər müalicə olunaraq sağalıb, 2 761 nəfər vəfat edib, aktiv xəstə sayı 21 …
Read More »Türkiyədə koronavirusu 10 saniyəyə təyin edən cihaz hazırlandı
Türkiyə alimləri on saniyə ərzində yeni növ koronavirus infeksiyasını təyin edən cihaz hazırlayıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Bilkent Universitetinin saytında məlumat verilib. “Diagnovir” adlanan cihazın işləmə prinsipi nümunələrin təkrarlanmasına deyil, optik xüsusiyyətlərə əsaslanmasıdır. Test üçün, ağızın selikli qişasından nümunə götürülür, sonra xüsusi bir maye ilə qarışdırılır və cihaza yerləşdirilir. Patogenlər dinamik olaraq floresan siqnalı qəbul edərək 10 saniyə ərzində …
Read More »İran BƏƏ-yə hərəkət edən tankeri saxlayıb
İran hakimiyyəti Birləşmiş Ərəb Əmirliklərinə doğru hərəkət edən neft tankerini özünün su ərazisində saxlayıb. Boyukmillet.com “newsru.co”ya istinadən xəbər verir ki, məlumatı İranın dövlət televiziyası yayıb. Bildirilib ki, Səudiyyə Ərəbistanından Birləşmiş Ərəb Əmirliyinə doğru hərəkət edən Cənubi Koreya bayrağı altında üzən “Hankuk Chemi” tankeri Hörmüz boğazında, Bəndır Abbas limanında, İran ərazisində saxlanılıb. Tankerin saxlanılmasına səbəb olaraq gəminin körfəz sularını çirkləndirməsi göstərilib. Tankerin …
Read More »Qanunsuz şəkildə erməni kəndinə birləşdirilmiş ərazi Azərbaycana təhvil verildi
Bir qismi Qubadlı rayonunun ərazisinə düşən və Ermənistanın Sünik vilayətinin Şurnuxu kəndinə qanunsuz şəkildə birləşdirilmiş 12 evin yerləşdiyi ərazi Azərbaycana təhvil verilib. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Gorusun icma başçısının müavini Menua Ovsepyan bildirib. Onun sözlərinə görə, ermənilər heç bir təhlükə hiss etmirlər. O həmçinin Azərbaycan tərəfinin artıq kənddə nəzarət postu qurduğunu açıqlayıb. Qeyd edək ki, 1990-cı …
Read More »KİV: İran parlamentində İsrailin “məhv edilməsinə” çağıran qanun layihəsi təklif edilib
İranlı deputatlar hökuməti İsrailin 2040-cı ilədək “məhv edilməsi” üçün addımlar atmağa məcbur edəcək qanun layihəsi təklif edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İran KİV yazıb. Qanun layihəsi ötən həftə, general Qasım Süleymaninin öldürülməsinin ildönümü ərəfəsində təqdim edilib. Müzakirə ediləcək və bəlkə də, səsə qoyulacaq təklif olunan qanun layihəsində “İsrailin məhv edilməsi” istiqamətində iki konkret addımdan bəhs olunur. Birincisi, ilkin tələbat …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar