Bakı, 6 noyabr, Boyukmillet.com Bu həftə ərzində 700-dən çox fərdi yaşayış evinə qaz verilib. “Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib ki, İB payız-qış mövsümünə hazırlıqla bağlı qazlaşma işləri aparılan yaşayış məntəqələrində fəaliyyətini bir qədər də sürətləndirib. Belə ki, qazlaşma işləri aparılan yaşayış məntəqələrində qaz açılışları təmin edilir. Bu həftə Tovuz rayonu Çatax kəndində 70 fərdi yaşayış evinə qaz verilib. Bundan başqa …
Read More »Paşinyan bu yolla müharibənin acı nəticələrindən yayınmağa çalışır – Detallar AÇIQLANDI
“Ermənistan illərdir ki, danışıqlar prosesini uzadıb, hər dəfə müəyyən bir irəliləyiş əldə olunanda hansısa bir bəhanə gətirərək əldə olunan razılaşmaların həlli prosesini pozublar”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Publika.az-a danışan Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib. Onun sözlərinə görə, danışıqlar prosesinin pozulmasında son nöqtəni Nikol Paşinyan Qarabağ Ermənistandır bəyanatı ilə qoydu: “O, bizim …
Read More »Ombudsman Aparatından Xədicə ilə bağlı açıqlama
Hər iki valideynini itirmiş Xədicənin məsələsi Ombudsmanın daimi nəzarətindədir. “Boyukmillet.com” xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumları nəticəsində hər iki valideynini itirmiş 3 yaşlı Şahnəzərli Xədicə Röyal qızı barəsində sosial şəbəkələrdə video görüntülər yayılıb. Məsələ Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın diqqətindədir. İlk gündən Müvəkkilin təşəbbüsü ilə zərərçəkmiş ailə …
Read More »Moskvadan Yerevana daha 6 təyyarə reysi PLANLAŞDIRILIR
Rusiyanın paytaxtı Moskvadan Ermənistana 6 təyyarə reysi planlaşdırılır. Boyukmillet.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Moskvadakı Ermənistan səfirliyi açıqlayıb. Təyyarə reysləri noyabrın 11-i, 13-ü, 16-sı, 20-si, 23-ü və 27-sinə planlaşdırılır. Uçuşlar Yerevanın Zvartnots aeroprotuna həyata keçiriləcək.
Read More »AR XİN Mətbuat xidməti idarəsinin Xarici İşlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev ilə görüşünə dair məlumatı
2 noyabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qarşı tərəfi səmimi salamlayan nazir Ceyhun Bayramov son zamanlar Türk Şurasını Baş katibinin ölkəmizə səfərlərinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə əlavə dəstək verdiyini vurğuladı. Türk Şurası tərəfindən Azərbaycanın mövqeyi ilə bağlı bu günədək …
Read More »Qubadlı-Laçın istiqamətində düşmən mövqeləri ataraq qaçıb
Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb. Eyni zamanda şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb.
Read More »ASALA Qarabağda ön cəbhədə döyüşür – Araşdırma
ASALA erməni terror təşkilatı, onun rəhbərləri, eləcə də Suriyadan olan erməni mənşəli muzdlular işğal olunmuş Dağlıq Qarabağda ön cəbhədə döyüşür. Boyukmillet.com Trend-ə istinadən xəbər verir ki, bu barədə “Jewish Press”in araşdırması nəticəsində məlum olub. Qeyd olunub ki, bölgədən əldə olunan fotogörüntülərdə hətta Liviyadan olan döyüşçülər yer alıb. Araşdırma nəticəsində məlum olub ki, yenidən bərpa olunmuş ASALA ilə suriyalı, livanlı və liviyalı …
Read More »“Sərsəng”də terror törətmək istəyən PKK üzvləri MƏHV EDİLDİ
Ermənistan silahlı qüvvələri tərkibində döyüşən PKK terrorçularının növbəti qrupu məhv edilib. Gecə ərzində düşmənin Kəlbəcər istiqamətində yerləşdirdiyi PKK terrorçuları müxtəlif istiqamətlərdə irəliləməyə çalışaraq terror-təxribat aktları törətməyə cəhd ediblər. Daxil olmuş əməliyyat məlumatları əsasında, onların “Sərsəng” SES istiqamətində terror aktı törətmək niyyətlərinin olduğu aşkarlanıb. Nəticədə, peyk və PUA çəkilişləri əsasında terrorçuların müvəqqəti cəmləşdiyi ərazi müəyyən edilib və çoxlu sayda heyəti məhv …
Read More »Naxçıvan Bölməsində “QarabağAzərbaycandır!” mövzusunda konfrans keçirilib
AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Elmi Kitabxana ilə birgə “Qarabağ Azərbaycandır!” mövzusunda elmi konfrans keçirib. Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvi Fəxrəddin Səfərli açaraq Qarabağ tarixindən və bu tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Bildirib ki, 200 ildən bəri Azərbaycan xalqına qarşı təcavüzkar və soyqırımı siyasəti yeridən ermənilər XX yüzilliyin sonlarında havadarlarının köməyi …
Read More »Makron Kanadanın baş naziri ilə Qarabağı müzakirə edib
Fransa prezidenti Emanuel Makronla Kanadanın baş naziri Castin Tryudo arasında telefon danışığı olub. Bu barədə Boyukmillet.com Kanada hökuməti başçısının mətbuat xidmətinə istinadən məlumat verir. Qeyd olunub ki, tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. Bundan başqa, iki ölkə arasında mövcud vəziyyət və pandemiyaya qarşı mübarizə diqqət mərkəzində olub.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar