Çərşənbə , 17 Aprel 2024
Drone Cameras

Bu həftə ərzində 700-dən çox fərdi yaşayış evinə qaz verilib

Bakı, 6 noyabr, Boyukmillet.com

Bu həftə ərzində 700-dən çox fərdi yaşayış evinə qaz verilib.

“Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib ki, İB payız-qış mövsümünə hazırlıqla bağlı qazlaşma işləri aparılan yaşayış məntəqələrində fəaliyyətini bir qədər də sürətləndirib. Belə ki, qazlaşma işləri aparılan yaşayış məntəqələrində qaz açılışları təmin edilir. Bu həftə Tovuz rayonu Çatax kəndində 70 fərdi yaşayış evinə qaz verilib. Bundan başqa Xəzər rayonu Buzovna qəsəbəsi Şüvəlan-Buzovna yolunun sağ tərəfindəki “Albalılıq” və “Təmənis” adlandırılan ərazilərə düşən yeni massivdə 358, Sabunçu rayonu Zabrat qəsəbəsi, M.İbrahimov küçəsində yeni massivdə 137 və Qaradağ rayonunda bir neçə yaşayış massivində bir qrup fərdi yaşayış evinə təbii qaz verilib. Eyni zamanda Göyçay rayonu Ərəbşahverdi kəndində 68, Şıxlar kəndində 71 fərdi yaşayış evi qazla təmin edilib.

Hazırda regionlarda və Bakı şəhərində cari il üzrə qaz çəkilişləri aparılan 43 yaşayış məntəqəsi (5299 fərdi yaşayış evindən ibarət) və 43 yaşayış massivində (8585 fərdi yaşayış evindən ibarət) ümumi işin əksər hissəsi tamamlanmaq üzrədir. Bu günə olan məlumata görə artıq 11 yaşayış məntəqəsində 821 fərdi yaşayış evi, 26 yaşayış massivində 4528 fərdi yaşayış evi təbii qazla təmin edilib. 19 yaşayış məntəqəsi və 9 yaşayış massivində işlər tamamlanıb, qaz açılışına dair son prosedurlar icra edilməkdədir. 13 yaşayış məntəqəsi və 8 yaşayış massivində isə qazlaşdırma işləri davam edir. Hazırda qaz çəkilişi aparılan yerlərə Gəncə şəhərinin Şıxzamanlı və Cavadxan qəsəbələrindəki yeni yaşayış massivlərini, Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrindəki yeni yaşayış massivlərini, Ağdaş rayonunun Şıxlı, Yenikənd, Aşağı Qobuüstü, Qobuüstü və Yuxarı Nemətabad kəndlərini, Şabran rayonunun Ceyranlı və Vələsli kəndlərini, Gədəbəy rayonunun Arıqıran və Əyrivəng kəndlərini, Lerik rayonunun Bibiyani və Siyəreqon kəndlərini, Siyəzən rayonunun Məşrif kəndini göstərmək olar.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …