Bazar ertəsi , 6 Aprel 2026

autor

Kəmaləddin Heydərov Gəncədə ermənilərin raket zərbələri endirdiyi ərazilərə baş çəkib

Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 13-də Gəncə şəhərinə səfər edib. Boyukmillet.com xəbər verir ki, nazir Ermənistan ordusunun beynəlxalq hüququn norma və prinsiplərini, habelə humanitar atəşkəs rejimini kobudcasına pozaraq raket zərbələri endirdiyi ərazilərə baxış keçirib, hərbi cinayət nəticəsində dağılmış mülki obyektlər və yaşayış binalarının vəziyyəti ilə tanış olub. Sakinlərlə görüşən K.Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı …

Read More »

Azərbaycanın zərbə PUA-larının Ermənistan ordusuna vurduğu zərər açıqlanıb

Azərbaycan Silahlı Qüvvələrinin zərbə PUA-ları Ermənistan ordusuna ümumilikdə azı 1 milyard ABŞ dolları ziyan vurub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Clash Report”un araşdırmasında qeyd olunub. Bildirilib ki, ən çox ziyan düşmənin hava hücumundan müdafiə sisteminə dəyib – 485 milyon ABŞ dolları. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin 84 tank itirdiyi (oktyabrın 12-nə olan məlumat) və bunun ümumi dəyərinin 210 milyon ABŞ dolları olduğu vurğulanıb. Həmçinin araşdırmada Ermənistan ordusunun …

Read More »

Düşmən Tərtərdə beşmərtəbəli yaşayış binasını atəşə tutub

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini və ətraf kəndləri atəşə tutmaqda davam edir. Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Yenidən dinc sakinləri hədəfə alan düşmən ağır artilleriyadan şəhərin mərkəzinə bir necə top mərmisi atıb. Mərmilərdən bir neçəsi beşmərtəbəli yaşayış binasına, fərdi yaşayış evlərinə düşüb. Nəticədə mülki evlərə ziyan dəyib. Xoşbəxtlikdən ölən …

Read More »

Ermənistanın təcavüzü nəticəsində daha bir məktəbli həlak olub

Təhsil Nazirliyi Ermənistanın dinc əhaliyə təcavüzü nəticəsində həlak olan daha bir məktəbli barədə məlumat yayıb. Nazirlikdən bildirilib ki, həmin məktəbli Ağcabədi rayonu R.Quliyev adına Taynaq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Fərid İngəndərovdur. Bununla təcavüz nəticəsində ölən məktəblilərin sayı 3-ə çatıb.  Qeyd edək ki, Ermənilərin Naftalan şəhəri atəşə tutması nəticəsində 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il …

Read More »

Ermənilər Tərtəri atəşə tutur, 300-ə yaxın mərmi atıldı

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini yenidən atəşə tutmaqda davam edir. Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Oktyabrın 13-ü səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır, vətəndaşları ağır artilleriya atəşəinə tutur. Məlumata görə, bu gün ərzində ermənilər tərərindən Tərtər şəhərini və ətraf kəndləri – Qazyan, Yuxarı Qaradağlı, Səhləbat …

Read More »

Almaniyalı jurnalist ermənilərlə azərbaycanlıların fərqindən yazdı

“Tanımadığım azərbaycanlılar instaqramda mənim köhnə pitsamı bəyəndiyi halda, yad ermənilər nifrət dolu rəylər göndərirlər. İnternet təəccübləndirir”. Boyukmillet.com xəbər verir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke tvitterdəki hesabında yazıb. Qeyd edək ki, Y.Röpke münaqişələr üzrə ekspertdir. O, yazılarında erməni silahlılarının Gəncəyə hücumunu qınayıb, Ermənistanın dinc əhaliyə qarşı təcavüzü barədə məlumat verib, Ermənistan ordusunun Azərbaycan PUA-ları qarşısında acizliyindən bəhs edib. O həmçinin …

Read More »

MN: Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib

Oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib. Bildirilib ki, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit …

Read More »

Düşmənin könüllülərdən ibarət qrupu atəş zərbəsi ilə məhv edildi

Ermənistan silahlı qüvvələrinin Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup Azərbaycan Ordusu tərəfindən atəş zərbəsi ilə məhv edilib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib. Məlumatda bildirilib ki, müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları …

Read More »

MN: Düşmənin bütün cəbhə boyu fəaliyyətinin qarşısı alınıb

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin …

Read More »