Əfqanıstanın şimalındakı Sari-Pul əyalətində terror aktı törədilib. Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir. Məlumata görə, hadisə zamanı 10 hərbi qulluqçu və 3 dinc sakin həlak olub. Sari-Pul əyalətinin polisi bildirib ki, Suzma Kale rayonunda terrorçular partlayıcı qurğunu hərbi avtomobil karvanının keçdiyi yola quraşdırıblar. Partlayış nəticəsində həmçinin daha 3 hərbi qulluqçu yaralanıb. Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib. …
Read More »Bill Qeyts koronavirus üzərində son qələbə şərtini açıqladı
“Microsoft” şirkətinin qurucusu Bill Qeyts bəşəriyyətin COVID-19 infeksiyası üzərində son qələbə şərtini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə o, NBC telekanalının efirində bildirib. Milyarderin sözlərinə görə, COVID-19-un yayılmasına əlçatan və güclü peyvənd son qoyacaq. “İnsanların normal həyata qayıdışı üçün yeganə yol super effektivli və əlçatan vaksinin alınmasıdır”, – Qeyts bildirib. “Microsoft”un banisi hesab edir ki, kütləvi vaksinləmə koronavirus infeksiyasının yayılmasına və xəstəliyə …
Read More »Birinci vitse-prezident: “Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” səhifəsində paylaşım edib. Boyukmillet.com-un məlumatına görə, paylaşımda deyilir: “Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edirlər. Bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir.Bu gecə saat 2 radələrində Gəncə şəhərinə amansızlığına görə misli görünməmiş zərbə endirilib.Əldə olan məlumata görə, raket atəşi nəticəsində 9 nəfər (o cümlədən 4 qadın) …
Read More »Pakistanın Baş nazirindən ölkəmizə açıq dəstək: “Bütün silahlarımız qardaş Azərbaycanın sərəncamındadır”
Pakistanın Baş naziri İmran Xan Azərbaycana növbəti dəfə dəstək açıqlaması ilə çıxış edib. Boyukmillet.com xəbər verir ki, Baş nazir qardaş Azərbaycanın Qarabağ uğrunda apardığı haqlı davasında daim yanında olduğunu bəyan edib. İmran Xan Azərbaycan ilə işğalçı Ermənistan arasında aparılan müharibəyə üçünçü ölkələri müdaxilə etməməyə çağırıb: “İşğalçı Ermənistana dəstək verən qonşu dövlətlər Azərbaycanın apardığı əməliyyatlara müdaxilə etməkdən çəkinsinlər. Bu, ilk növbədə …
Read More »Xocalı soyqırımının iştirakçısı olan erməni terrorçu məhv edildi
Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən erməni terrorçu Aleksandr Arutyunyan məhv edilib. Boyukmillet.com xəbər verir ki, A.Arutyunyan 1992-ci ildə Xocalı soyqırımının törədilməsi, azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib. O, separatçı rejim tərəfindən dinc azərbaycanlıları qətlə yetirdiyinə …
Read More »Ermənilər təcili yardım maşınlarını komanda-idarəetmə vasitəsinə çevirib
Ermənistan ordusu təcili tibbi yardım avtomobillərindən komanda-idarəetmə vasitəsi kimi istifadə etməyə başlayıb. Boyukmillet.com xəbər verir ki, düşmən qüvvələr Azərbaycan Ordusunun təcili tibbi yardım avtomobillərini atəşə tutmamasından sui-istifadəyə əl atıblar. Belə ki, Ermənistan ordusunun təcili tibbi yardım avtomobillərindən komanda-idarəetmə vasitəsi kimi istifadə etməsinin görüntüləri yayılıb.
Read More »Müdafiə Nazirliyi: “Bölmələrimiz düşməni tələyə salaraq darmadağın edib”
Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib. Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən …
Read More »Ermənistanı sülh yalvarışlarına aparan səbəblər
Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması üçün Azərvaycan ordusunun son günlərdə atdığı qətiyyətli addımlarla bütün dünya Azərbaycan xalqının əzmini gördü. Ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir. 10 gün ərzində Azərbaycan ordusunun qüdrətini bütün dünya gördü Azərbaycan Ordusu 10 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. 190-dan artıq tank, çoxsaylı artilleriya qurğuları, raket …
Read More »Düşmənin Qubadlıda yerləşdirdiyi “S-300” idarəetmə sistemi məhv edildi
Azərbaycan Ordusu tərəfindən Qubadlı rayonunda “S-300” idarəetme sistemi məhv edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Read More »Ermənistan tələblərimizi yerinə yetirməsə, yenə hərbi yolla onları qovmalı olacağıq”
İctimai-Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli Bakı-xəbər qəzetinə bildirdi ki, Moskva razılaşması ilə bağlı yanlış təsəvvür yaratmağa çalışanlar var: “Bir qədər soyuqqanlı yanaşmalıyıq. Əldə edilən razılaşma heç də o anlama gəlmir ki, biz müharibəni tam dayandırmışıq. Bizim şərtlərimiz aydındır, bunu bəyan etmişik. Bu 13 gün ərzində biz işğal altında olan ərazilərimizin bir qismini hərbi yolla azad etdik. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar