Çərşənbə axşamı , 7 Aprel 2026

autor

BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı qapalı iclas keçirilib

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı formatda müzakirələr keçirib. Boyukmillet.com xəbər verir ki, BMT Təhlükəsizlik Şurası Ermənistanı və Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. Sentyabr ayında Təhlükəsizlik Şurasının sədri, Nigerin BMT-dəki daimi nümayəndəsi Abdou Abarri keçirilən qapalı məsləhətləşmələrin nəticələri barədə jurnalistlərə açıqlamasında deyib ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katibin münaqişə tərəflərinə hərbi əməliyyatların dərhal dayandırılması, gərginliyin azaldılması və təxirə …

Read More »

Qurban Qurbanov: “Ordumuz uğurla irəliləyir”

“Cəbhədən gələn xəbərlər bir tərəfdən sevindiricidir, digər tərəfdən isə üzülürük”. Boyukmillet.com-un məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin Polşa “Legiya”sı ilə səfər oyunu öncəsi Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib. Son günlər cəbhədə baş verənlərə münasibət bildirən 48 yaşlı mütəxəssis vurğulayıb ki, Ermənistan sülh danışıqlarında iştirakdan imtina etdiyi üçün vəziyyət bu həddə çatıb: …

Read More »

Müharibə, yaxud döyüşlər niyə başladı?

Azərbaycan gec-tez işğal altında olan torpaqları azad edəcək. Bu, Vətən Müharibəsidir. Azərbaycanın haqq işini müdafiə edən bütün vətəndaşlar onun iştirakçısıdır. Deməli, sentyabrın 27-i səhər saat 6 radələrində Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarında yenidən atəşkəsi pozdu. Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks hücuma keçdi. Bəs döyüşlər niyə başladı? Əslində, bunun cavabını verdik. Ermənistan işğalçılıq siyasətini davam etdirmək üçün hücuma keçdi və cavabı verilir. Ancaq …

Read More »

DAK rəsmisindən Dünya Azərbaycanlılarına çağırış

Sentyabrın 27-sində Ermənistanın növbəti təxribatından sonra Azərbaycan ordusu əks hücum əməliyyatına başlamışdır.Ölkəmizdə hərbi vəziyyət elan olunmuş, Ali Baş Komandan İlham Əliyev tərəfindən qismən səfərbərliklə bağlı əmr verilmişdir. Növbəti erməni təxribatının qarşısının alınması,dinc sakinlərimizin təhlükəzisliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilən əməliyyatlar haqqında  Dünya Azərbaycanlıları Konqresinin Avropa rəhbəri Ağaevli Əli Hacı Boyukmillet.com-a öz fikirlərini bölüşüb. O , dünyada yaşayan həmyerlilərimizi o …

Read More »

Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

Azərbaycana qarşı Ermənistan tərəfindən başlanan genişmiqyaslı hücumun ilk saatlarından Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin bütün hərbi tibbi personalı gücləndirilmiş iş rejimində fasiləsiz tibbi xidmət göstərir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  “Döyüşlər gedən bütün istiqamətlərdə mobil səhra cərrahiyə hospitalları fəaliyyətdədir və tibb müəssisələri peşəkar həkim kadrları ilə tam komplektləşdirilib. Hərbi tibb müəssisələrinə daxil olan yaralılar arasında həyatını itirən hərbi …

Read More »

Ali Baş Komandanın əks hücum əmiri tarixi qərardır.

Sentyabrın 27-sində Ermənistanın növbəti təxribatından sonra Azərbaycan ordusu əks hücum əməliyyatına başlamışdır.Ölkəmizdə hərbi vəziyyət elan olunmuş, Ali Baş Komandan İlham Əliyev tərəfindən qismən səfərbərliklə bağlı əmr verilmişdir. “Ordumuzun əks hücum əməliyyatlarına bütün xalqımız o cümlədən, xarici ölkələrdə yaşayan soydaşlarımız yaxından dəstək göstərərək yüksək əhval-ruhiyyə içərisindədir.” bu sözləri Boyukmillet.com-a açıqlamasında İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) Qazağıstan təmsilçisi Şahin Həsənov …

Read More »

Türkiyə vətəndaşlarından Azərbaycan Prezidentinə dəstək məktubları gəlir

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr öz vətəndaşlarımızla yanaşı digər ölkələrin vətəndaşları tərəfindən də böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Onlar bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar. Boyukmillet.com xəbər verir ki, məktublarda Azərbaycan Ordusuna dəstək ifadə olunur. Türkiyə Respublikasının …

Read More »

Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması təmas xəttində Ermənistan silahlı qüvvələrinin həyata keçirdikləri hərbi-siyasi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə İcmadan məlumat verilib.  İcma təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərindən dinc əhalinin atəşə tutulduğunu və nəticədə mülki şəxslər arasında təlafat baş verdiyini, evlərin, çox mənzilli yaşayış binaların dağıdılması ilə bağlı faktları  beynəlxalq təşkilatların diqqətinə çatdırıb. Həmçinin azərbaycanlı …

Read More »