Bazar ertəsi , 6 Aprel 2026

autor

Xarici İşlər Nazirliyində kadr təyinatı olub

Təhsil nazirinin müşaviri vəzifəsində çalışmış Elnur Məmmədov Xarici İşlər Nazirliyində (XİN) Ümumi katibliyin rəisi vəzifəsinə təyin edilib. Bu barədə Open.az-a XİN-dən məlumat verilib. Qeyd edək ki, E.Məmmədov sosial şəbəkədəki səhifəsində Təhsil Nazirliyindəki işindən ayrıldığını, başqa bir dövlət qurumunda çalışacağını bildirmişdi.

Read More »

Ağdamın işğalından 27 il ötür

Bu gün Azərbaycanın Ağdam rayonunun işğalı günüdür. Boyukmillet.com xəbər verir ki, rayonun işğalından 27 il ötür. Belə ki, 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. …

Read More »

Azay Quliyev Berlin TV-yə Ermənistanın Tovuz təxribatından danışdı – VİDEO

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Berlin TV-nin jurnalisti xanım Rakua Kraufordun Ermənistan-Azərbaycan sərhəddində baş verən son hadisələrlə bağlı müsahibə verib. Boyukmillet.com həmin müsahibəni oxucularına təqdim edir: – Nəyə görə bu eskalasiya məhz Azərbaycan ilə Ermənistanın sərhəddində yerləşən Tovuz rayonu istiqamətində başladı? Əsas səbəblər nələrdir? – Bildiyiniz kimi, 12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri …

Read More »

“Danışıqların müxtəlif bəhanələrlə uzadılması yolverilməzdir” – Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefonla danışıb. Nazirliyin mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, telefon danışığında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan da iştirak edib. Nazir Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı və artilleriya qurğularından istifadə etməklə hücum cəhdinin qarşısının alınması və hazırda bölgədəki gərgin …

Read More »

Müdafiə Nazirliyi cəbhədəki vəziyyət barədə məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 47 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Şıxlar, Novruzlu, …

Read More »

Ceyhun Bayramov Aİ rəsmisi ilə danışıb

Xarici İşlər Naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən Open.az-a verilən məlumata görə, telefon danışığında Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan da iştirak edib. Nazir Ceyhun Bayramov Aİ rəsmisinin təbriklərini qəbul edib. Nazir Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı və artilleriya qurğularından istifadə etməklə …

Read More »

“Uzağı 1 aya bütün Qarabağı azad edə bilərik” – AÇIQLAMA

“Biz Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdə çıxışı zamanı deyib. Prezident qeyd edib ki, KTMT tərəfindən, sadəcə olaraq, …

Read More »

Ukraynada baş tutan Qarabağ aksiyasından yeni görüntülər-Video

Bildiyiniz kimi 21 iyul tarixində Ukraynada Azərbaycan səfirliyinin qarşısında Qarabağ aksiyası baş tutub. Orada təhsil alan Azərbaycanlı tələbər həmin aksiyada iştirak ediblər. Həmin aksiyadan olan yeni görüntüləri sizlərə təqdim edirik. Boyukmillet.com xəbər verir ki, həmin görüntülər “Türksoy” tv-nin rəhbəri Kürşad bəyə məxsusdur.

Read More »

İlham Babayev və Hafiz Təmirov DİN-in Mətbuat Xidmətinin rəis müavini təyin edildilər

Daxili işlər orqanlarında daha iki kadr təyinatı olub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki İlham Babayev və polis polkovnik-leytenantı Hafiz Təmirov Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavinləri təyin ediliblər.

Read More »