Bazar ertəsi , 6 Aprel 2026

autor

İcra Hakimiyyətindən Azərbaycan bayrağına qarşı hörmətsizlik

Ağsu Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı hörmətsizlik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə fotoqraf Orxan Əzim məlumat verib. O bildirib ki, İcra Hakimiyyətinin Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasının qarşısında asılan bayraq hissələrə bölünüb, baxımsız vəziyyətdədir. 

Read More »

Elmar Vəliyevin qardaşı ilə bağlı qalmaqal

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşına məxsus ASC-nin 270 min dollarlıq alacağı var. ASC borcu məhkəmə səviyyəsində həll etmək istəsə də sonradan barışıq əldə edilib. Boyukmillet.com xəbər verir ki, Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevin Mingəçivirdəki “Azneftemaş” ASC-si məhkəməyə müraciət edərək “Aktauskiy Maşınqayırma Zavodu” TOO-ya qarşı 257 min dollarlıq iddia irəli sürüb. Buna səbəb tərəflər arasında imzalanmış müqavilə öhdəliklərinin yerinə …

Read More »

Keçmiş döyüşçüdən Sürət Hüseynova şok ittihamlar: “Ağdərəni o verib”

“Əminliklə deyirəm ki, Ağdərə əməliyyatındakı uğursuzluğun səbəbkarı Sürət Hüseynovdur. Nəcməddin Sadıkov briqada komandiri olsa da həmin əməliyyatlarda əsgər kimi, əsgərlərlə çiyin-çiyinə döyüşüb”. Boyukmillet.com xəbər verir ki, bunu ehtiyatda olan zabit Şahin Əliyev bildirib. O deyib ki, N.Sadıkovun Ağdərə əməliyyatındakı fəaliyyəti haqqında yalan danışanlar xarici dövlətlərdən maliyyələşən və Azərbaycan Ordusunun yüksək döyüş hazırlığına malik olmasını istəməyən insanlardır.  Ş.Əliyevin sözlərinə görə, Ağdərə …

Read More »

Tramp pandemiya ərzində ilk dəfə tibbi maska taxdı

ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyası ərzində ilk dəfə ictimaiyyət qarşısına tibbi maska ilə çıxıb. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Vaşinqton ətrafındakı şəhərlərdən birində yerləşən, döyüş hərəkətləri zonasında yaralanmış hərbi qulluqçuların müalicə aldığı “Walter Reed” hospitalına səfər edib. Tramp hərbçilər qarşısına tünd göy rəngli maskada çıxıb. “Düşünürəm ki, bu – maska taxmaq çox gözəldir. Mən heç vaxt maska taxmağa …

Read More »

Murovda yüksəklik azad olundu? – RƏSMİ AÇIQLAMA

Hazırda sosial şəbəkələrdə Murovdağın “Güzgü” postunun guya azad edilməsi ilə bağlı məlumatlar yayılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ordu.az-ın sorğusuna Müdafiə Nazirliyindən cavab olaraq bildiriblər ki, hazırda təmas xəttində nisbi sakitlikdir. “Məlumatlar əsassızdır. Təmas xəttində sakitlikdir. Əməliyyat şəraitində heç bir dəyişiklik yoxdur”, – deyə nazirlikdən qeyd ediblər. Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, ictimaiyyəti bu cür yalan məlumatlarla aldatmaq, onların hissləri …

Read More »

Kürdəmirdə ata oğlunu qətlə yetirdi

Kürdəmirdə qətl hadisəsi törədilib. Boyukmillet.com xəbər verir ki, hadisə Xırdapay kəndində qeydə alınıb. Kənd sakini, 61 yaşlı Şəmiyev Məzahir Heybət oğlu aralarında yaranan ailə münaqişəsi zəminində oğlu, 35 yaşlı Şəmiyev Elkəni ov tüfəngi ilə vuraraq öldürüb. Hadisə yerinə Kürdəmir rayonunun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Read More »

“Erməni yalanlarını ifşa edən kitablar beynəlxalq arenaya çıxarılmalıdır”

Əziz Ələkbərli: “Erməni yalanlarını ifşa etmək üçün bütün vasitələrdən istifadə etməliyik” Ötən gün Yeni Azərbaycan Partiyasının İcra Katibiyində millət vəkili Əziz Ələkbərlinin tərtibatçısı olduğu  “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib. Maraqlıdır, erməni yalanları və vəhiliklərinin beynəlxalq miqyasda ifşası baxımından bu kitabın müxtəlif xarici dillərə tərcümə edilərək yayılması daha faydalı olmazmı? Moderator.az-a açıqlama verən millət vəkili …

Read More »

Hind aktyoru Amitabx Baççan koronavirusa yoluxub

Hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan bildirib ki, koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb. “Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər”, – deyə aktyor “Twitter”də yazıb. Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib. Baççan Hindistanın bir çox filmlərdə …

Read More »

190 manat alıb, qarpız qıran “Zevs”lə bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan videoda Binəqədi rayon sakini, 1997-ci il təvəllüdlü Quliyev Ruslan Yaşar oğlunun aldığı 190 manatlıq birdəfəlik ödəməni mənasız bir əyləncəyə sərf etdiyi əksini tapıb. Boyukmillet.com xəbər verir ki, bunu ƏƏSMN İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. Onun sözlərinə görə, birdəfəlik ödəmə ilə bağlı müraciətlərə heç bir halda məmur-vətəndaş təması olmadan, onların mövcud yaşayış vəziyyətinin əyani müayinəsi …

Read More »