Bazar ertəsi , 6 Aprel 2026

autor

85 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin olunub

Ötən dövrdə 85 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub. Böyükmillet.com xəbər verir ki, 2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyalar, ötən ilin son aylarında isə müavinət və təqaüdlər üzrə elektron təyinat sistemi (ümumilikdə 21 e-təyinat sistemi) işə salınıb. Cari ilin 1 iyul tarixinə olan məlumata əsasən, həmin e-təyinat sistemləri vasitəsilə ötən dövrdə 85 mindən çox şəxsə e-qaydada pensiya, …

Read More »

Çatdırılma xidmətlərinə yenidən icazə verildi

İyulun 5-i ləğv olunan bir qrup onlayn satış mağazasının işçilərinin icazəsi yenidən bərpa olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı “Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli yayıb. Qeyd edib ki, dünən gecə saatlarında onun əməkdaşları ilə yanaşı, xeyli digər işçiyə də onlayn işləmək izni yenidən verilib. N. Köçərli əlavə edib ki, artıq bu gündən icazə verilənlər çatdırılmaları …

Read More »

Bəzi icazələr aktivləşdirildi, portalı yenidən yoxlayın

Bir sıra hüquqi və fiziki şəxslərin işçilərinin sayına uyğun olaraq yol verilən limitlər çərçivəsində icazələrin aktivləşdirilməsi həyata keçirilib. İqtisadiyyat Nazirliyindən Open.az-a daxil olan məlumata görə, Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələr üzrə hüquqi və fiziki şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olan müraciətlər …

Read More »

Vətənpərvər məktəblilər“ layihəsi icra ediləcək.

Azərbaycan Respublikasinin Prezidenti Yaninda Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Şurasinin yardımı ilə Elmi Araşdırmalar ictimai birliyi “Vətənpərvər məktəblilər“ layihəsini icra edəcək. Layihə üç ay müddətinə icra olacaq.Dövlətimiz yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili, milli dəyərlərin qorunub saxlanması, vətəndaşlıq hisslərinin aşılanması daim diqqət mərkəzində olmalıdır, yeniyetmə və gənclərin təhsili, sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli keçirməsi, vahid mərkəzdə eyni ideal ətrafında birləşməsi …

Read More »

İsmayıllıda yanğın

İsmayıllıda yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, İsmayıllı rayonunun Sumağallı kəndində ümumi sahəsi 162 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 12 ton ot bağlaması, yaxınlıqda dayanan traktor qoşqusunun təkərləri və qoşquya yığılan 3 ton ot bağlaması, ümumi sahəsi 90 m² olan talvarın taxta atmaları 10 m² sahədə yanıb. Talvarın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. …

Read More »

Bəy toy günü qonaqları ilə birgə polis şöbəsinə gətirildi – FOTO

Astarada toy mərasimi təşkil etmək istəyənlər cərimələnib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Open.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinə şəhər sakini Elçin Şiriyevin oğluna toy mərasimi təşkil etməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gələrək toy mərasimini dayandırıblar. Bəy Azad Şirizadə və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq …

Read More »

Bakıda xəstəxanada 33 tibb işçisi koronavirusa yoluxdu – RƏSMİ

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının koronavirusa yoluxan tibb işçilərinin sayı məlum olub. Boyukmillet.com xəbər verir ki, ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova “oxu.az”-ın sorğusuna cavab olaraq bildirib ki, koronavirusla mübarizə dövründə Tədris-Cərrahiyyə Klinikasında 33 tibb işçisi COVID-19-a yoluxub: “Onlardan altısı sağalaraq evə yazılıb. Hazırda 27 tibb işçisi müalicəsini davam etdirir. Həmin şəxslərin 21-i xəstəxananın reanimasiya şöbəsinin əməkdaşlarıdır. Səkkizi həkim …

Read More »

Türkiyədə yanğın səbəbindən bir kənd tamamilə boşaldılıb

Türkiyənin Çanaqqala vilayətinin Gelibolu rayonunda yerləşən meşəlik ərazidə yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, yerli vaxtla təxminən saat 15:00-da başlayan yanğının böyüməsi ilə əraziyə 2 amfibiya təyyarəsi, 20 helikopter, 20-ə yaxın yanğınsöndürən maşın və 400-ə yaxın mütəxəssis cəlb olunub. Hadisə barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli açıqlama verib. Bildirib ki, Gelibolu rayonunun tarixi yarımadasındakı meşə yanğını səbəbilə …

Read More »

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar və dərman preparatları aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların və dərman preparatlarının ölkəmizə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar. Boyukimillet.com xəbər verir ki, əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “DAF” və “Volvo” markalı yük nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərin …

Read More »

Kafedra müdiri koronavirusdan vəfat etdi

Daha bir universitetin dosenti koronavirusdan dünyasını dəyişib.  Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Bakı Slavyan Universitetinin prorektoru Xanım Sultanova yayıb. Bildirib ki, universitetin Rus dili kafedrasının müdiri, dosent Könül Qasımova virus səbəbindən vəfat edib: “Hamı kədər içindədir. Mən ilk dəfə rektorumu belə için-işin ağlayan gördüm. Cox ağır dərddir. Bütün BSU əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı …

Read More »