Cümə , 19 Aprel 2024
Drone Cameras

Kafedra müdiri koronavirusdan vəfat etdi

Daha bir universitetin dosenti koronavirusdan dünyasını dəyişib. 

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Bakı Slavyan Universitetinin prorektoru Xanım Sultanova yayıb. Bildirib ki, universitetin Rus dili kafedrasının müdiri, dosent Könül Qasımova virus səbəbindən vəfat edib:

“Hamı kədər içindədir. Mən ilk dəfə rektorumu belə için-işin ağlayan gördüm. Cox ağır dərddir. Bütün BSU əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun!”

Xatırladaq ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Naqif Nəbiyev də bir müddət öncə koronavirus səbəbindən dünyasını dəyişib.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …