Cümə , 19 Aprel 2024
Drone Cameras

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar və dərman preparatları aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların və dərman preparatlarının ölkəmizə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Boyukimillet.com xəbər verir ki, əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “DAF” və “Volvo” markalı yük nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 7 ədəd “iPhone 11 64 GB”, 3 ədəd “iPhone 11 Pro Max 64 GB”, 2 ədəd “iPhone 11 Pro 256 GB” markalı mobil telefon və 2500 kapsul dərman preparatı aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …