Bazar ertəsi , 6 Aprel 2026

autor

Bakıda üzərində qanunsuz “Makarov” gəzdirən şəxs saxlanılıb (FOTO)

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir əməliyyat tədbiri həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, Baş İdarəyə Şamil adlı şəxsin Binəqədi rayonunda yaşadığı evdə qanunsuz olaraq silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbiri nəticəsində həmin şəxs, paytaxt sakini Şamil Həsənov tutulub. Onun Binəqədi rayonunda qeydiyyatda olduğu evə …

Read More »

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılıb. Boyukmillet.com xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 77 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər …

Read More »

Azay Quliyevdən koronavirusla bağlı konfransda QHT-lərə 10 təklif – SİYAHI

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirir. Boyukmillet.com xəbər verir ki, Şura sədri Azay Quliyev giriş sözü ilə konfransda çıxış edib. Onlayn konfrans hazırda davam etməkdədir. Azay Quliyev Şuranın 2020-ci il qrant müsabiqəsi çərçivəsində 26 dövlət və digər qurumlarla birgə 429 …

Read More »

Ramin Bayramlı Operativ Qərargahın brifinqində niyə iştirak etmir? – AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı son günlər Nazirlər Kabineti yanında Operativ Qərargahının brifinqlərində görünmür. Yoluxmaların sürətlə artdığı bir dövrdə onun ölkənin ən vacib tədbirinə qatılmaması cəmiyyətdə müzakirələrə səbəb olub. Qurumun mətbuat katibi Rəvanə Əliyeva BAKU.WS-ə açıqlamasında Bayramlının brifinqlərə qatılmamasını belə izah etdi: “Operativ Qərargahın brifinqində aidiyyətli mövzu olanda Ramin doktor çıxıb danışır. Brifinq Operativ Qərargah …

Read More »

Türkiyədən Rusiyaya mesaj: Qarabağı qaytarmaq… – Video

Rəsmi dövlət formatında olmasa da, bu, Türkiyə tərəfindən irəli sürülən regional quruluşla bağlı ilk təşəbbüs deyil. Bir çoxları xatırlayar ki, Ankara daha öncə “Qafqaz platforması” ideyasını irəli sürmüşdü, burada hətta Ermənistan-Türkiyə protokollarına baxıldı. Və sonra hər şeyi dəyişən 2014-cü il gəldi. Boyukmillet.com bildirir ki, bu sözləri Axar.az-a rusiyalı ekspert Qriqori Trofimçuk Türkiyənin Vətən Partiyasının “Qara dəniz-Aralıq dənizi dostluq və sülh planı”nı şərh edərkən deyib. …

Read More »

ABŞ PKK-ya 21 milyon dollar ayırdı – Şok iddia

ABŞ YPG/PKK terror təşkilatına 21 milyon dollar maddi yardım ayırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, ABŞ terror təşkilatının Bəşər Əsəd rejiminə tətbiq etdiyi sanksiyalardan zərər görməməsi üçün bu addımı atıb. Qanunun qüvvəyə minməsindən bir gün sonra maliyyə dəstəyi alan YPG/PKK işğal altındakı bölgələrdə ödədiyi maaşları 150 faiz artırıb. İddia edilir ki, ABŞ rəsmiləri yardımın …

Read More »

Azərbaycanın general-polkovnikləri: onlar kimdir? + SİYAHI

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərəm Mustafayevə general- polkovnik hərbi rütbəsi verilib. Azərbaycanda bununla da sözügedən general-polkovnik rütbəsi daşıyanların sayı 20-yə çatıb. Bundan əvvəl isə, 19 məmura general-polkovnik rütbəsi verilib.  Sözügedən rütbəylə təltif edilən şəxslərin  adlarını təqdim edirik: 1. Zakir Həsənov – Müdafiə naziri, ali hərbi rütbə 2. Nəcməddin Sadıqov – Müdafiə nazirinin 1-ci müavini, Silahlı …

Read More »

Dünən rayona getmək istəyən 307 sürücü geri qaytarılıb

Baş Dövlət Yol Polisi İdarəsi iyunun 26-da xüsusi karantin rejiminin pozulması ilə bağlı statistikanı açıqlayıb.  Boyukmillet.comun verdiyi xəbərə görə, dünən karantin tətbiq edilən şəhər və rayonlarda nəqliyyat vasitələri ilə hərəkətdə olan 885 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 363 nəfər olmaqla …

Read More »

Əlisahib Hüseynov: “Məsuliyyətsizlikləri ilə nə kimi ağır nəticələrə gətirib çıxara biləcəklərinin fərqində deyillər”

Pandemiya dövründə əksər insanların tətbiq olunan qaydalara riayət etməməsi geniş müzakirəyə səbəb olub. Bəs insanların məsuliyyətli davranması və qaydalara riayət etməsi üçün hansı addımların atılması zəruridir? Boyukmillet.com xəbər verir ki, məsələyə münasibət bildirən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bunu çox mühüm və əslində hər kəsin narahat olmalı olduğu məsələ kimi dəyərləndirib. Partiya sədri qeyd edib ki, bu gün pandemiya …

Read More »