Bazar ertəsi , 6 Aprel 2026

autor

“Trabzonspor” Türkiyə kubokunun final mərhələsinə yüksəlib

İyunun 16-da futbol üzrə Türkiyə kubokunun ilk finalçısının adına aydınlıq gətirilib. Boyukmillet.com xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə “Fənərbağça” doğma meydanda “Trabzonspor”u qəbul edib. Matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə Trabzon təmsilçisinin qollarını Aleksandr Sorlot (6, 83) və Filip Novak vurub. İstanbul klubunun heyətində isə Dəniz Turuc (42) fərqlənib. Birinci matçda da 2:1 hesabı ilə qalib …

Read More »

Çin və Hindistan sərhədçiləri atışdı: 63 əsgər öldü – Şok

Hindistan-Çin sərhədində yenidən silahlı münaqişə yaşanıb. Boyukmillet.com xəbər verir ki, Ladax bölgəsindəki Qalvan vadisində baş verən silahlı atışmada 3 hind əsgəri ölüb. Rəsmi Pekin qarşı tərəfin sərhədi pozduğunu bildirərək, əsgərlərə hücum etdiyini iddia edib: “Çinli əsgərlərə hücum etmək və provokasiya yaratmaq ciddi münqişəyə səbəb olur”. *** Baş verən atışma zamanı ölən hind əsgərlərinin sayı 20-yə çatıb. Bu barədə ANİ agentliyi məlumat …

Read More »

Bakıda yenə polis postları qurulur

Həftə sonu sərt karantin qaydalarını pozaraq torpaq yollardan istifadə edib rayonlara gedən sürücülər cərimə olunacaqlar. Bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, həftə sonu iki gün Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, İsmayıllı, Yevlax, Salyan və Kürdəmir rayonlarında hərəkət qadağan edildiyindən adı çəkilən şəhər və rayon sakinləri digər ərazilərə üz tutublar. …

Read More »

“RUSİYANIN BU DAVRANIŞI FAŞİZMDƏN BAŞQA BİR ŞEY DEYİL” – Turan Partiyasından Dağıstan olayları ilə bağlı SƏRT BƏYANAT

“Rusiyanın məkrli siyasətinin içində, onunla birlikdə boğulacaqsınız” Turan Partiyasının Rusiya ilə sərhəddə yaranmış böhranla bağlı bəyanat yayıb. Boyukmillet.com həmin bəyanatı olduğu kimi təqdim edir:“Dəyərli soydaşlar! Rusiya-Azərbaycan sınırında yurddaşlarımızın alçaldılması və Azərbaycana dönüşləri üçün sorunlar yaşanması hər bir azərbaycanlı kimi bizləri də üzməkdədir. Olayların dinamikasından görünür ki, 1000-ə yaxın soydaşımızın təşkilatlanmış şəklə gətirilməsində Rusiya xüsusi xidmət servislərinin əli vardır.Pandemiya salğını dünya dövlətlərini …

Read More »

Azərbaycanda DƏHŞƏT: Kişi qardaşı arvadını öldürdü, nəvələrini və gəlinini yaraladı

Gəncə şəhərində baş verən hadisənin təfərrüatları məlum olub. Qətli törədən şəxs, 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğludur. İlkin məlumata görə, hadisəyə səbəb M.Quliyevin qardaşı nəvəsinin boşanmasına etiraz etməsi olub. Belə ki, bu zaman tərəflər arasında mübahisə yaranıb. Bu zaman M.Quliyev qardaşı arvadını bıçaqlayaraq qətlə yetirib. Qardaşı gəlini və nəvələri isə bıçaq xəsarəti alıblar. *** Gəncə şəhərində bıçaqlanma hadisəsi baş …

Read More »

Deputat: Bu məhdudiyyətlər qoyulmaqla toylara icazə verilə bilər

Xəbər verdiyimiz kimi Azərbaycanda pandemiyaya görə karantin rejim iyulun 1-nə kimi uzadılıb. Son həftə gün ərzində koronavirusa yoluxanların sayı 350-dən çox olur. Məhz buna görə karantin rejimin yenidən uzadılacağı ehtimalını ortaya çıxarır. İnsanları narahat edən məsələ toylara edilən qadağanın uzadılmasıdır. Müəyyən məhdudiyyətlər qoyulmaqla toylara icazə verilə bilərmi? Bununla bağlı sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, koronovirus pandemiyası başlanan andan …

Read More »

Prezident: “Biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq”

“İki il bundan əvvəl Bakıda keçirdiyimiz görüşdən sonra əməkdaşlığımıza gəlincə, bildiyiniz kimi, biz razılaşma imzalamışdıq. Görüşümüzdən əvvəl mənə məlumat verildi ki, on minlərlə lisenziya verilib və bu məsələ hazırda uğurla davam etdirilir”. Boyukmillet.com bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” …

Read More »

155 Azərbaycan vətəndaşı Dağıstandan avtobuslarla Azərbaycana gətirilib

Bu gün daha 155 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Dağıstanda olan 155 nəfər avtobuslarla Azərbaycana təxliyə edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qrafik üzrə bu gün 150 nəfərdən artıq Azərbaycan vətəndaşının ölkəyə keçməsinin təmin olunacacağını bildirmişdi. 

Read More »

Bəhram Bağırzadənin ölüm xəbəri yayıldı – Cabir İmanovdan AÇIQLAMA

“Əziz izləyicilər! Çoxsaylı zəngləri nəzərə alıb yazıram. Bəhram sağdır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri əməkdar artist Cabir İmanov sosial şəbəkə hesabında yazıb. O, insanlara səslənərək koronavirusdan əziyyət çəkən Bəhram Bağırzadənin ölüm xəbərini yayanlara inanmamağa çağırıb:“Heç bir “sayt”, “informasiya” agentlikləri, “məlumatçı blogerlər”, operator “həkimlər”ə inanmayın. Çalışacam hər gün Bəhram haqqında məlumat verim. P.S. Onun ölüm xəbərini yayan, haqqında klip çəkən və …

Read More »