Bazar ertəsi , 6 Aprel 2026

autor

  Daxili İşlər Nazirliyi muxtar respublika sakinlərinə müraciət edib

Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir:  Dünyada pandemiya elan olunan virusun Naxçıvan Muxtar Respublikasında yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması məqsədilə ciddi zərurət olmadan kəndlərdə yaşayan vətəndaşların rayon mərkəzlərinə, eyni zamanda rayonlardan Naxçıvan şəhərinə gəlməsinə 04 aprel 2020-ci il tarixdən məhdudiyyətlər tətbiq edilir. Muxtar respublika sakinlərindən xahiş olunur ki, xidməti işləri və səhhətləri ilə əlaqədar təxirəsalınmaz hallar istisna olmaqla …

Read More »

Vətəndaşlar evdə koronavirus testindən keçiriləcək? – RƏSMİ CAVAB

Daxili İşlər Nazirliyi (DİN) “WhatsApp”da guya həkimlərin polislərlə birlikdə evlərə gələrək vətəndaşları koronavirus testindən keçirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, DİN-in mətbuat xidmətin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. “Əhalinin təşvişinə səbəb olacaq yalan və uydurma məlumat yayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar”, – deyə E. Zahidov …

Read More »

KİVDF sədri təyin olunan Əhməd İsmayılov kimdir?

Xəbər verdiymiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru vəzifəsindən azad olunub.  Prezidentin daha bir sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov KİVDF-nin icraçı direktoru vəzifəsinə təyin olunub. Boyukmillet.com Modern.az-aistinadla  Əhməd İsmayılovun dosyesini təqdim edir: Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2020-ci il tarixli Sərəncamı ilə Əhməd …

Read More »

Azərbaycanda daha 78 nəfər koronavirusa yoluxub: 17 nəfərin vəziyyəti ağırdır – Qərargah rəsmi məlumat yaydı

Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, cüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir: “Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli …

Read More »

DÜNYA İQTİSADİYYATI AĞIR TƏNƏZZÜL DÖVRÜNƏ DAXİL OLUB -BVF rəhbərindən qorxunc etiraf

Dünya iqtisadiyyatı yeni koronavirus pandemiyasına görə tənəzzül dövrünə qədəm qoyub. Boyukmillet.com TASS-a istinadən verdiyi xəbərə görə, bunu bu gün Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva deyib: “Artıq biz resessiyadayıq. O qlobal maliyyə böhranından çox pisdir. Təcili olaraq səhiyyə, həmçinin iqtisadiyyatın müdafiə qabiliyyətini möhkəmlətmək üçün addımlar atılmalıdır. Formalaşmaqda və inkişaf etməkdə olan bazarlara çox güclü zərbə dəyib. İndiki ikiqat böhran şəraitində …

Read More »

Virusoloqdan qorxulu açıqlama: “Koronavirus heç vaxt bizi tərk etməyəcək”

SağlamlıqXəbər xətti Virusoloqdan qorxulu açıqlama: “Koronavirus heç vaxt bizi tərk etməyəcək”  04 Aprel 2020 11:44 “Dünya əhalisinin 70 faizi bu infeksiyaya yoluxacaq”. Bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, virusoloq Vitali Zverev “Rossiya-1” kanalında “60 minut” verilişində açıqlama verib. O, bu virusun əbədi olaraq bəşəriyyətdə qalacağını dərk etməyə çağırıb. “Başa düşməlisiniz ki, bu virus insanlığa bu gün üçün, yaxud yaya, payıza qədər …

Read More »

Pakistan saytı Naxçıvandan yazıb: Nuhun mirası – FOTOLAR MƏDƏNİYYƏT VƏ TURİZM

Boyukmillet.com xəbər verir ki, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Huma Kəşfin  Naxçıvandan bəhs edən “Azərbaycanın Naxçıvan Muxtar Respubikası:Nuhun Mirası” məqaləsi www.cgss.com.pk  saytında dərc olunub. Məqalədə muxtar respublikanın tarixi, coğrafi mövqeyi haqqında  oxucusuna məlumat verən tədqiqatçı hələ qədim dövrlərdən bəri Azərbaycan torpağı olan Naxçıvanın ölkənin  dövlətçilik ənənələrinə mühüm töhfələr verdiyini vurğulayır. Tədqiqatçı yazır ki, Naxçıvan   qədim insan məskənləri, tarixi yerləri, …

Read More »

Ölkədə 158 mindən çox əməkdaşın evdən çıxma icazəsi təsdiqləndi

Xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün “icaze.e-gov.az” portalı vasitəsilə qeydiyyatdan keçən dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının bu günə olan sayı açıqlanıb. Bu barədə  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sistemin fəaliyyətə başladığı ilk gündə 11 min 986 qurumun 158 min 170 əməkdaşının icazəsi təsdiqlənib. “Əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən icaze.e-gov.az portalı …

Read More »

Bakıda yeni yerüstü piyada keçidi açılıb

Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı görülən işlərlə tanışlıq çərçivəsində paytaxtın Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilmiş yerüstü piyada keçidinin açılışında da iştirak edib. Boyukmillet.com xəbər verir ki, açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, dövlət başçısının tapşırıq və göstərişləri, müvafiq sərəncamları ilə hazırda avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat …

Read More »

Bakı-Sumqayıt yolunun genişləndirilməsi tıxac və avtomobillərin sıxlığını aradan qaldıracaq

“Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi çox böyük rol oynayır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verərkən deyib. Onun sözlərinə görə, Bakının şimal girişində xüsusən günün pik saatlarında yaranan tıxac və avtomobillərin sıxlığının aradan qaldırılması baxımından bu layihənin olduqca mühüm əhəmiyyəti var: “Layihənin icrası …

Read More »