Xüsusi karantin rejimində müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayının 60-70 faiz azalmasına baxmayaraq gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb. Bunu Bakı Nəqliyyat Agentıiyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. M.Ağayev qeyd edib ki, həmçinin, daşıyıcılara avtobuslararası intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı göstəriş verilib: “Məqsəd ilk növbədə dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərdə, həmçinin, digər vacib xidmət …
Read More »Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 104 min 445 manat köçürüb
“Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun xəzinə hesabına Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları 104 min 445 manat vəsait köçürüblər. Boyukmillet.com xəbər verir ki Fond Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanı ilə yaradılıb. Martın 25- 26-da muxtar respublikanın sakinləri, dövlət və özəl müəssisələrin əməkdaşları tərəfindən fondun hesabına, ümumilikdə, 1 milyon 700 min …
Read More »KORONAVİRUS KƏSKİN AZALACAQ – Stənford Universitetinin professoru, Nobel mükafatçısından şad xəbər
“Qorxu və qüssə insanı öz ağuşuna alarsa, xəstəliyə qalib gəlmək olmayacaq” Hippokrat Hollivudda çəkilən filmlərin ssenariləri müasir həyatımızda baş verən bir çox hadisələri illər öncə qabaqlayır. 230 minədək adamın həyatına son qoyan 2004-cü il sunamisindən çox-çox əvvəl süjetinin əsasını təbii fəlakətlər təşkil edən Hollivud filmləri nümayiş etdirilirdi. 2019-cu ilin sonundan dünyanı bürüyən koronavirus pandemiyasından da əvvəl müxtəlif infeksiyaların yayılması, bütöv …
Read More »İtaliyada 17 il əvvəl koronavirus pankartı açılıb – ŞOK
Bütün dünyanı cənginə alan koronavirus pandemiyası futbol yarışlarının da dayanmasına səbəb olub. Boyukmillet.com xəbər verir ki, pandemiyanın ən çox ziyan vurduğu ölkələrdən biri olan İtaliyada isə ortaya çıxan bir görüntü hər kəsi təəccübləndirib. 2003-cü ildə “Katanzaro” klubuna transfer olunan və burdakı performansı ilə azarkeşlərin sevimlisinə çevirilən Giorgio Korona üçün tribunada “Koranavirus” pankartı asıldığı ortaya çıxıb. “Korona virus yoluxdu” yazılan pankart koronavirusun …
Read More »Əhalinin NƏZƏRİNƏ: Rayonlardan Bakıya yalnız bu tarixdə gələ biləcəksiniz – RƏSMİ
“Martın 19,20 və 21-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi adi iş qaydasında fəaliyyət göstərəcək”. Bu sözləri şəhərlərarası reyslərin fəaliyyəti barədə Lent.az -a danışan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, regionlardan Bakıya daxilolma martın 28 və 29-da təmin ediləcək: “Martın 19,20 və 21-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi adi iş qaydasında fəaliyyət göstərəcək. Həmin tarixlərdə qeydiyyat yerindən asılı …
Read More »“Evdə qal, cəmiyyəti qoru” kampaniyasına martın 27-dən start veriləcək
Bu REAL TV və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsidir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev “Twitter” hesabından paylaşım edərək REAL TV ilə birlikdə yeni layihəyə başlayacaqlarını qeyd edib. Martın 27-dən etibarən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma …
Read More »” Duzdağ nemətini mağara adlandıranın vicdanı şikəst, ruhu kor olar “
Məlum olduğu kimi Koronavirusla bağlı Türkiyədən Naxçıvana gətirilən bir qrup vətəndaşımız Duzdağ sanatoriyasında yerləşdirilib. Onlara burada bütün lazım olan şərait yaradılmış və karantin dövrünü qaydalara uyğun olaraq vətəndaşlarımızı rahat bir şəkildə keçirmələrinə sanatoriyanın bütün imkanları təchiz edilmişdir. Bütün bunlar öz yerində. Təəsüflər olsun ki, dünyanı cənginə alan Koronavirusla mübarizədə ölkəmizdə də təxirə salınmaz tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərə dəstək vermək …
Read More »Vilayət Eyvazov karantin rejimini pozanlardan danışdı
“Ölkənin müxtəlif yerlərində postlar qoyulub, lakin buna baxmayaraq bəzi vətəndaşlarımız həm öz, həm də xidmət edən polis əməkdaşlarının həyatını riskə ataraq, tələb olunan karantin rejiminin qaydalarını pozurlar”. Boyukmillet.com xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib. O deyib ki, bununla bağlı 746 nəfərə inzibati xəbərdarlıq edilib, digər tədbirlər görülüb: “Bir nəfərə …
Read More »Azərbaycanın Fransadakı Diasporunun rəhbəri koronavirusa yoluxdu – ÖZƏL
Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin prezidenti, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva koronavirusa yoluxub. Boyukmillet.com-un xəbərinə görə, o özündə bir neçə gün əvvəl halsızlıq və mədə ağrısı hiss edib. Bundan sonra M.Fətəliyeva həyat yoldaşının baş həkim işlədiyi Paris ətrafındakı xəstəxanada test verib. Onun verdiyi testin nəticəsi müsbət çıxıb. Hazırda M.Fətəliyevada yalnız təngnəfəslik müşahidə edilir. Hərarəti yüksək dərəcədə olmadığından həmyerlimizin …
Read More »Azərbaycanda koronavirusa görə çox sayda məhkum təcili evlərinə buraxılır – ÖZƏL
Azərbaycanın bir sıra penitensiar müəssisələrində məhkumların koronavirusun qarşısının alınması məqsədilə vaxtından əvvəl şərti azadlığa buraxılması məsələsinin icrası üçün genişmiqyaslı işlərə başlanılıb. Bu barədə Oxu.Az-a İnsan Hüquqlarını Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun nümayəndəsi, İnsan Hüquqları və Qanunun Aliliyi Bürosunun rəhbəri Səidə Qocamanlı məlumat verib. Onun sözlərinə görə, mart ayının ortalarında monitorinq qrupu Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktubla müraciət edərək, məhkumların …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar