Milli Məclisin plenar iclasları dayandırılıb. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA -ya bildirib ki, qanun layihələri prosedura uyğun olaraq əvvəl Milli Məclisin komitələrində müzakirə olunur: “Müzakirə olunduqdan sonra qərar qəbul olunur və layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilir, sonra isə iclasda müzakirəyə çıxarılır. Əgər komitələr hələlik qanun layihələrinin müzakirəsi məsələsini dayandırıbsa, Milli Məclisin plenar iclasının da nə vaxt keçiriləcəyi …
Read More »Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılır
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri davam etdirilir. Boyukmillet.com-un məlumatına görə barədə Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib. Bu məqsədlə martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların …
Read More »Hakimiyyətin səbrini daşırdan məmurlar: Onlar niyə nəticə çıxarmır?
İcra başçılarının həbsinin əsas səbəblərindən biri Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan ödənişli ictimai işlərlə bağlıdır. Boyukmillet.com melumatına görə Yenisabah.az-a daxil olan məlumatda iddia edilir ki, işsiz qalan vətəndaşları işlə təmin etmək üçün nəzərdə tutulan bu sosial proqramın icrası zamanı yerli rəhbərlərin şəxsi maraqlarını önə çəkməsi hakimiyyətin zirvəsində səbr kasasının daşmasına səbəb olub. Araşdırmalar zamanı bəlli olub ki, icra başçıları …
Read More »ÜST-nin əməkdaşları koronavirusa yoluxdu
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2 əməkdaşına koronavirus diaqnozu qoyulub. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Kristian Lindmayer məlumat verib. “Əməkdaşlarımız ofisdən ayrıldıqdan sonra onlarda evdə xəstəliyin simptomları aşkarlanıb və bunun COVID-19 olduğu təsdiqlənib. İki əməkdaşımızın koronavirusa yoluxduğu aydınlaşıb”, – o deyib. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına …
Read More »Koronavirus Azərbaycandakı səfirliklərin fəaliyyətinə də təsir etdi
Koronavirus pandemiyası (COVID-19) xarici ölkələrin Azərbaycandakı səfirliklərinin də fəaliyyətinə təsirsiz ötüşməyib. Türkiyə səfirliyindən APA -ya bildirilib ki, səfirlikdə koronavirus təhlükəsi ilə əlaqədar sanitar-epidemioloji qaydalara ciddi şəkildə əməl olunmaqdadır. “Mütəxəssislərin, elm adamlarının məsləhətlərini diqqətdə saxlayırıq. Keçirilməsi planlaşdırılan tədbirlərimiz təxirə salınıb”, – səfirlikdən bildirilib. İsrailin Azərbaycandakı səfirliyindən isə deyiblər ki, səfirlik müntəzəm şəkildə işinə davam edir: “Biz Azərbaycan hökumətinin tövsiyələrini izləyərək izdihamlı tədbirlər və …
Read More »“Yeni Dünya Nizamı və onun mahiyyəti” kitabı çap olunub
AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Yeni Dünya Nizamı və onun mahiyyəti” kitabı işıq üzü görüb. Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 30 yanvar 2020-ci il tarixli qərarı ilə dərs vəsaiti kimi təsdiq edilən nəşrdə “Yeni Dünya Nizamı”, onun mahiyyəti, pərdə arxası məqamları, böyük güclərin qlobal hegemoniya uğrunda …
Read More »Bioresurslar İnstitutunda müxtəlif bitki sortları üzərində tədqiqatlar aparılır
AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasında Naxçıvan Muxtar Respublika şəraitində yumşaq buğda, bərk buğda, arpa, ətirli tütün, yonca və soya bitkilərinin müxtəlif sortları üzərində tədqiqat işləri aparılır. Tədqiqatlarda əsas məqsəd yeni sortların biotik və abiotik amillərə qarşı dayanıqlığının, keyfiyyət göstəricilərinin öyrənilməsi, qiymətləndirilməsi və onların müqayisəli xarakteristikasının aparılması, səmərəliyi müəyyənləşdirilən sortların artırılaraq fermer-kəndli təsərrüfatlarına tövsiyə …
Read More »Qənirə Paşayeva Milli Məclis sədrindən əlavə vaxt istədi
Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanı reqlamentə əməl etməyini xahiş edib. Boyukmillet.com xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında çıxış üçün reqlament 3 dəqiqə müəyyənləşdirilib. Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışı zamanı bu müddəti ötüb və spikerdən xahiş edib ki, ona nitqini bitirmək üçün vaxt versin. Spiker komitə sədrinin nitqini yükunlaşdırmağı üçün ona vaxt …
Read More »Azərbaycanın Qarsdakı baş konsulluğunda “qaynar xətt” fəaliyyət göstərir
Türkiyədə yaşayan, səfərdə olan və təhsil alan vətəndaşlarımızın suallarını cavablandırmaq məqsədilə Azərbaycanın Qars şəhərindəki baş konsulluğunda “qaynar xətt” yaradılıb. Baş konsulluqdan verilən məlumata görə, “qaynar xətt” fasiləsiz fəaliyyət göstərir. Əlaqə telefonları : 00905550480636; 00905457446060.
Read More »Azərbaycanda epidemiya rejimini pozanları üç ilədək həbs cəzası gözləyir
Azərbaycanda epidemiya əleyhinə rejimi pozanların cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsi qəbul edilib. Boyukmillet.com xəbər verir ki, Milli Məclisin plenar iclasında Cinayət Məcəlləsinə yeni 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi əlavə edilib. Bu maddəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar