Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Qənirə Paşayeva Milli Məclis sədrindən əlavə vaxt istədi

Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanı reqlamentə əməl etməyini xahiş edib.

Boyukmillet.com xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında çıxış üçün reqlament 3 dəqiqə müəyyənləşdirilib.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışı zamanı bu müddəti ötüb və spikerdən xahiş edib ki, ona nitqini bitirmək üçün vaxt versin.

Spiker komitə sədrinin nitqini yükunlaşdırmağı üçün ona vaxt verib.

Daha sonra isə Sahibə Qafarova Q.Paşayevadan xahiş edib ki, gələn dəfə reqlamentə əməl etsin: “Çünki mən də pis vəziyyətdə qalıram”.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …