Şənbə , 20 Aprel 2024
Drone Cameras

“Yeni Dünya Nizamı və onun mahiyyəti” kitabı çap olunub

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Yeni Dünya Nizamı və onun mahiyyəti” kitabı işıq üzü görüb.

Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 30 yanvar 2020-ci il tarixli qərarı ilə dərs vəsaiti kimi təsdiq edilən nəşrdə “Yeni Dünya Nizamı”, onun mahiyyəti, pərdə arxası məqamları, böyük güclərin qlobal hegemoniya uğrunda apardıqları siyasətin məqsədi və bəşəriyyətə etdiyi vədlər, bu nizamda dünya dövlətlərinin yerinin necə olacağı ilə bağlı məsələlər təhlil edilib.

Tədqiqat predmeti kimi seçilmiş mövzunun araşdırılması müasir dünyamızda baş verən hadisələrin, problemlərin və geosiyasi oyunların anatomiyası verilib. Mövzu ilə bağlı aparılan araşdırma zamanı çox sayda yerli və xarici müəlliflərin əsərlərindən, eyni zamanda internet resurslarından əsas material kimi istifadə olunub. Faktiki materiallar əsasında problemin bəzi qaranlıq tərəfləri daha dərindən işıqlandırılıb.

Kitab müvafiq profil üzrə mütəxəssislər, beynəlxalq siyasətlə maraqlanan oxucular, ali məktəblərin “Beynəlxalq münasibətlər” və digər uyğun ixtisasları üzrə təhsil alan tələblər üçün nəzərdə tutulub.

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsi

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …