Bazar ertəsi , 6 Aprel 2026

autor

Azərbaycan sərhədinə 400 milyard çəyirtkə gəlir… – Koronavirusdan daha böyük TƏHLÜKƏ! – VİDEO

Afrikadan İraqa gələn və sayları 400 milyarda çatan çəyirtkə dəstəsi Türkiyə sərhədlərinə yaxınlaşır. Hazırda çöl çəyirtkələri gündə 150 km məsafə qət edir.  Bir kvadrat kilometr ərazidə olan 40-80 milyon çəyitkənin gün ərzində 35 min insana yetəcək qədər qida mənimsədiyi bildirilir. Türkiyə Kənd Təsərrüfatı Mühəndisləri Palatası çöl çəyirtkələrinin koronavirusdan da təhlükəli olduğunu vurğulayıb. Boyukmillet.com bildirir ki, Ekoloq Telman Zeynalov Redaktor.az-a açıqlamasında çəyirtkələrin Azərbaycan ərazisinə də …

Read More »

Prezidentdən Aqiyə Naxçıvanlı ilə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Aqiyə Həbib qızı Naxçıvanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Aqiyə Naxçıvanlı Milli Məclisin deputatıdır.

Read More »

Hava kəskin dəyişir

Temperatur 8 dərəcə aşağı enəcək Bir neçə gündür davam edən yaz havası kəskin dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamenti gözlənilən hava ilə bağlı xəbərdarlıq edib. Bakıda və Abşeron yarımadasında Anomal isti hava şəraitindən sonra martın 16-sı gündüzdən 17-si gündüzədək şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin 18-23, arabir 25-30 m/s, martın 16-da axşama doğru yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək …

Read More »

Abşeron dairəvi dəmir yolu xətti Novruz bayramına qədər açılacaq

“Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmir yolu xəttinin bir hissəsi olan Fatmayi, Goradil və Novxanı stansiyalarını Novruz bayramına qədər istifadəyə verməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun sədr müavini Zaman Novruzov bildirib. Onun sözlərinə görə, bu stansiyalar istifadəyə verildikdən sonra ümumi uzunluğu 91 km olan Abşeron dairəvi dəmir yolu xətti tam fəaliyyət göstərəcək. 

Read More »

AZAL bütün istiqamətlər üzrə biletlərin qaytarılmasına və dəyişməsinə hazırdır

Koronavirus infeksiyası COVİD -19 ilə bağlı dünyadakı vəziyyət ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) rəhbərliyi sərnişinlər istədikdə bütün ləğv edilmiş istiqamətlər üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin fəaliyyətdə olan istiqamətlər üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul edib. Boyukmillet.com bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkəti və aşağıbüdcəli “Buta Airways” aviadaşıyıcısının bütün ləğv olunmuş (və yaxud …

Read More »

Azərbaycan millisinin oyunu təxirə salındı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilməli olan İsveçrə–Azərbaycan oyunu təxirə salınıb.  Boyukmillet.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar AFFA və İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılığa və UEFA-nın təsdiqinə əsasən qəbul olunub. Qeyd edək ki, qarşılaşma martın 26-na nəzərdə tutulmuşdu.

Read More »

Prezident yüksək vəzifəli şəxsi işdən çıxardı

Prezident İlham Əliyev M.Ə.Məmmədovun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Məmməd Əhməd oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilsin.

Read More »

Azərbaycanda qəlyan QADAĞAN OLUNDU – qadağanı pozanları hansı cəza gözləyir? – RƏSMİ

Azərbaycanda koronavirusa görə qəlyandan istifadə rəsmən qadağan edilib. Bu barədə ötən gün Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib. Bir çox obyektlərdə bu qadağaya əməl edilsə də, hələ də menyusunda qəlyan təklif edən müəssisələr də var. Bəs bu qadağalara necə nəzarət edilir? Nazirlər Kabinetindən bildirilib ki, bu qadağaların icrasına nəzarət müvafiq qurumlara tapşırılacaq. Hələlik isə bununla bağlı hansısa quruma tapşırıq verilməyib. Lakin …

Read More »

Vanqanın korona lənəti

Bolqar baxıcı dünyanı bürüyən virusu da bilib? Balkanların Nostradamusu, tarixin ən güclü görücülərindən biri hesab edilən bolqar qadın Vanqanın daha bir kəhanəti gerçəkləşir. Söhbət koronavirus pandemiyasından gedir. Sən demə, illər öncə yaşayan kor Vanqa minlərlə insanın ölümünə səbəb olacaq virusu da görüb. Belə iddia ilə bolqar idmançı və məşqçi Neşka Stefanova Robeva çıxış edib. 73 yaşlı məqşçi ölümündən öncə baxıcı ilə …

Read More »

Nəsimi rayonunda söküntü narazılıq yaratdı-FOTOLAR,VİDEO

Nəsimi rayonunun  ərazisində Akademik Həsən Əliyev 10 ünvanında,kimya şəhərciyi deyilən ərazidə söküntü işləri aparılır.Sakinlərdən Boyukmillet.com-a verilən məlumata əsasən bir müddət əvvəl söküntü işləri aparılarkən həmin ərazidə yaşayan sakinlərə bildirilib ki, burada abadlıq işləri görüləcəkdir.Sakinlərin dediyinə görə Nəsimi rayonunun icra hakimiyyətinin nümayəndələri deyir ki, Leyla xanım Əliyevanın layihəsi çərçivəsində bu ərazidə gözəl oyun meydançası və əhalinin istirahəti üçün şərait yaradılacaqdır.Bu məqsədlə …

Read More »