Azərbaycan, İran və digər ölkələr koronavirusun təsbiti üçün istifadə edilən Rusiya istehsalı test sistemləri alacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Xidmətindən bildirilib. Məlumata görə, Rusiya Avrasiya İqtisadi Birliyi, MDB ölkələrinə, həmçinin İran, Şimali Koreya və Monqolustana koronavirusu təsbit etmək üçün 800 test sistemi göndərib. Bu sistemlər 80 000 pasiyenti testdən …
Read More »İçərişəhərdə Novruz tədbirləri ləğv edildi
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan “Yazz!” Festivalı ləğv edilib. Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Mətbuat Xidmətindən bildirilib. İdarədən qeyd edilib ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 10 mart 2020-ci il tarixli məlumatı və tövsiyələrinə əsasən İçərişəhərdə 19-29 mart tarixlərində planlaşdırılan ənənəvi Novruz tədbirləri ləğv edilir.
Read More »Çörək satışı qaydalarında virus yayılma risqlərinə rəvac verən normalar hələ davam etdirilir
Koronavirusla bağlı ölkədə qabaqcıl təhlükəsizlik tədbirləri görülür. Məlumdur ki, tədris müəssisələri müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Bununla yanaşı, iaşə obyektlərində, dövlət müəssisələrində dezinfeksiya işləri aparılır. Ancaq marketlərdə çörək və digər qida məhsullarının açıq şəkildə satışı hələ davam edir. Nəzərə almaq lazımdır ki, çörək və digər un məmulatlarının qapalı şəkildə satılması ilə bağlı xüsusi standartlar müəyyən olunsa da, təəssüf ki, hələ də …
Read More »Rəbiyyə Məmmədova, Nərmin Şahmarzadə, Xədicə İsmayıl istintaqa cəlb olunacaq – RƏSMİ AÇIQLAMA (VİDEO)
Eldar Sultanov: “Aysel Ələkbərzadə feminist hərəkatının qurbanıdır” “İstintaq əsas fərziyyə kimi Aysel Ələkbərzadənin feminist hərəkatının ayrı-ayrı üzvləri tərəfindən qanunsuz aksiyanın qurbanına çevrilməsi istiqamətində aparılır”. Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov Musavat.com-a açıqlamasında bildirib ki, cinayət işi üzrə feministlərin fəalları Aslan Həmidli, Nurlan Cəfərov (Nurlan Libre təxəllüslü), Yusif İsayev dindiriliblər. Aysel Ələkbərzadənin aksiya zamanı istifadə etdiyi provokasiya xarakterli şüarın kimlərin təşəbbüsü ilə …
Read More »İranda koronavirusla mübarizədə həlak olanlara şəhid statusu verilib
İranda koronavirusa yoluxanlar arasında vəzifəli şəxslərin sayı da artmaqda davam edir. Boyukmillet.com xəbər verir ki, İranın Əl İşləri Sənayesi, Mədəni İrs və Turizm naziri Əli Əsgər Munisan, həmçinin Ticarət və Sənaye naziri Rza Rəhmani də virusa yoluxaraq karantinə alınıblar. Onlardan başqa, İranın Ali Rəhbəri Administrasiyasının yüksək vəzifəli əməkdaşı Məhəmməd Cavad İrəvani də virusa yoluxanlar arasındadır. Qeyd edək ki, İran parlamentinin …
Read More »“Prezidentin islahatlar kursu siyasi analitiklərin və ekspertlərin proqnoz etmədiyi mərhələlərə qədəm qoyur ” – QHT sədri
2018-ci ilin prezident seçkilərindən sonra ölkə başçısı cənab İlham Əliyev tərəfindən elan olunmuş islahatlar kursu yeni mərhələyə daxil olmaqdadır. 2018 və 2019-cü ilin birinci yarım ilində bu islahatlar ölkənin sosial həyatında böyük canlanmağa səbəb oldu və bu siyasət bu gün də davam etməkdədir. Ötən ilin ikinci yarım ilindən başlayaraq, həmin islahatlar siyasi mühiti də əhatə etməyə başladı. Bu fikirləri QHT.az saytına açıqlamasında …
Read More »Tramp Avropadan ABŞ-a girişi qadağan etdi – Ölümcül virusa görə
ABŞ Prezidenti Donald Tramp ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İngiltərədən başqa bütün Avropa ölkələrindən ABŞ-a girişi qadağan edib.Boyukmillet.com-un məlumatına görə, məhdudiyyətlər barədə fərman 13 mart gecə yarısında qüvvəyə minib. İstisnalar lazımi yoxlamalardan keçən amerikalılara şamil ediləcək. “Bu qadağalar yalnız əhəmiyyətli ticarət həcmlərinə və yüklərə deyil, bir sıra digər şeylərə də təsir edəcək … ABŞ-dan Avropaya daxil olan hər şeyi …
Read More »Türkmənistan Prezident Bakıdan belə yola salındı – FOTOLAR
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına rəsmi səfəri martın 11-də başa çatıb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
Read More »Vilayət Eyvazov rəisi işdən çıxardı
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş tutub. Boyukmillet.com-un məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Bölməsinin rəisi, polkovnik-leytenant Surxay Cəfərov vəzifəsindən azad olunub. Xatırladaq ki, bir müddət əvvəl Kürdəmir RPŞ-nin rəisi Sultan Zeynalov vəzifəsindən azad olunaraq, DİN-in Dəmiryolu Nəqliyyatında Polis …
Read More »Azərbaycanın daha iki vətəndaşında koronavirus aşkarlandı
Azərbaycanın iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə azxeber.com-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.Bildirilib ki, İran İslam Respublikasında müalicə olunduqdan sonra Azərbaycana qayıdan 1969-cu il təvəllüdlü qadının səhhətində problemlər yarandığından xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi, 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının olduğu müəyyən edilib. Eyni zamanda …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar