“2016-cı ildə Belçikanın Vaterlo şəhərində ölkəmizin görkəmli şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şərəfinə ucaldılan abidəyə qarşı vandalizmin törədilməsi erməni vəhşiliyinin növbəti bariz nümunəsidir”. Boyukmillet.com bildirir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, Qarabağdakı maddi mədəniyyət abidələrimizi dağıdan ermənilər eyni hərəkətləri dünyanın müxtəlif ölkələrində davam etdirirlər. “Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni yalanlarının ifşa olunması və vəhşiliyinin …
Read More »4 dairədə təkrar seçki gözləntisi: “Vaxtı prezident müəyyənləşdirir” – MSK-nın katibi
9 fevral növbədənkənar parlament seçkiləri çərçivəsində nəticələri ləğv olunmuş 4 dairədə təkrar seçkilərin keçirilməsi ilə bağlı müəyyənlik yoxdur. Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı əsasında nəticələri ləğv edilmiş 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrində təkrar seçkilərin nə zaman təyin olunacağı hələ məlum deyil. Boyukmillet.com bildirir ki, bu barədə Yenicag.az-a …
Read More »POLKOVNİK: Azərbaycan antiterror əməliyyatına başlaya bilər
Ermənistan silahlı qüvvələri hər gün atəşkəsi pozur. Cəbhəninin Qazax istiqamətində atəşkəsin pozulması nəticəsində iki gün ərzində Dövlət Sərhəd Xidmətinin (DSX) iki əsgəri şəhid oldu. Polkovnik Şair Ramaldanov mediaya açıqlamasında bildirib ki, Ermənistan bu provokasiyaları bilərəkdən həyata keçirir: “Ermənistanın Rusiya ilə sazişi var. Hər hansı üçüncü dövlət ora müdaxilə etsə, Rusiya onların təhlükəsizliyinin qarantıdır. Ermənistan bu provokasiyaları ona görə edir ki, Azərbaycan …
Read More »Rusiya SSRİ kimi parçalana bilər – Novak
Neft qiymətlərinin ucuzlaşması Rusiya iqtisadiyyatı üçün böyük zərbə olacaq. Bu sözlər ukraynalı iqtisadçı Andrey Novakın “Unian” saytındakı məqaləsində yer alıb. O, neft bazarındakı situasiyanın Rusiya rublunun 15% ucuzlaşmasına səbəb olduğunu söyləyib: “Rusiya iqtisadiyyatı üçün yaranan situasiya fəlakətlidir. Bu, 1991-ci ili xatırladır. Bu tarixdə Fars körfəzi hadisələri ucbatından qiymət çöküşü yaşanmışdı. 1991-ci il SSRİ-nin parçalanması ili oldu. Oxşar situasiya indi də …
Read More »ABŞ ən güclü silahlarından Türkiyəyə satacaq? – Nazir şərtləri açıqladı
Türkiyə “S-400” zenit raket komplekslərini Rusiyaya geri qaytarmadığı müddətcə, ABŞ ona “Patriot” hava hücumundan müdafiə sistemləri satmayacaq. Bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) informasiya yayıb. Nazirliyin mətbuat katibi Conatan Hoffman media nümayəndələrinin suallarını cavablandırarkən Türkiyənin tələbi ilə bağlı bunları deyib: “Müdafiə naziri Mark Esperin məsələ ilə bağlı mövqeyi bəllidir. Türkiyə “S-400”ləri geri vermədiyi müddətdə “Patriot”a sahib ola bilməz”. Qeyd edək …
Read More »YAP-ın rayon təşkilatı sədrinin oğlu barəsində cinayət işi başlanıldı
Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayevin narkotik vasitə ilə həbs edilməsinin yeni detalları məlum olub. Sabirabad Rayon Polis Şöbəsində (RPŞ) F.Ağayevin barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə cinayət işi …
Read More »Məhkəmədə Hüseynqulu Bağırova şok ittihamlar – 80 işçinin kartını almışdı…
Mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Ekologiya və Təbii Sərvətlər Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, departamentin baş mühasibi İlqar Hacıyev və digər əməkdaşlar Orxan Qasımov, Tural Hacızadə,Təbriz Əliyevin cinayət işi üzrə məhkəmə keçirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Əkbər Həsənovdan mənimsənildiyi deyilən 451 min manatın hara xərclənməsi barədə soruşulub. …
Read More »DTX Gömrük Komitəsinin vəzifəli əməkdaşlarını həbs etdi – RƏSMİ
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının dövlət sərhədindən qatar və yük maşınları ilə nəql edilməklə külli miqdarda tütün məmulatlarının ölkədən müntəzəm qaçaqmalçılıq yolu ilə çıxarıldığına dair əldə olunmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən birgə araşdırma aparılıb. Keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə …
Read More »Milli Məclisin deputatlarına xidməti avtomobil veriləcək
Milli Məclisin Sədri, sədrin I müavini, sədr müavinləri, o cümlədən, parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin ediləcək. Xidməti avtomobillə təmin olunacaq deputatların siyahısını təqdim edirik. 1. Milli Məclisin Sədri – Sahibə Qafarova; 2. Milli Məclis sədrinin I müavini – Əli Hüseynli; 3. Milli Məclis sədrinin müavini – Fəzail İbrahimli; 4. Milli Məclis sədrinin müavini – Аdil Əliyev; 5. Milli Məclisin …
Read More »İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub
Martın 11-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Boyukmillet.com-un xəbərinə görə, Türkmənistan Prezidentinin Azərbaycana rəsmi səfəri davam edir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar