Daxili İşlər Nazirliyində aparılan struktur dəyişikliklər nəticəsində Bakı Şəhər Baş Polis İdarəsində 1 idarə və 1 şöbə ləğv edilib.Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.Ləğv olunan qurumlar Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsidir.
Read More »Koronavirusla bağlı tibb müəssisələrinə xəbərdarlıq!
“Beynəlxalq təcrübəyə uyğun olaraq koronavirus infeksiyalarının laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib”. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib. Qeyd olunub ki, xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksək ixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir: “Digər dövlət …
Read More »“Azəriqaz”: Prezidentin sərəmcamı 1700-dən çox abonenti əhatə edəcək
Dünən, martın 2-də Gəncə şəhərinin, həmçinin Göygöl, Daşkəsən və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Sərəncam əsasında Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Prezidentin bununla bağlı sərəncamını “Report”a şərh edən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib ki, ümumilikdə bu il Azərbaycanda qazlaşdırma işlərinin həyata …
Read More »Əmirin qızı: “Nənəm ermənidir” – İrəvanda Azərbaycan və Türkiyəyə xəyanət
Küveytin 14-cü əmirinin qızı Şeyx Hess Səd əl-Abdulla əl-Sabah Ermənistana səfər edib. Boyukmillet.com xəbər verir ki, o, Ermənistana səfəri çərçivəsində bu ölkənin birinci xanımı, Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla görüşüb. Söhbət əsnasında əmirin qızı bundan əvvəl Ermənistana etdiyi səfərlərdən danışıb, Ermənistanın sevimli ölkələrindən biri olduğunu bildirib. Qondarma erməni soyqırımı haqda danışan Əl-Sabah nənəsinin erməni olduğunu deyib. Onun …
Read More »Avropa HƏRƏKƏTƏ KEÇDİ: yüzlərlə əsgər və hərbi texnika Türkiyə sərhədinə göndərilir
Avropa İttifaqının “Frontex” sərhəd təhlükəsizliyi agentliyi Yunanıstan sərhədinə 1500 əsgər və hərbi texnika göndərəcək. Bu barədə Yunanıstanın müraciətindən sonra Polşanın paytaxtıVarşavada təşkil edilən toplantıda qərar qəbul edilib. “Frontex”in direktoru Fabrise Leqqeri əməliyyat qərarını sərhəddə hadisələrin sürətli irəliləyişini nəzərə alaraq verdiklərini bildirib. O, “Frontex” razılaşmasını imzalayan ölkələrə lazımi qüvvənin təmin edilməsi üçün çağırış edib. Aİ ölkələrindən 5 gün müddətində 1500 əsgər, …
Read More »Çavuşoğlunun Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – Gərginlik böyüyür
Ermənistan Xarici Işlər naziri Zohrab Mnatsakanyan türk həmkarı Mövlud Çavuşoğlunun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə Dağlıq Qarabağ münaqişəsi haqda səsləndirdiyi fikirlərə münasibət bildirib. O, bu barədə özünün Tvitter hesabında yazıb. “Mövlud Çavuşoğlunun həmsədrlərə verdiyi tövsiyə “Luka 4.23”-ü, “Həkim. özünüzü sağaldın” ifadəsini xatırladır”, – Mnatsakanyan qeyd edib. Xatırladaq ki, Mövlud Çavuşoğlu Ankarada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdən sonra …
Read More »Tanınmış pediatrdan koronavirusla bağlı valideynlərə məsləhət
“Uşaqların koronavirus infeksiyasına yoluxması mümkündür. Bu, adi qrip simptopları kimi özünü göstərir”. Bunu açıqlamasında tanınmış pediatr Əli Quliyev deyib. O vurğulayıb ki, müayinə aparılmadan həmin simptomlara koronavirus əlamətləri demək düzgün deyil: “Çünki bu, adi qrip də ola bilər. Uşaqlar arasında koronavirus infeksiyasından ölüm halları dünyanın heç bir yerində müşahidə olunmayıb. Yəni, 10 yaşından aşağı insanlar arasında bu infeksiyadan ölüm hadisə qeydə alınmayıb. Amma təbii ki, bütün …
Read More »Oğlan uşaqlarını daha çox kasıb ailələr arzulayır
BMT-nin Əhali Fondu Azərbaycanda “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın qüvvəyə minməsi ilə bağlı açıqlama yayıb. Fonddan daxil olan açıqlamada bildirilib ki, tədbirlər planı növbəti 5 ildə aidiyyatı hökumət qurumları tərəfindən əlaqəli şəkildə həyata keçiriləcək bir sıra mühüm tədbir və fəaliyyətləri ehtiva edir. Bildirilib ki, sözügedən tədbirlər planının əhəmiyyəti əhalinin cins strukturunda müşahidə olunan müəyyən meyllərin gedişatı ilə …
Read More »Maaşlar artırılacaq – YENİ TƏKLİFLƏR
Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” növbəti beş ildə məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Tədbirlər Planına əsasən, əmək bazarının tənzimlənməsi istiqamətində hüquqi aktlarda dəyişikliklər edilməsinə, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması …
Read More »Rusiya Əsədin əsgərlərini və silah anbarını DARMADAĞIN ETDİ – İdlibdən SON DƏQİQƏ
Türkiyə Silahlı Qüvvələrinin “Bahar qalxanı” əməliyyatları çərçivəsində 4 günlük müdaxiləsi Suriyada balansları dəyişdirib. Suriyalı müxaliflər İdlib şəhərinin cənubundakı Cəbəl Zayiyə bölgəsində ötən gün başlatdıqları əməliyyatı tamamlayıb. 9 kəndi işğaldan xilas edən müxaliflər bölgəni tamamillə ələ keçirib. Türk ordusunun Silahlı Pilotsuz Uçuş Aparatları ilə dəstəklədiyi əməliyyatda rejim və dəstəkçiləri kəndləri boşaldaraq qaçıb. TSQ müxaliflərə dəstək verir Bununla yanaşı, İdlibin Kəfrənbel qəsəbəsində …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar