Bazar ertəsi , 6 Aprel 2026

autor

İlham Əliyev: “Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir”

“Rusiya vaxtında üzr istəmək əvəzinə birinci üç gün ərzində cəfəng versiyalar səsləndirib” Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına (AzTv) müsahibə verib. Prezident müsahibəsində Bakı-Qroznı marşrutu üzrə uçan təyyarənin Rusiya ərazisində, Qroznı yaxınlığında xaricdən zədə aldığını, idarəetməni itirdiyini deyib. O, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsinin də böyük dərəcədə zədələndiyini bildirib. Təyyarənin radioelektron mübarizə vasitələri ilə idarəolunmaz hala salındığını …

Read More »

Cənubi Koreyada sərnişin təyyarəsi qəzaya uğrayıb

Xilasedicilər 179 nəfərin öldüyünü açıqlayıb Cənubi Koreyada sərnişin təyyarəsinin qəzaya uğradığı bildirilir. “Jeju Air” avişirkətinə məxsus Bankonq-Muan reysini yetirən təyyarə hava limanında eniş etdikdən sonra uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb. Təyyarənin göyərtəsində 175 sərnişin (2-si tailandlı, 173-ü cənubi koreyalı) və 6 heyət üzvü olub. Xilasedicilər 179 nəfərin öldüyünü açıqlayıb. Qəzadan cəmi 2 nəfərin sağ çıxdığı deyilir. Onlardan biri sərnişin, digəri isə …

Read More »

Quru sərhədlərinin bağlı qalmasına görə Konstitusiya Məhkəməsinə şikayət ediləcək

“Hökumətin quru sərhədlərinin açılması istiqamətində niyyətinin olmadığı aşkar olur” “Müdafiəçi” Hüquq Mərkəzi Azərbaycanda quru sərhədlərinin 4 ildən çoxdur bağlı saxlanılmasına görə Konstitusiya Məhkəməsinə şikayət edəcək. Bu barədə hüquqşünas Səməd Rəhimli sosial media hesabında məlumat verib. “Dörd ildən çoxdur ki, Azərbaycanın quru sərhədləri karantin rejimi bəhanəsi altında əsassız olaraq bağlanıb. Hökumət quru sərhədlərinin bağlanmasına dair qərarını növbəti dəfə uzatdı. Bəyanatlardan quru sərhədlərinin açılması …

Read More »

Bakıda təyyarə qəzasında həlak olan ekipaj üzvləri ilə vida mərasimi başlayıb – YENİLƏNİB

Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimi başlayıb. “Report”un məlumatına görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra həlak olan üç ekipaj üzvü – gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın xatirəsi birdəqiqəlik sükutla anılıb. 10:17 Dekabrın 29-da Heydər Əliyev …

Read More »

İrandan Azərbaycana 8 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Horadiz sərhəd dəstəsinin xidməti ərazisində 26 dekabr tarixində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İmişli …

Read More »

Təyyarə qəzasında həlak olanların nəşinin müayinəsi aparılacaq

“Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olmuş soydaşlarımızın nəşləri növbəti mərhələdə Vətənə gətirilib”. Boyukmillet.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib. Onun sözlərinə görə, nəşlər xüsusi avtomobillərlə birliyin üç şöbəsinə aparılacaq: “Nəşlərin müayinəsi üçün birliyin üç şöbəsi ayrılıb. Şərifzadə küçəsində yerləşən Patoloji Anatomiya …

Read More »

Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib

AZAL-ın “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 24 azərbaycanlının (3 ekipaj üzvü və 21 sərnişin) cənazəsi Qazaxıstandan Bakıya gətirilib. Boyukmillet.com-un məlumatına görə, cənazələri daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, …

Read More »

Rusiya Prezidenti təyyarə qəzasına görə üzrxahlığını bildirib

Dövlət başçıları istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını vurğulayıblar Rusiyanın Prezidenti Vladimir Putin dekabrın 28-də azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilir ki, Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə …

Read More »

Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti dəyişdirilir

Yanvarın 1-dən Rusiyada da Azərbaycan vətəndaşları 90 gündən çox qala bilməyəcək Azərbaycanda yaxın günlərdə Rusiya vətəndaşlarının vizasız müvəqqəti qalma qaydaları dəyişdiriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib. Ayxan Hacızadə. Foto: “azertag.az” O qeyd edib ki, Azərbaycan tərəfi müvəqqəti qalma və miqrasiya məsələlərində paritet və qarşılıqlılı prinsiplərdən çıxış edəcək. “Azərbaycan tərəfi hər bir …

Read More »

Azərbaycana 19 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb

Dekabr ayında 19 kiloqramdan çox narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Qeyd edilib ki, Horadiz sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dekabr ayında ümumi çəkisi 19 kiloqram 825 qram narkotik vasitə (19 kiloqram 800 qram marixuana, 25 qram tiryək) aşkar olunaraq götürülüb.

Read More »