Bazar , 5 Aprel 2026

autor

Zelenski Minsk razılaşmasına tam əməl edəcəyinə vəd verib

Ukrayna lideri Vladimir Zelenski komandası tərəfindən Minsk razılaşmasının bütün şərtlərinin əməl ediləcəyini bildirib. APA xəbər verir ki, bu barədə o, “Deutsche Welle” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, özü və komanda yoldaşlarından heç kim bu razılaşmanın mətninə imza atmayıb, ancaq bununla belə, razılaşma sənədində yazılanlara əməl etmək niyyətindədir. Zelenski bildirib ki, bu, ölkədə sülhün təminatçısıdır. O bununla yananşı, Qərbin Ukraynaya …

Read More »

Gəncədə sərxoş şəxs öz evinə od vurub -FOTO

Gəncə şəhərində yanğın baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə İsmət Qayıbov küçəsi, 3-cü dalan, 5-ci evdə qeydə alınıb. Mənzilin sahibi tərəfindən yandırıldığı bildirilir. Belə ki, sərxoş vəziyyətdə olan Hüseynov Şahin Mircəfər oğlu öz evinə od vurub. Nəticədə üçotaqlı mənzil bütün əşyaları ilə birlikdə yanıb. Əraziyə Kəpəz və Nizami rayonundan 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlər …

Read More »

Tunisdə dövlət qurumlarında niqab geyinilməsi qadağan edilib

Tunis hökuməti təhlükəsizliyin təmin olunması ilə əlaqədar rəsmi dövlət qurumlarında niqabın geyinilməsini qadağan edən qərar qəbul edib. boyukmillet.com-un “Jakarta Post”-a istinadən verdiyi xəbərə görə, bununla bağlı Tunisin baş naziri qərar imzalayıb. Qeyd edək ki, niqab və üzü tamamilə gizlədəcək digər geyimlərlə bağlı bənzər qadağalar Fransa, Belçika, Hollandiya, İsveçrə və digər Avropa ölkələrində qəbul edilib, eləcə də Əlcəzayirdə hakimiyyət qadınların işə …

Read More »

İlkər Başbuğdan şok S-400 XƏBƏRDARLIĞI: “Müdhiş bir güc…”

Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general İlkər Başbuğ Rusiyadan alınan S-400 raket komplekslərinin əhəmiyyətindən danışıb. General Habertürk telekanalına müsahibəsində S-400 məsələsində geriyə addım atmağın qeyri-mümkün olduğunu deyib: “Artıq bu işdə dönüş olmaz, bu, heç mümkün də deyil”. İlkər Başbuğ bildirib ki, S-400 kompleksləri həqiqətən starteji müdafiə silahıdır: “Çox böyük imkan və üstünlüyə sahibdir. Tutalım, onu ölkənin cənubuna yerləşdirdiz. …

Read More »

QHT Şamaxıda maarifləndirici görüş keçirib

 “Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Region sahibkarlarına vergi məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində sonuncu maarifləndirici görüş 02 iyul 2019-cu il tarixində Şamaxı rayonunda keçirilmişdir. Görüşdə rayonda fəaliyyət göstərən sahibkarlar, müxtəlif müəssisə və təşkilatlarda çalışan mühasiblər və QHT nümayəndələri iştirak ediblər. …

Read More »

Vilayət Eyvazovun yerinə TƏYİNAT – DİN-in yeni I müavini

Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub. boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə polis general-mayoru Seyfulla Əzimov təyin edilib. S.Əzimov bu təyinatək Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb. 2019-ci il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub. DİN-in Mətbuat xidmətindən “Report”a faktı təsdiqləyiblər.

Read More »

İsmayıl Ağayev : “Ermənilər bu bölgələrdə turizm adı altında diaspor fəaliyyəti aparırlar”

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Beynəlxalq Diaspor Mərkəzi (BDM)  və Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİM-DER) təşkilatçılığı ilə Türkiyənin Van şəhərində bir sıra görüşlər keçirilib. Qeyd edək ki, son zamanlar Ermənistandan rəsmi şəxşlərin bu bölgələrə səfərlərinin və Türkiyənin müxtəlif bələdiyyə rəhbərləri ilə keçirilən görüşlərin mütəmadi hal alması Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narahatlıqla qarşılanıb. Bununla bağlı Beynəlxalq Diaspor Mərkəzinin …

Read More »

“Dovşan həkimi” AMİP-dən necə qovuldu? – Əli Əliyev haqqında yeni şok sənəd

Doğrudanmı, Azərbaycanda ildə cəmi 200 manat xərcləməklə partiya idarə etmək mümkündür? “Fransanın başına görün kim gəlir. Heç bir siyasi təşkilatı olmayan, parlamentdə nümayəndədən məhrum edilmiş, özündən 24 yaş böyük övlad-nəvəli müəlliməsi ilə həyat qurmuş amorf bir şəxs”. Bu cümlələrin müəllifi Azərbaycanda qeydiyyatdan keçmiş Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdir. O, 26 aprel 2017-ci ildə öz Facebook səhifəsindən fransız xalqına …

Read More »

Türkiyə BMT-yə və İsveçrəyə nota verib

Türkiyə Birləşmiş Millətlər Təşkilatının PKK/PYD/YPG terror təşkilatının nəzarət etdiyi, Suriya Demokratik Gücləri (SDG) adlanan birliyə komandanlıq edən “Ferhat Abdi Şahin” adlı terrorçu ilə bir masa arxasına əyləşərək “fəaliyyət planı” imzalamasına, BMT-nn Cenevrə ofisi, habelə İsveçrənin özünə etiraz edib. Türkiyənin BMT-dəki daimi nümayəndəsi etiraz notasına həmin “Ferhat Abdi Şihin”in İnterpol tərəfindən qırmız bülletenlə axtarışa verildiyinə dair sənədi də əlavə edib. Daimi …

Read More »