Qərb mediası Ermənistanda siyasi gedişatı dəyişə biləcək şok məlumat yayıb. Verilən xəbərlərə görə, may ayında Ermənistanda ilk dəfə olmaqla Aİ–Ermənistan sammiti keçirilə bilər.Boyukmillet.com xəbər verir ki, bu mötəbər tədbirin keçiriləcəyi barədə rəsmi elanın yaxın vaxtlarda veriləcəyi gözlənilir. BBC-nin iki anonim mənbəsinə istinadən yaydığı məlumatda qeyd olunur ki, bu addım təsadüfi xarakter daşımır. Mənbələr bu sammitin təşkilini Avropa liderlərinin növbəti seçkilər ərəfəsində baş …
Read More »Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?
Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi ciddi suallar yaradıb… Poliqon xəbər verir ki, dünənə qədər hakimiyyət daxilində ciddi fiqurlardan biri hesab olunan və hakim partiyanın bir nömrəli funksioneri olaraq çıxış edən Tahir Budaqovun gözlənilmədən əsas təsir alətlərindən biri olan Dövlət Statistika Komitəsi sədrliyindən alınması əslidə onun “vurulması kimi qəbul olunur. Qeyd edək …
Read More »Çörək bahalaşır: “Baton” və supermarket çörəklərinin qiyməti artıb
Bakıda və bölgələrdə bəzi çörək növlərinin qiymətində artım müşahidə olunur. Yerli medianın yazdığına görə, xüsusilə “baton” çörəklərinin bahalaşması diqqət çəkir. Əvvəllər 1 manata satılan doğranmış “baton” çörəyi hazırda 1 manat 10 qəpiyə təklif olunur. Qiymət artımı supermarketlərdə istehsal edilən çörəklərdə də qeydə alınıb. Faktiki olaraq, “zavod çörəyi” istisna olmaqla digər çörək növləri müxtəlif formalarda bahalaşıb. Ekspertlər qiymət artımının səbəbləri ilə bağlı bildirir …
Read More »Bu gündən yağıntı kəsiləcək, temperatur yüksələcək
Ölkə ərazisində müşahidə olunan yağıntı fevralın 11-i axşamdan tədricən kəsiləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, sabah və fevralın 13-də havanın mülayimləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi gözlənilir.
Read More »İlham Əliyev bu sazişi təsdiqlədi
“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, 2025-ci il noyabrın 27-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” təsdiq edilib.
Read More »Azərbaycan gömrükçüləri xəz dəri məmulatları aşkar edib
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xəz dəri məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb. Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, Pekin-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı bundan öncə etdiyi səfərdə əl yükləri üzərində mövcud olan birkaları saxlayıb, bu dəfə isə həmin çantaları baqaj yükü kimi təqdim etməklə, yüklərin yoxlanışdan keçdiyi görüntüsünü yaradaraq “Yaşıl kanal” vasitəsilə …
Read More »Azərbaycan İordaniya ilə gömrük işi sahəsində əməkdaşlıq edəcək
Azərbaycanla İordaniya arasında gömrük işi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb. Sazişə əsasən, razılığa gələn tərəflərin gömrük orqanları, yardımın gömrük qanunvericiliyinin düzgün şəkildə tətbiqi üçün zəruri olduğunu hesab etdikləri təqdirdə, xüsusilə …
Read More »AZAL Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edib
Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat ənənəvi olaraq artır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) açıqlamasında bildirilir. Bu səbəbdən Azərbaycanın milli aviadaşıyıcısı qeyd olunan dövrdə bu istiqamətdə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edib. “Hazırda qüvvədə olan uçuş cədvəlinə əsasən, bayramlar ərəfəsində və …
Read More »Bakıda avtomobil saxlamaq niyə problemə çevrilib? – ‘Azparkinq’ ətrafında narazılıq
“Azparkinq” MMC fəaliyyətə başlayanda paytaxt sürücülərində ümid yaranmışdı ki, illərlə yol kənarlarında hökm sürən qeyri-rəsmi parklama sistemi aradan qalxacaq, “narıncı jiletli”lərin özbaşınalığına son qoyulacaq. Düşünülürdü ki, nəhayət, küçədə dayanmağa görə sürücülərdən nağd pul tələb edənlər tarixə qovuşacaq, proses şəffaf və qaydalı olacaq. İndi ağ köynəkli, qalstuklu, əlində planşet olan gənclər həmin jiletliləri əvəzləyib. Lakin sürücülərin narazılığı bitməyib — sadəcə forması …
Read More »BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb
Yağıntı ilə əlaqədar yollarda sürüşmə riski xeyli artıb. Xüsusilə qar yağan və buzlaşma ehtimalı olan yol sahələrində sürüşkənlik daha da güclənir ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilib. “Bununla əlaqədar, bir daha sürücülərdən xahiş olunur ki, hərəkət zamanı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar