Onun sözlərinə görə, Rusiyanın itkisi 198 min nəfərdir Müharibə başlayandan Ukrayna 43 min əsgərini itirib. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Xalqımız öz evini canı bahasına qoruyur, əsgərlərimizin və mülki vətəndaşlarımızın hər birinin həyatı bizim üçün qiymətlidir. Genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna döyüş meydanında 43 min əsgərini itirib. 370 min yaralıya yardım göstərilməsi halı var. Yaralıların …
Read More »KİV: Bəşər Əsəd mühafizəçiləri ilə birlikdə Dəməşqdən qaçıb
Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə deyil. Boyukmillet.com xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb. Qeyd olunub ki, siyasətçinin ofisinin bəyanatına baxmayaraq, dövlət başçısı şəhərdə ola biləcəyi yerlərin heç birində yoxdur. Bundan başqa, adətən siyasətçini qoruyan və səfələri zamanı onu müşayiət edən mühafizəçilər də yoxdur. “Bu səbəbdən Əsədin qaça biləcəyi ilə bağlı fərziyyələr ortaya çıxmağa başlayıb. Müxalif qüvvələr …
Read More »Polşa XİN ölkə vətəndaşlarını dərhal Suriyanı tərk etməyə çağırıb
Polşa Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını müxalif qüvvələrin hücumu ilə bağlı yaranmış vəziyyət fonunda Suriyanı dərhal tərk etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Polşa XİN-in “X” hesabında paylaşım edilib. “Qısa müddət ərzində Suriyanın bütün ərazisini bürümüş vəziyyətin sürətlə gərginləşməsi ilə əlaqədar bu ölkədə yaşayan bütün Polşa vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırırıq”, – məlumatda qeyd olunub.
Read More »ABŞ Ukraynaya 1 milyard dollara yaxın hərbi yardım ayırıb
Pentaqon Ukraynaya 988 milyon dollar dəyərində daha bir hərbi yardım paketi təqdim edib. Boyukmillet.com xəbər verir ki, vəsait Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində ayrılıb. Yeni paketə HIMARS reaktiv yaylım atəş sistemləri, pilotsuz uçuş aparatları üçün döyüş sursatları, həmçinin artilleriya sistemlərinin, tankların və zirehli texnikanın texniki xidməti və modernləşdirilməsi üçün ehtiyat hissələri daxildir.
Read More »Suriyanın Baş naziri Əsədin harada olduğunu bilmir
Suriyanın Baş naziri Məhəmməd Qazi Əl-Cəlali hökumətin Suriya döyüşçülərinin rəhbərləri ilə danışıqlar apardığını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bunu siyasətçi “Al Arabiya”ya deyib. O bildirib ki, Əsədlə son dəfə dekabrın 7-də axşam əlaqə saxlayıb. Hökumət ölkə prezidentinin harada olduğunu bilmir. Onun sözlərinə görə, Suriya nazirlərinin əksəriyyəti Dəməşqdə qalır. Baş nazir söyləyib ki, hökumət qüvvələrinə tabe olan respublikanın müdafiə nazirliyinin fəaliyyət göstərib-göstərmədiyini …
Read More »Trampın komandası Kiyevin işğaldakı torpaqları qaytarmaq təklifinə mənfi cavab verib
Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak ABŞ-dəki prezident seçkilərində qalib gələn Donald Trampın komandasına ölkə sərhədlərini 2022-ci ildəki vəziyyətə qaytaranadək müharibəni davam etdirməyi təklif edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. O, həmçinin ölkəsinin NATO-ya daxil olmasının təmin edilməsini təklifi ilə çıxış edib. A.Yermakın təklifləri “soyuq” və mənfi qarşılanıb. Bundan başqa, ABŞ cəbhədəki vəziyyətlə bağlı verilən …
Read More »143 milyonu mənimsəməkdə ittiham olunan keçmiş nazirlik işçilərinə hökm oxunub
Onların əmlaklarının dövlətə dəymiş ziyanın qarşılığı olaraq müsadirə olunması qərara alınıb. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesinin yekunlaşdığı bildirilir. “APA” xəbər …
Read More »Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının erməni musiqisi kimi təqdimatının qarşısı alınıb
Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının (“Töhfə”, “Getmə amandır”, “Yavaş-yavaş” və “Bayram şamları”) yutubda erməni musiqisi kimi təqdimatının qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb. Bildirilib ki, Ş.Ələkbərovanın ifasında videolentə alınmış “Töhfə” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 10. Şövkət Ələkbərova (rare)”, “Getmə amandır” mahnısının “Armenian Music, Caucasian (Torkish …
Read More »Türkiyə MİT PKK terror təşkilatının məsul şəxsini xaricdə saxlayaraq ölkəyə gətirib
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının məsul şəxslərindən birini saxlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Təhlükəsizlik mənbələrinin məlumatına görə, MİT terror təşkilatı PKK/KCK-nın Suriyadakı strukturunun məsul şəxslərindən olan “Yılmaz” kod adlı Serhat Özmenin xaricdəki yerini müəyyən edib. MİT-in əməliyyatı ilə yaxalanan Özmen Türkiyəyə gətirilib. Terror təşkilatına 2014-cü ildə qoşulan Özmenin bir çox bölgədə silahlı …
Read More »DSX-nin ehtiyatda olan polkovnik-leytenantı həbs olunub
Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant Ramil İbrahimov həbs olunub. Bu barədə Azərbaycan hərbi prokurorunun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib. Onun sözlərinə görə, Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant İbrahimov Ramil …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar