Bazar ertəsi , 6 Aprel 2026

autor

DSX-nin ehtiyatda olan polkovnik-leytenantı həbs olunub

Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant Ramil İbrahimov həbs olunub. Bu barədə Azərbaycan hərbi prokurorunun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib. Onun sözlərinə görə, Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant İbrahimov Ramil …

Read More »

Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, Türkiyənin səfərdə məqsəd Azərbaycan Milli Məclisinin təşkilatçılığı ilə keçiriləcək Beynəlxalq Parlament Konfransında iştirak etməkdir. Səfər çərçivəsində Fuat Oktay dekabrın 7-də Şəhidlər Xiyabanı, “Türk Şəhidliyi” abidəsini ziyarət edəcək. Komitə sədrinin mətbuat nümayəndələri üçün açıqlama verməsi nəzərdə tutulur. Fuat Oktay həmçinin Azərbaycan …

Read More »

ResPlatforma: “Azərbaycan yarıtmaz idarəçilikdən xilas olmalıdır”

Hərəkat Əliyev hökumətinə müxalif mövqeyini davam etdirdiyini açıqlayıb Dekabrın 6-da III Respublika Platforması (ResPlatforma) quruluş ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, ResPlatforma Post-Qarabağ Gündəliyi ilə Azərbaycan ictimaiyyətinin qarşısını çıxaraq Azərbaycan siyasi həyatının düçar olduğu ifrat etatizmdən qurtulmağa və müasir desentralizasiyaçı demokratik prinsiplər əsasında ölkənin real və taleyüklü problemlərinin aradan qaldırılmasına dair ideyalar irəli sürür: “Post-Qarabağ Gündəliyi təsbit …

Read More »

Ordudakı 143 milyonluq yeyinti işi üzrə həbs olunan polkovniklə bağlı yeni hökm

Prokurorun protesti qismən təmin edilib Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə ilə bağlı cinayət işi üzrə həbs olunanlardan biri – nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik-leytenant Mahir Şirvanov 3 il azadlıqdan məhrum edilsə də, hökmdən həm özü şikayətçi olmuşdu, həm də prokurorluq protest vermişdi. Bakı Apelyasiya Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə onun işinə yenidən baxılırdı. Polkovnik Mahir Şirvanov apelyasiya …

Read More »

Lavrov: “2014-cü ildəki çevriliş olmasaydı, Krım Ukraynanın bir hissəsi olardı”

Rəsmi Kreml baş verənlərə görə Ukrayna xalqını günahlandırıb Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, 2014-cü ildəki çevriliş olmasaydı, Krım Ukraynanın bir hissəsi olardı. Bu barədə rusiyalı diplomat amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb. “2014-cü ilin fevralında dövlət çevrilişi olmasaydı və bir gün əvvəl ovaxtkı prezident Viktor Yanukoviçlə müxalifət arasında əldə olunan razılaşma həyata keçirilsəydi, Krım Ukraynanın bir hissəsi …

Read More »

Makron hökumətin istefasından sonra xalqa müraciət edib

O, yaxın günlərdə yeni Baş nazirin təyin olunacağını deyib Dekabrın 5-də Fransa Prezidenti Emmanuel Makron xalqa müraciət edib. O bildirib ki, parlamentin Mişel Barnier hökumətinə etimadsızlığından sonra yaxın günlərdə yeni Baş nazir təyin ediləcək. “Le Figaro” qəzetinin yazdığına görə, Makron Fransa hökumətinin başçısı kimi fəaliyyətinə görə Barnierə təşəkkür edib, amma onu ifrat sağ və ifrat solçuları “respublika əleyhinə cəbhədə” birləşməkdə …

Read More »

Ermənistan Blinkenin görüş təklifinə “hə”, Azərbaycan isə “yox” dedi

Hökumətyönlü media yazır ki, Bakı ABŞ-nin sülh gündəliyində iştirakını istəmir Ermənistan ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Ararat Mirzoyanla Ceyhun Bayramovun Maltada görüşünə razılıq verib. Bu barədə dekabrın 5-də Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, dekabrın 4-də Ermənistan ATƏT Nazirlər Şurası çərçivəsində xarici işlər nazirlərinin görüşünün planlaşdırılmadığını açıqlamışdı. Ancaq Azərbaycan Xarici İşlər …

Read More »

“Bakı və Yerevan müqavilə mətninin 17-dən 15-i üzrə razılığa gəlib”

Ceyhun Bayramov: “ATƏT-in keçmiş Minsk Qrupu köhnədir və reallığa uyğun gəlmir” Azərbaycan və Ermənistanın sazişin preambula, o cümlədən müqavilə mətninin 17-dən 15-i üzrə razılığa gəldikləri bildirilir. Bu barədə dekabrın 4-də Maltada ATƏT Nazirlər Şurasının iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan danışıb. Nazir qeyd edib ki, Yerevan Bakı ilə münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqlarda konstruktiv iştirakını davam etdirir. Onun fikrincə, …

Read More »

Türkiyənin 60-dan çox deputatı Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) 60-dan çox deputatı Azərbaycana səfərə gəlir. “Report”a bu barədə TBMM-nin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib. Onlar sabah Milli Məclisin 106 illiyi ilə bağlı “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçiriləcək Beynəlxalq Parlament Konfransında iştirak edəcəklər. Daha sonra türkiyəli deputatlar Qarabağa – Şuşa və Xankəndiyə səfər edəcəklər.

Read More »

Emin Həsənli Türkiyənin Ehtiyatda olan Gizirlər Birliyinin 17-ci qurultayında iştirak edib

Türkiyədə səfərdə olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli qardaş ölkənin Ehtiyatda olan Gizirlər Birliyinin 17-ci qurultayında iştirak edib. 525.az xəbər verir ki, Türkiyənin Gizirlər Birliyi 150 min nəfərdən artıq ehtiyatda olan giziri təmsil edən təşkilatdır. Onların ailə üzvləri də bu birliyin üzvləridir. Qurum bütünlükdə yarım milyon nəfərə yaxın insanı əhatə edir. Bunlar uzun müddət Silahlı …

Read More »