Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan həmvətənlərimizə çağırış edib. “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, çağırışda bildirilir ki, ölkədə təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq 21-22 noyabr tarixlərində konsulluq qəbulu aparılmayacaq: “Səfirlik Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi və yerli dövlət orqanlarının bütün tövsiyələrinə əməl olunması, hava həyəcanı siqnalına riayət olunmaqla …
Read More »Anar Məmmədlinin həbs müddəti artırıldı
Prokuror ictimai fəalın ev distaqlığına buraxılmasını istəməyib Həbsdə olan ictimai-siyasi fəallardan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlinin istintaq dövründə həbsdə saxlanma müddəti daha 3 ay artırılıb. Noyabrın 20-də Xətai Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb. Anar Məmmədlinin həbsdə saxlanılma müddətinin uzadılması üçün Bakı şəhər prokuroru məhkəməyə təqdimat verib. Məhkəmədə Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi təqdimatı müdafiə …
Read More »Cəbrayılda minada bir ayağını itirən sürücü: “Prokurorluq obyektiv araşdırma aparmır”
Raqif Nuriyev: “Əlimdə həmin ərazilərin minadan təmizlənməsi barədə sertifikat var” Bu il iyunun 20-də Cəbrayıl rayonunun Horovlu kəndində tank əleyhinə minaya düşüb, bir ayağını itirən Raqif Nuriyev prokurorluqdakı araşdırmalardan narazıdır. Deyir ki, Cəbrayıl Rayon Prokurorluğunda obyektiv və hərtərəfli araşdırma getmir. “Minalar yaxşı təmizlənmədiyi halda, sertifikat verilib” Goranboy rayon sakini Raqif Nuriyev Meydan TV-yə danışır ki, bu hadisə nəticəsində həm ayağını …
Read More »Əliyevin çıxışından sonra Azərbaycan səfiri Fransa XİN-ə çağırılıb
“Azərbaycan Fransaya düşmənçilik hərəkətlərinə son qoymalıdır” Noyabrın 19-da Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Azərbaycan səfiri Azərbaycan Prezidenti İlham Əliyevin COP29-un açılışındakı çıxışı zamanı Fransanın ünvanına səsləndirdiyi fikirlərdən sonra dəvət olunub. Əliyevin bu çıxışından sonra Fransanın energetika, iqlim və risklərin qarşısının alınması naziri Anyes Pannye-Runaşe BMT-nin iqlim …
Read More »Türkiyədə əməliyyat keçirilib, FETÖ liderinin mühafizəçisi saxlanılıb
Türkiyənin Kayseri şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində keçmiş FETÖ lideri Fətullah Gülənin mühafizəçisi saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Onun keçmiş polis işçisi olduğu bildirilir. Bundan başqa, hüquq-mühafizə orqanlarından kənarlaşdırılan daha səkkiz nəfər saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, F.Gülən bu il oktyabrın 21-də ABŞ-nin Pensilvaniya ştatında müalicə aldığı xəstəxanada ölüb.
Read More »Ərdoğan: “Biz İsraillə münasibətləri tamamilə kəsdik”
“Dünya hələ də İsrailin zülmünə qarşı gözlədiyimiz mövqeyi tutmadı” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə ticarət əlaqələrini kəsdiklərini deyib.Ərdoğan Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Liderlər Zirvəsindəki görüşlərini başa vurduqdan sonra mətbuat konfransı keçirib. Jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti ölkəsinin iqtisadi, siyasi əlaqələrindən, dünyada gedən proseslərə təsirindən, etdikləri humanitar yardımlardan geniş danışıb. Türkiyənin İsrailə təzyiqlərini davam etdirib-etməyəcəyi ilə bağlı suala Ərdoğan belə …
Read More »Azərbaycanlı alim Macarıstan universitetinin elmi jurnalının redaktoru olub
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin müşaviri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Suqra Hümbətova Macarıstanın Obuda Universitetinin dövrü olaraq çap etdirdiyi Scopus bazasında indeksləşən Q1 kateqoriyalı “Acta Polytechnica Hungarica” beynəlxalq elmi jurnalının 2024-cü il 21 saylı nömrəsinin 12-ci nəşrinin “Special Issue on Management Studies” xüsusi buraxılışında redaktorlar siyahısında yer alıb. Tədqiqatçı alimin iqtisadiyyat sahəsində 100 elmi məqaləsinə, o cümlədən WoS və Scopus …
Read More »Müdafiə Nazirliyinin Baş İdarəsi məmur oğluna həvalə
Fərid Əliyev PA-nın sektor müdiri Əlibaba Əliyevin oğludur Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrasının general-mayor Fərid Əliyevə həvalə edildiyi bildirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, Əliyev noyabrın 19-da İrana səfər edib. “General-mayor Fərid Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Hərbi və …
Read More »Komissar Əliyevi jurnalistləri və fəalları azad etməyə çağırdı
“Bütün ittihamlar ləğv edilməli, onlar dərhal azadlığa buraxılmalıdırlar” Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flaerti Azərbaycan Prezident İlham Əliyevi hüquq müdafiəçilərini, jurnalistləri və fəalları həbsdən azad etməyə çağırıb. Məktubun mətnini noyabrın 18-də Avropa Şurasının rəsmi saytı yayıb. Komissar Azərbaycan hakimiyyətindən tənqidi fikirlərini ifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal azad etməyi, onlara qarşı irəli sürülən …
Read More »Tbilisidə polis aksiyanı dağıtmağa çalışıb, həbs olunanlar var
Aksiyanın iki iştirakçısına təcili tibbi yardım göstərilib Səhərə yaxın polis Çavçavadze prospektində, Tbilisi Dövlət Universiteti (TDU) yaxınlığında aksiya iştirakçılarını dağıdıb. Hadisə yerində olan Meydan TV əməkdaşının sözlərinə görə, çoxlu sayda polis, xüsusi təyinatlı, robokop və su şırnaqları əraziyə səfərbər edilib. Daxili İşlər Nazirliyi bəyanat yayıb ki, etirazçılara yolu təmizləmək üçün 15 dəqiqə vaxt verilib.Müxalifət nümayəndələri vətəndaşlarla birlikdə ikinci gecəni TDU-nun …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar