Bazar ertəsi , 6 Aprel 2026

autor

Əliyev Avropa Şurasının Baş katibi ilə görüşündə gözləntilərini açıqlayıb

“COP29-da yeni maliyyə hədəfinin müəyyən olunacağına ümidvaram” Noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb. “president.az”ın yaydığı məlumata görə, İlham Əliyev Alen Berseyə deyib ki, adətən, sədr ölkələrin COP-un təşkil edilməsi üçün iki ilə qədər vaxtları olur: “Azərbaycanın isə cəmi 11 ayı vardı və təşkilatçılıq işləri bu müddət ərzində həyata keçirilib”. Ölkə başçısı mahiyyəti …

Read More »

Ötən ay Azərbaycanda yaşamaq üçün 9 minə yaxın əcnəbi müraciət edib

Oktyabr ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 8 min 7 yüz müraciət daxil olub. Bu barədə DMX-dən məlumat verilib. Qeyd edilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı quruma 30 min 320 müraciət edilib. Şəxslərin vətəndaşlığına …

Read More »

SOCAR, “Masdar” və “ACWA Power” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb

COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavatlıq (GVt) külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə SOCAR-dan məlumat verilib. Bildirilib ki, sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko …

Read More »

BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib

BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. “Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən irəli sürülmüş qətnamə layihəsi üzrə bir ay ərzində üzv dövlətlərlə aparılmış intensiv danışıqlar nəticəsində layihənin mətni razılaşdırılıb. Qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. Qətnamə mətninin Komitədə təqdimatı zamanı Azərbaycanın BMT yanında …

Read More »

Borel Əliyevə cavab verdi: “Biz Fransa və Niderlandla birlikdəyik”

Aİ rəsmisi hesab edir ki, Əliyevin fikirləri Azərbaycanın COP29-a ev sahibliyini sual altına alır Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel (Jozep Borrel) Azərbaycanın Prezidenti İlham Əliyevin noyabrın 13-dəki çıxışından təəssüfləndiyini deyib. Borel Əliyevin fikirlərini qəbuledilməz adlandırıb. Azərbaycan Prezidenti İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində Fransa və …

Read More »

Argentina Prezidenti COP 29-dakı nümayəndə heyətini geri çağırır

Bu addım Donald Trampın seçilməsindən sonra Paris razılaşmasının sabitliyi ilə bağlı narahatlıqları artırır Argentina Prezidenti Xavyer Miley (Javier Miley) hökumətini təmsil edən nümayəndə heyətinin COP29 sammitini tərk etmələri tapşırığını verib. “The Guardian” yazır ki, bu Cənubi Amerika ölkəsindən 80-dən çox nümayəndə iki həftəlik Azərbaycana gəlib. Nəşr qeyd edir ki, Argentinanın ifrat sağçı lideri daha əvvəl iqlim böhranını “sosialist yalanı” adlandırmışdı və keçən …

Read More »

BƏM Bakı ilə Yerevanın qarşılıqlı iddiasını araşdıracaq

Tərəflər bir-birini etnik təmizləmədə günahlandırır BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Azərbaycan və Ermənistanın qarşılıqlı iddialarını araşdırmağa razılaşıb. Hər iki ölkə bir-birini Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Bütün Formalı İrqi Ayrı-seçkiliyin Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanı pozmaqda ittiham edir. Noyabrın 12-də keçirilən proses haqda “BBC”-nin rus redaksiyasının yaydığı məlumatda deyilir ki, məhkəmə həm Azərbaycan, həm də Ermənistan hakimiyyətinin iddialarını bu orqanın səlahiyyətlərinə aid olmadığına …

Read More »

SOCAR-ın sabiq vitse-prezidentinin oğlu ilə bağlı yeni məhkəmə qalmaqalı

 Orxan İsmayılzadənin milyonlarla dəyəri olan daşınar və daşınmaz əmlakı məlum olub SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə qarşı “atalığın müəyyən edilməsi və aliment tələbi” ilə bağlı illərdir davam edən məhkəmə prosesi yekunlaşıb. Sabunçu Rayon Məhkəməsində Fidan Abbasovanın iddiası üzrə çıxarılmış qərar Orxan İsmayılzadənin əleyhinə olub. Baxmayaraq ki, Orxan İsmayılzadə atalığın müəyyənləşdirilməsi üçün məhkəmənin təyin etdiyi ekspertizadan keçməkdən imtina …

Read More »

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər tərəfindən zorlanıb. Musavat.com yerli Nemolchi.uz saytına istinadla xəbər verir ki, sentyabrın 23-də vilayətin İştıxan rayonunda məktəbli qız qaçırılıb. Yaxınlarının dediyinə görə, bir müddət sonra qızlarının tezliklə qayıdacağına ümid edərək itkin düşən uşaq haqqında ərizə veriblər. Qız yalnız oktyabrın 6-da bədənində zorakılıq əlamətləri ilə tapılıb. Onun …

Read More »

Gələn həftə Milli Məclisdə Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq

Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayacaq. “Report”a məlumatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərindən biri təsdiq edib. Həmin gün adıçəkilən komitədə büdcə zərfinə daxil olan qanun layihələrinin ilk müzakirəsi planlaşdırılır. Qeyd edək ki, Maliyyə Nazirliyinin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat …

Read More »