Azərbaycanda dilçilik elmi sahəsində mühüm xidmətləri olan görkəmli alimlərimizdən biri də professor Nadir Məmmədlidir. Sentyabrın 19-da dilimizin yorulmaz tədqiqatçısı, professor Nadir Məmmədlinin 65 yaşı tamam olur. O, 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini, 1988-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki xarici dillər iki illik Fars dili şöbəsini …
Read More »Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik
Türkiyədə terrorun kökünü kəsəcəyik. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Diyarbəkirdə çıxışı zamanı deyib. O bildirib ki, terrorla mübarizə Türkiyənin “qırmızı xətt”idir. Nazir söyləyib ki, terrorizmə qarşı mübarizə bundan sonra da davam edəcək.
Read More »Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Berlində Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
Azərbaycanın Almaniyadakı səfirliyi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Qəlbimdəki şair” (Der poet in mir) adlı yubiley tədbiri təşkil edib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən, təşkil olunan tədbirdə Almaniya XİN və digər dövlət qurumlarının …
Read More »İran Ermənistan paytaxtında ticarət mərkəzi açacaq
Oktyabrın 1-də İrəvanda İran ticarət mərkəzi açılacaq. Boyukmillet.com xəbər verir ki, bu, İranın xaricdə ilk və ən böyük daimi ticarət mərkəzi olacaq, onun sərgi sahəsi 10 min kvadratmetr təşkil edəcək. Mərkəzin açılmasının təşəbbüskarı İranın Ticarətin Təşviqi Təşkilatıdır (TPOI). Mərkəzin açılışında İranın sənaye, mədən və ticarət nazirinin iştirakı gözlənilir.
Read More »Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olunub
Azərbaycanda sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Mədəniyyət Nazirliyinə Azərbaycan Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsi tapşırılıb. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız …
Read More »Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərdə “dönüş olmayan nöqtə”yə yaxındır. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammiti çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.Onun sözlərinə görə, KTMT Ermənistanın suverenliyinə təhdid yaratdığı üçün İrəvan bu təşkilatda iştirakını dondurub.Eyni zamanda, N.Paşinyan qeyd edib ki, ölkə nə Rusiya, nə də Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələri …
Read More »Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edib
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin artırılması müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, qurumun icraçı direktoru Vüsal Qasımlı Özbəkistan Prezidentinin müşavirinin müavini, İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə V. Qasımlı Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanmış iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında müqavilə ilə iki ölkə arasında əməkdaşlığın yeni …
Read More »Energetika Nazirliyi COP29 gündəliyinə daxil edilən enerji təşəbbüslərini açıqlayıb
Azərbaycanın Energetika Nazirliyi tərəfdaşlarla birlikdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq üzərində işləyir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalov Bakıda keçirilən “Caspian Energy Forum”da çıxışı zamanı deyib. Onun sözlərinə görə, iş iki istiqamətdə aparılır: “Birinci istiqamət COP29 sədrliyi fəaliyyətinin gündəliyindəki enerji təşəbbüsləri ilə bağlıdır, ikincisi isə bilavasitə COP29 çərçivəsində …
Read More »Nazir: Türkiyəyə hər gün 400-dən çox kiber-hücum cəhdi olur
Türkiyəyə hər gün 400-dən çox kiber-hücum cəhdi olur. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Anadolu”nun efirində deyib. O bildirib ki, bu hücumların qarşısı alınır: “Hələ ki hansısa risk, təhlükə yoxdur. Amma əlbəttə, imkanlarımızı gücləndirməliyik”.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar