Bazar ertəsi , 6 Aprel 2026

autor

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən İlham və Emin Baqqayev qardaşları yenidən məhkəməyə müraciət edib. Boyukmillet.com xəbər verir ki, qardaşlar bir müddət əvvəl Qaradağ rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 20 ildən artıqdır cəza çəkdiklərini, barələrindəki hökmlərin müddətli cəzaya dəyişdirilməsini və azadlığa buraxılmalarını xahiş ediblər.Qaradağ …

Read More »

ABŞ İran müəssisələrinə və fiziki şəxslərinə qarşı 500 sanksiya tətbiq edib

ABŞ son həftələr ərzində İran müəssisələrinə və fiziki şəxslərinə qarşı 500 sanksiya tətbiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib.Onun sözlərinə görə, sanksiyaların bəziləri insan hüquqlarının tapdanması ilə bağlıdır.Bildirilib ki, məhdudlaşdırıcı tədbirlər siyahısında İranın nüvə proqramı və raket satışı ilə bağlı məsələlər də var.

Read More »

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Davamlı İnkişaf üzrə Regional Direktoru Sameh Naguib Vahba və Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Prays ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, müzakirələr zamanı Dünya Bankının Azərbaycanda, xüsusilə su və kənd …

Read More »

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb. ANAMA-dan “Report”a verilən məlumata görə, sentyabrın 9-dan 15-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 44, tank əleyhinə 15 mina və 690 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ötən həftə ərzində 1115 …

Read More »

Azərbaycan və Pakistan ortaq Ticarət və Sənaye Palatası yarada bilər

Pakistanda Azərbaycan Ticarət Evinin, eləcə də ortaq Ticarət və Sənaye Palatası yaradılması üzərində iş gedir. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda bildirib.“2023-cü ildə Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsinin dəyəri 27 milyon ABŞ dolları olub. Bunun böyük hissəsi Azərbaycanın Pakistandan idxal etdiyi məhsullar hesabına formalaşıb. Qarşılıqlı ticarəti inkişaf etdirmək üçün böyük …

Read More »

KİV: COVID-in yeni versiyası dünyada sürətlə yayılır

COVID-in yeni versiyası dünyada sürətlə yayılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.Bildirilib ki, COVID XEC mutasiyasına ilk dəfə bu ilin iyun ayında Almaniyanın paytaxtı Berlin şəhərində rast gəlinib.Mütəxəssislər havaların soyuması ilə bu versiyanın daha təhlükəli olacağını proqnozlaşdırırlar.Məlumata görə, COVID-ə yoluxanların 10 faizində yeni mutasiyaya rast gəlinir.Xüsusilə Danimarka, Almaniya, Böyük Britaniya və Niderlandda COVID XEC sürətlə yayılır.Həkimlər …

Read More »

Dövlət Gömrük Komitəsinin sədri Qobustan və Şamaxı sakinlərini qəbul edəcək

Sentyabrın 20-də, saat 10:00-da Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək. Boyukmillet.com xəbər verir ki, qəbul Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində (ünvan: Qobustan şəhəri, Heydər Əliyev prospekti, 1d) baş tutacaq. Qəbulda iştirak etmək istəyən vətəndaşlar https://c2b.customs.gov.az/vsq_muraciet.aspx linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Read More »

Tokayev Ukraynadakı vəziyyətlə bağlı: Sülhə nail olmaq üçün imkan hələ də mövcuddur

Rusiya və Ukrayna arasında atəşkəsə nail olmaq üçün yaxşı fürsət İstanbul sazişindən imtina edilməsi ilə əldən çıxıb, lakin sülh üçün imkan hələ də qalır. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniya kansleri Olaf Şolts ilə görüşündə bildirib. “Fakt budur ki, Rusiya hərbi cəhətdən məğlubedilməzdir. Müharibənin daha da genişlənməsi bütün bəşəriyyət üçün və ilk növbədə Rusiya-Ukrayna münaqişəsində bilavasitə iştirak …

Read More »