Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak edən Azərbaycan vətəndaşları məsuliyyətə cəlb olunublar. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) məlumat verilib. Bildirilib ki, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan vətəndaşlarının müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunmaları istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Əldə olunan məlumatlara əsasən, …
Read More »Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Gürcüstan parlamentinin Hüquqi Məsələlər Komitəsi “Gürcü Arzusu” fraksiyası tərəfindən irəli sürülən qanunvericilik təşəbbüsü çərçivəsində “Qrantlar haqqında” və əlaqəli digər qanunlara təklif olunan dəyişikliklər paketini birinci oxunuşda müzakirə edərək dəstəkləyib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, parlamentin yaydığı məlumata görə, dəyişikliklər “qrant” anlayışını genişləndirir və dəqiqləşdirir. Yeni tərifə əsasən, qrant – Gürcüstan hökumətinə, dövlət qurumlarına və ya cəmiyyətin hər hansı bir …
Read More »Ermənistanda daha altı yepiskopa qarşı ittihamlar irəli sürülüb
Ermənistanın hüquq-mühafizə orqanları Erməni Apostol Kilsəsinin daha altı yepiskopunu cinayət işi çərçivəsində ittiham edib. Yepiskoplar yanvarın 31-də İstintaq Komitəsinə çağırılsalar da, saxlanılmayıblar. Onların barəsində istintaq müddətində Ermənistandan çıxış qadağası tətbiq olunub. AzadlıqRadiosu-nun erməni xidməti Azatutyun yazır ki, bu qərar səbəbindən sözügedən yepiskoplar fevralın 16–19-da Avstriyada keçirilməsi planlaşdırılan ali ruhanilərin təcili toplantısında iştirak edə bilməyəcəklər. Vəkillər və Eçmiədzində yerləşən Müqəddəs Taxt-Tac bildirir ki, …
Read More »“QHT işi” üzrə ittiham olunan daha bir nəfərin məhkəməsi başlayır
“QHT işi” üzrə ittiham olunan ABŞ-nin German Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimlinin məhkəməsi başlayır. İşə hakim Namiq Kərimovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Proses fevralın 11-nə təyin edilib. 2025-ci il martın 24-də ABŞ German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli “QHT işi” çərçivəsində istintaqa cəlb olunub və polis nəzarətinə verilib. …
Read More »Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda, ölkənin əksər bölgələrdə fevralın 3-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Siyəzən, Mingəçevir, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, Kəlbəcər, Qobustan, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun …
Read More »Hüseyn Həsənova cinayət işi açıldı
Azərbaycan əsilli rus bloqer Hüseyn Həsənova qarşı cinayət işi açılıb. Moskva Prokurorluğu bloqer Hüseyn Həsənov barəsində ittiham aktını təsdiqlədiyini açıqlayıb. Həsənov pulların qanunsuz yuyulmasında ittiham olunur. Hazırda təqsirləndirilən şəxs axtarışdadır, buna görə cinayət işi qiyabi məhkəmə iclası üçün Presnenski Rayon Məhkəməsinə göndərilib və ona qiyabi həbs qətimkan tədbiri seçilib. İstintaqın əvvəlki mərhələlərində məlum olub ki, Həsənov fərdi sahibkar kimi əsl …
Read More »Səlim Müslümovun lüks əmlakları satışa çıxarıldı
27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş evi və obyekti satışa çıxarılır. Boyukmillet.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki əmlakın ümumi satış qiyməti təxminən 1 milyon 376 min manat təşkil edir. – Yasamal rayonu, Mirzə İbrahimov küçəsində 370,4 kv.m sahəsi olan yaşayış evi, satış qiyməti: 926 250 manat; – Səbail rayonu, …
Read More »Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub – SƏBƏB
SOCAR-ın sabiq vitse-prezidenti, oliqarx Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə qızı Nil İsmayılzadənin saxlanılması üçün müəyyən olunan alimenti 2 aylıq gecikmə ilə ödəyib. Musavat.com xəbər verir ki, illərdir davam edən məhkəmə çəkişmələrinin sonucunda Sabunçu rayon Məhkəməsi Orxan İsmayılzadəni Nil İsmayılzadənin atası olmasını verdiyi qətnamə ilə təsbit edib. Qətnamə digər instasiyalarda qüvvəsində saxlanılıb. Həmin qətnaməyə görə Orxan İsmayılzadə qızı Nili saxlamaq üçün hər …
Read More »Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var
Rusiyanın Orsk şəhərində dörd yerlik “Diamond” təlim təyyarəsi qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “REN TV” mənbəyə istinadən məlumat yayıb. Qəza nəticəsində üç nəfər həlak olub. Hadisə Canatalap qəsəbəsi yaxınlığında baş verib. Təyyarədə pilot və iki kursant olub.
Read More »Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri II səsvermədə təsdiqləyib
Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələrin əlavə edilməsini ikinci səsvermədə təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında növbəti dəfə müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Naxçıvan Konstitusiyasına iki yeni maddə (maddə 3-1 və maddə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar