Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir. Boyukmillet.com xəbər verir ki, ötən gün ərzində təyyarə Uşak-Eşme istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.
Read More »KİV: ABŞ “Hizbullah”la qarşıdurmada İsraili dəstəkləməyə hazırdır
ABŞ Livanın “Hizbullah” hərəkatı ilə münaqişəsində İsrailin müdafiəsini dəstəkləməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yahoo News” portalı Pentaqon nümayəndəsi Patrik Pet Rayderin açıqlamasına istinadən xəbər verir. “Vəziyyəti diqqətlə izləməyə davam edirik və ABŞ-nin İsrailin müdafiəsini dəstəkləməyə hazır olduğunu çox açıq şəkildə göstəririk”, – açıqlamada deyilir.
Read More »” 1 İNCİ BOYA ” xidmətinizdədir
Nilnehir MMC nin ” 1 İNCİ BOYA” məhsullarının artıq Bakı şəhərində ala bilərsiniz. Şirkətin ünvanı Bakı şəhəri, Baksol 19 da yerləşir.
Read More »Baş Qərargah rəisi Qazaxıstanda “Altın Kıran – 2024” təliminin taktiki epizodunu izləyib
Qazaxıstanda səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Almatı vilayətinin Jarkent şəhərində yerləşən “Koktal” təlim poliqonuna gəlib. Bu barədə “Report”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təlimin keçirilməsi üçün poliqonda yaradılan şəraitlə tanış olduqdan sonra general-polkovnik K.Vəliyev komanda-idarəetmə məntəqəsinə gələrək “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi …
Read More »Baş prokurorluqda ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri ilə fikir mübadiləsi aparılıb
Baş prokurorun birinci müavini Elçin Məmmədov ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşatinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, cari ilin sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərində qanunvericiliyin pozulması ilə bağlı müxtəlif mənbələrdən Baş Prokurorluğa daxil olan, habelə internet məkanı və media resurslarında …
Read More »Blinken: ABŞ və onun G7 tərəfdaşları həmişə Ukraynanın yanında olacaq
ABŞ və onun G7 tərəfdaşları bu gün və həmişə Ukraynanın yanında olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken sosial media hesabında paylaşım edib. “Müstəqilliyinin 33-cü ilini qeyd edən Ukrayna xalqının öz suverenlik və azadlıqlarının müdafiəsində göstərdikləri əzmkarlığı və fədakarlığı alqışlayırıq. Onların cəsarəti Rusiya qarşısında sarsılmazdır. Biz və G7 tərəfdaşlarımız bu gün və həmişə Ukraynanın yanındayıq”, …
Read More »Türkiyə ordusu İraqda iki PKK terrorçusunu öldürüb
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində yeni əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror qruplaşmasının iki üzvü öldürülüb. Nazirlikdən bildirilib ki, ən son terrorçu öldürülənə qədər mübarizə davam edəcək.
Read More »Azərbaycan yazıçıları Türkiyədə ədəbiyyat və mədəniyyət düşərgəsində iştirak ediblər
Azərbaycan yazıçıları Türkiyədə təşkil olunan ədəbiyyat və mədəniyyət düşərgəsində iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. Bildirilib ki, 5 gün ərzində onlar fikir mübadiləsi aparıb, müxtəlif mövzuları müzakirə ediblər. Düşərgə çərçivəsində 258 lisey və universitet tələbəsinə, həmçinin alim və yazıçılar üçün müxtəlif seminarlar təşkil olunub. Düşərgədə Türkiyə və Azərbaycanla yanaşı, Qırğızıstan, Bosniya və Hersoqovina, Kosova və …
Read More »Türkiyədə silahlı hücuma məruz qalan deputat ölüb
Türkiyədə silahlı hücuma məruz qalan Böyük Millət Məclisinin (TBMM) üzvü Mustafa Can Ekiciler öldürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, o, müalicə aldığı xəstəxanada ölüb. Məlumata görə, M.C.Ekiciler Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü idi. Qeyd edək ki, sabiq deputat avqustun 18-də silahlı hücuma məruz qalıb. Xatırladaq ki, 1993-cü il təvəllüdlü M.C.Ekiciler Türkiyə siyasətində kifayət …
Read More »Moskva və Kiyev arasında əsir mübadiləsi olub
Kursk vilayətində hərbi əməliyyatlar zamanı əsir götürülmüş 115 rusiyalı hərbçi Rusiyaya, 115 ukraynalı hərbi əsir isə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya KİV-i ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Nazirlikdən bildirilib ki, əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçilik səyləri ilə həyata keçirilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar