Bazar ertəsi , 6 Aprel 2026

autor

Kiyev strateji bufer zona yaratmağı planlayır

Ukrayna qüvvələri Rusiyanın Kursk bölgəsinə doğru irəliləyib Ukrayna rəsmiləri Rusiyaya doğru yaxşı irəlilədiklərini və strateji bufer yaratmaqla məşğul olduqlarını deyirlər. Avqustun 14-də Ukrayna qüvvələri Rusiyanın Kursk bölgəsinə doğru irəliləyib. Rəsmi Kiyev sərhədyanı ərazilərini Rusiyanın hücumlarından qorumaq üçün strateji bufer zonası yaradacağını açıqlayıb. Keçən həftədən başlayaraq Kiyevin Rusiya ərazisinə keçməsi Moskvanı təəccübləndirib. 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğala başlayan Rusiya qüvvələri bütün …

Read More »

ÜST Afrikada fövqəladə vəziyyət elan edib

Meymunçiçəyi virusu epidemiya halını alıb Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrikada meymunçiçəyinin yayılmasında görə fövqəladə vəziyyət elan etdiyi bildirilir. Konqo Demokratik Respublikasından qonşu ölkələrə – Keniya, Ruanda, Burundi və Uqanda virus yayılıb və fövqəladə vəziyyət elan edilib. Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin baş direktoru Jan Kaseyanın sözlərinə görə, artıq peyvəndlərin alınması üçün müvafiq müqavilə imzalanıb. Saziş çərçivəsində təxminən 200.000 doza …

Read More »

Satılan və satılmayanlar…

Bir il öncə real həyatda da çoxdan tanıdığım indi isə bir “Facebook” dostumun bu paylaşımı oxumuşdum. Screen-shotunu çəkdiyim postda gördüyünüz cümlələr yazılmışdı: “Alınıb-satılmayan kimsə yoxdur. Hərənin sadəcə bir qiyməti var. Sinan Oğan da belə getdi… İndi bildim ki, adam əsl azərbaycanlıdır…” Başıma sanki yekə bir qazan qaynar su tökdülər. Amma bu söhbəti açmaqda məqsədim Türkiyədə keçən ilin seçkisinə və Sinan …

Read More »

Diasporun ANA DİLİ uğrunda mübarizəsində Nurəddin Qərəvi faktoru

Müasir Azərbaycan milli hərəkatının nüvəsi Cənubi Azərbaycanda yerləşsə də xaricdəki cənublu azərbaycanlıların bu milli mübarizə prosesindən kənarda qaldığını söyləmək düzgün olmazdı. Azərbaycanlılar mühacirət etdikləri Avropa və Amerika ölkələrində ana dilini, milli-mənəvi dəyərləri, mədəni irsin qorunması missiyasını şərəflə yerinə yetirmişlər. Xaricdə yaşayan cənublu azərbaycanlıların yaratdıqları mərkəz və cəmiyyətlər parçalanmış vətənin problemlərinin beynəlxalq arenaya çıxarılmasında, dünya ictimaiyyətində Azərbaycan türklərinin bölünmüş xalq olması …

Read More »

“Yardımlı arxa planda qalmamalıdır” – Samir Əsədli

VHP-nin 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli təşviqat kampaniyasını davam etdirir. Boyukmillet.com  xəbər verir ki, növbəti görüş Yardımlı rayon Urağaran (Urakəran) kəndində keçirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsini yad etməklə başlayan görüşü VHP Ali Məclisinin üzvü Hacı Əliqismət Əlibəyli açaraq namizədin həyat yolu, fəaliyyəti barədə danışıb, VHP-nin siyasi-ideoloji …

Read More »

Sabiq deputat Hüseyn Abdullayevin məhkəməsi başlayıb

Sabiq deputat Hüseyn Abdullayevin məhkəməsi başlayıb. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hüseyn Abdullayevin vəkilləri müvəkkilərinin proses zamanı yanında əyləşməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin etsə də, təqsirləndirilən şəxs bundan imtina edib. Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət verərək bildirib ki, Hüseyn Abdullayevin ailəsinin hesabına …

Read More »

FHN azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyi bağlı tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib. Bu barədə “Report”a nazirlikdən məlumat verilib. Bildirilib ki, xidmət tərəfindən Müdafiə Nazirliyinin Kəlbəcər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində, sözügedən rayonda inşaat işləri davam etdirilən “İstisu” mineral su zavodunda, “Azərenerji” ASC-nin “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” su elektrik stansiyalarında, həmçinin …

Read More »

Ermənistan Rusiyaya yeni səfir təyin edib

Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” partiyasından olan sabiq deputatı Qurgen Arsenyan ölkənin Rusiya Federasiyasındakı yeni səfiri təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Ermənistan prezidenti Vaaqn Xaçaturyan bununla bağlı müvafiq fərman imzalayıb. Qeyd edək ki, avqustun 13-də Q.Arsenyanın deputat kimi səlahiyyətlərinə xitam verilib.

Read More »

Dövlət Məşğulluq Agentliyi öhdəliklərini kəskin artırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi 2023-cü ili 162,917 milyon manat xalis zərərlə başa vurub. Boyukmillet.com xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 19,7 % çoxdur. Ötən il Dövlət Məşğulluq Agentliyinin əməliyyat xərcləri 116,812 milyon manat (əvvəki ilə nisbətən 14,7 % çox), ümumi və inzibati xərcləri 46,209 milyon manat (34,5 % çox), maliyyə xərcləri 195 min …

Read More »